2012 həyat xronologiyası
Tarix | Hadisənin məzmunu |
17.01.2012 | Estoniyanın paytaxtı Tallində “Hizmət hərəkatı” mövzulu seminar keçirildi. |
21.01.2012 | Konyada baş vermiş avtomobil qəzasında vəvat edənlər üçün başsağlığı verdi. |
25.01.2012 | Jurnalistlər və Yazarlar Vəqfinin təşkil etdiyi “Yaşatma idealı – “Hizmət” hərəkatının təməllərindən biri” adlı seminara məktub göndərdi. Seminarda Fəthullah Gülən Xocaəfəndinin yeni çapdan çıxmış “Yaşatma idealı” adlı kitabı oxuculara təqdim olundu. Daha sonra proqramda “Hizmət” hərəkatının dünya sülhünə töhfəsindən bəhs edildi. Seminara məktub göndərən Xocaəfəndi həqiqi insanlıq başqalarını düşünmək, hətta lazım gəlsə öz arzularından imtina etmək olduğunu bildirdi. “Yaşatma eşqi ilə cuşa gələnlərə ehtiyacımız var. Həqiqi insanlığa gedən yol özünü unudub başqalarını düşünməkdir.” |
12.12.2012 | Həzm sistemindən əməliyyat olunan Baş Nazir Rəcəb Tayyib Ərdoğana şəfa diləklərini çatdırdı. Fəthullah Gülən Xocaəfəndi məktub yazaraq Baş Nazir Rəcəb Tayyib Ərdoğanın keçirdiyi əməliyyata görə kədərləndiyini bildirdi. |
18.02.2012 | Mahmud Sarıoğlunun vəfatı ilə əlaqədar ailə və yaxınlarına başsağlığı verdi. |
17.03.2012 | Donetsk (Ukrayna) şəhərində “İdarə sosiologiyası sisteminin bugünkü ictimai problemləri” adlı konfrans təşkil olundu. |
07.03.2012 | Stratfor sənədlərindəki iddialara vəkili vasitəsilə cavab verdi. Türkiyənin “Tərəf” qəzetində keçən “Stratfor sənədlərində AKP-Gülən mübarizəsi” sərlövhəli xəbərin “Gülən AKP-ni ələ keçirməyə çalışır, AKP-dən 150 millət vəkili istəyir” və s. kimi iddiaların tamamilə əsassız olduğunu bildirdi. Açıqlamada dediqoduların həqiqət kimi qələmə verildiyinə diqqət çəkdi. |
16.03.2012 | Amasya millət vəkili professor Naci Bostançının anası Əlif Bostançının vəfatı ilə əlaqədar başsağlığı verdi. |
26.03.2012 | Son vaxtlar mətbuatda haqqında yayılan əsassız xəbərlərlə əlaqəli rəsmi “twitter” səhifəsində açıqlama verdi. Xocaəfəndi Əhməd Şıq və Nədim Şənərlə bağlı yayılan xəbərlərlə əlaqəli bildirdi: “Əvvəl də qeyd etdiyim kimi, ifadə və mətbuat azadlığının geniş yayılmasının tərəfdarıyam. Mənimlə tamamilə əks düşüncədə olsa da, başına gələnləri haqsızlıq edərək məndən bilsələr də, onların da düşüncə, fikir və ifadə azadlığından azad şəkildə istifadələrinin tərəfdarıyam. |
20.03.2012 | Əfqanıstanda baş verən vertolyot qəzasında şəhid olan 12 əsgərin ailə və yaxınlarına başsağlığı verdi. |
24.03.2012 | Georgi Maroviçin vəfatı ilə əlaqədar ailə və yaxınlarına başsağlığı məktubu ünvanladı. |
29.03.2012 | Tanınmış dövlət və siyasət xadimi Həsən Cəlal Gözələ keçirdiyi ürək əməliyyatı ilə bağlı şəfa diləklərini çatdırdı. |
05.04.2012 | Malayziyada “Dindən ilham alan xeyriyyə cəmiyyətləri və təhsildə inkişaf: Türkiyənin “Hizmət” hərəkatı” adlı seminar keçirildi. |
10.04.2012 | Fəthullah Gülən Xocaəfəndi sol gözündən katarakt əməliyyatı keçirdi. |
20.04.2012 | Fəthullah Gülən Xocaəfəndi “Herald Tribune” qəzetində ortaya atılan əsassız iddialar haqqında yazılı açıqlama verdi. Fəthullah Gülən Xocaəfəndinin vəkili Orxan Ərdəmli “International Herald Tribune” qəzetinin 18 aprel 2012-ci il tarixli sayında “Türkiyədə kölgə güc böyüyür” başlıqlı yalan xəbərlə bağlı yazılı açıqlama verdi. Vəkil keçmişdə Gülən haqqında ortaya atılan və məhkəmə tərəfindən təkzib edilən ittihamların təkrar gündəmə gətirməyə çalışanların müəyyən məqsəd güddüklərini diqqətə çatdırdı. |
24.04.2012 | Ədalət və Demokrat Partiyasının qurucularından Sadəddin Bilgicin vəfatı ilə əlaqədar ailə və yaxınlarına başsağlığı verdi. |
05.05.2012 | Qaziantepdə keçirilən “Beynəlxalq Peyğəmbər yolunda sosial problemlərə çarələr” adlı konfransa məktub göndərdi. “Yeni Ümid” və “Hira” dərgilərinin 5-6 may 2012-ci il tarixində Qaziantepdə birgə təşkil etdiyi “Beynəlxalq Peyğəmbər yolunda sosial problemlərə çarələr” adlı konfransa məktub göndərən Xocaəfəndi cəmiyyətin yeni bir canlanmaya ehtiyacı olduğuna diqqət çəkdi. |
05.05.2012 | Tanınmış din xadimi Durdu Qəhrəman xocanın vəfatı ilə əlaqədar ailə və yaxınlarına başsağlığı verdi. |
13.05.2012 | Amerikanın “CBS” televiziya kanalı “60 Dəqiqə” adlı verilişini “Hizmət” hərəkatına həsr etdi. |
21.05.2012 | 2012-ci il 21-25 may tarixlərində Rusya Elmlər Akademiyası Fəlsəfə İnstitutunda təşkil olunan “Şərq-qərb mədəniyyətlərində fəlsəfə və elm” mövzulu konfransa məktub göndərdi. |
29.05.2012 | Kenyanın paytaxtı Nayrobidə “Fəthullah Gülən hərəkatı və dinlərarası dialoq” adlı konfrans təşkil olundu. |
30.05.2012 | Əddis-Əbəbə ( Efiopiya) Afrika Birliyinin mərkəzi binasında dialoq simpoziumu təşkil olundu. Efiopiyada Afrika Birliyinin mərkəzində təşkil olunan dialoq simpoziumunda təxminən 40 ölkədən 2500 nəfər iştirak etdi. Afrika, Asiya və Amerikadan gələn iştirakçılar “Hizmət” hərəkatının dünya sülhünə töhfəsindən bəhs etdi. Fəthullah Gülən Xocaəfəndi konfransın təşkilatçı və iştirakçılarının fəaliyyətlərini təqdir etdi. |
30.05.2012 | Efiopiyada təşkil olunan beynəlxalq dialoq simpoziumuna məktub göndərdi. Efiopiyanın paytaxtı Əddis-Əbəbə Afrika Birliyinin mərkəzi binasında təşkil olunan “Birgəyaşayış, qarşılıqlı tolerantlıq mədəniyyətinin təmini və sabitliyi” adlı konfransa məktub göndərən Fəthullah Gülən Xocaəfəndi bildirib: “Ümidvaram ki, ümumbəşəri dəyərlər ətrafında birləşib xoşbəxt bir dünyanı və gələcəyin sülh adacıqlarını qurmaq naminə əl-ələ verən sizin kimi dəyərli insanların səyləri kültür və mədəniyyətlərin istənilən səviyyədə uzlaşması ilə nəticələnəcəkdir”. |
04.06.2012 | Uqandada “Fəthullah Gülən simpoziumu” təşkil edildi. |
09.06.2012 | Şair-yazıçı Əbdurrəhim Qaraqoçun vəfatı ilə əlaqədar ailə və yaxınlarına başsağlığı verdi. |
13.06.2012 | İş adamı Sabri Ülkərin vəfatı ilə əlaqədar başsağlığı verdi. |
15.06.2012 | Fəthullah Gülən Xocaəfəndi Türk Dili Olimpiadaları ilə əlaqəli fikirlərini bildirdi. |
19.06.2012 | Professor Səlim Öyüdün vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanladı. |
09.07.2012 | Din xadimi Rasim Aslan xocanın vəfatı ilə əlaqədar ailə və yaxınlarına başsağlığı verdi. |
25.07.2012 | “Jurnalistlər və yazarlar cəmiyyəti”nin təşkil etdiyi iftar yeməyinə məktub göndərdi.GYV müxtəlif təbəqədən insanların ıştirakı ilə İstanbul Konrad Hoteldə ənənəvi iftar ziyafətini təşkil etdi. GYV-nin fəxri sədri Fəthullah Gülən Xocaəfəndi tədbirə təbrik məktubu göndərdi. Xocaəfəndi məktubunda “Təəssüf edirəm ki, Ramazanın mənəvi ab-havasında fərqli gözəlliklərlə qarşılaşan bu dostlar məclisində iştirak edə bilmirəm” sözlərinə yer verdi. |
31.07.2012 | Myanmar Arakan müsəlmanlarına “Kimsə yoxmu” dərnəyi vasitəsilə maddi yardım göndərdi. |
23.08.2012 | Qaziantepdə baş verən terror aktı zamanı dünyasını dəyişənlərin ailə və yaxınlarına başsağlığı verdi. |
23.08.2012 | Uludərədə yol qəzası nəticəsində şəhid olan əsgərlərlə bağlı başsağlığı məktubu ünvanladı. |
25.08.2012 | Prezident Abdullah Gülə xəstəliyi ilə (qulaq xəstəliyi) əlaqəli şəfa diləklərini çatdırdı. |
07.09.2012 | Afyonqarahisarda şəhid olan 25 əsgərin ailə və yaxınlarına başsağlığı verdi. |
13.09.2012 | Liviyada Amerika konsulluğuna edilən hücumla bağlı başsağlığı məktubu ünvanladı. |
14.09.2012 | İslamı və Həzrəti Məhəmmədi (s.a.s.) təhqir edən “Müsəlmanların məsumiyyəti” adlı filmi qınadı. İslam dinini və Həzrəti Məhəmmədi təhqir edən “Müsəlmanların məsumiyyəti” adlı filmi qınayan Fəthullah Gülən tənqiddə ifrat və təfritə yol verməmək lazım gəldiyini bildirdi. |
19.09.2012 | Bingöldə şəhid olan əsgərlərin ailə və yaxınlarına başsağlığı verdi. |
24.09.2012 | Nyu-Yorkda keçirilən “Təhsil vasitəsilə sülhün inşası” adlı konfransa məktub göndərdi. Nyu-York “The Times Center”da Sülh Adası İnstitutu (Peace Island Institute (PII)) və Bulaq (Fountain) jurnalının birgə təşkil etdiyi “Təhsil yolu ilə sülhün təsis edilməsi” adlı konfransda dünyada sülhün bərpası üçün təhsilin zəruriliyindən söz açıldı. |
23.09.2012 | Fəthullah Gülən Xocaəfəndi Bədiüzzaman Səid Nursinin tələbələrindən mərhum Mustafa Birlik üçün qiyabi cənazə namazı qıldırdı. |
24.09.2012 | Bədiüzzaman Səid Nursinin tələbələrindən Mustafa Birliyin vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanladı. |
24.09.2012 | Nyu-Yorkda (ABŞ) “Təhsil yolu ilə sülhün təsis edilməsi” adlı konfrans təşkil edildi. Konfransda dünyanın bir çox ölkəsində fəaliyyət göstərən “Türk məktəbləri”nin dünya sülhünə töhfəsi müzakirə edildi. Sülh Adası İnstitutu (Peace Island Institute (PII)) və Bulaq (Fountain) jurnalının birgə təşkil etdiyi “Təhsil yolu ilə sülhün təsis edilməsi” adlı konfransda dünyada sülhün bərpası üçün təhsilin vacibliyindən söz açıldı. |
27.09.2012 | İngiltərənin “Fayneyçıl tayms” (Financial Times) qəzetində islam əleyhdarı “Müsəlmanların məsumiyyəti” adlı filmə qarşı etirazları təhlil edən məqaləsi çap olundu. Fəthullah Gülən Xocaəfəndi İngiltərənin “Finansal tayms” qəzetində “Peyğəmbərimizin sünnətində zorakılığa yer yoxdur” başlıqlı məqaləsində müsəlmanları konstruktiv olmağa səslədi. |
06.10.2012 | Fəthullah Gülən Xocaəfəndinin İngiltərənin “Finansal tayms” qəzetində dərc olunan “Peyğəmbərimizin sünnəsində zorakılığa yer yoxdur” adlı məqaləsi Nigeriya mətbuatında öz əksini tapdı. Fəthullah Gülən Xocaəfəndinin İngiltərənin “Finansal tayms” qəzetində dərc olunan “Peyğəmbərimizin sünnəsində zorakılığa yer yoxdur” başlıqlı məqaləsi Nigeriya mətbuatında ətraflı şəkildə müzakirə olundu. Nigeriyanın ən nüfuzlu qəzetlərindən “Liderşip” (Leadership) Fətullah Gülənin “Finansal tayms”da çap olunan məqaləsini bütöv bir səhifədə oxucularına təqdim etdi. |
12.10.2012 | Fəthullah Gülən Xocaəfəndinin qardaşı Həsbi Nidai Gülən vəfat etdi. |
14.10.2012 | Fəthullah Gülən Xocaəfəndi qardaşı Həsbi Nidai Gülən üçün ABŞ-da qiyabi cənazə namazı qıldırdı. |
14.10.2012 | Fəthullah Gülən Xocaəfəndi qardaşı Həsbi Nidai Güləni son mənzilə yola salındı. Xocaəfəndinin qardaşı vətəni Ərzurumun Qorucuq kəndində atası Ramiz Gülənin yanında dəfn edildi. |
15.10.2012 | Moldova Elmlər Akademiyasında “Mədəniyyətlər dialoqunda təhsil, əxlaq, azadlıq və məsuliyyət” adlı konfrans təşkil olundu. |
17.10.2012 | Qardaşı Həsbi Nidai Gülənin vəfatı ilə əlaqədar başsağlığı verənlərə təşəkkür etdi. Fəthullah Gülən Xocaəfəndi qardaşı Həsbi Nidai Gülənin vəfatı ilə əlaqədar Prezident Abdullah Gül, Baş Nazir Rəcəb Tayyib Ərdoğan, TBMM-nin sədri Cəmil Çiçək də daxil olmaqla dövlət rəsmiləri, iş, media və siyasət dünyasından başsağlığı ünvanlayan hər kəsə minnətdarlıq bildirdi. |
29.10.2012 | Ayxan Bermekin həyat yoldaşı Reyhan Bermekin vəfatı ilə əlaqədar ailə və yaxınlarına başsağlığı verdi. |
31.10.2012 | Necdət Doğanatanın vəfatı ilə əlaqədar başsağlığı verdi. |
02.11.2012 | Təkirdağ millət vəkili Tevfiq Ziyaəddin Ağbuludun anası Adilə Ağbuludun vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanladı. |
09.11.2012 | Alman jurnalist Rainer Hermann "Frankfurter algemayne tsaytunq" qəzetində “Könüllülər hərəkatı”ndan bəhs edən məqalə qələmə aldı. |
08.11.2012 | Amerikada “Sandi” qasırğası nəticəsində zərərçəkənlərə maddi yardım göstərdi. |
09.11.2012 | Nigeriyanın ən nüfuzlu qəzetlərindən Liderşip (Leadership) Fəthullah Gülən Xocaəfəndinin məqalələrini dərc etməyə başladı. |
12.11.2012 | Siirtdə vertolyot qəzası nəticəsində şəhid olan 17 əsgər üçün başsağlığı məktubu ünvanladı. |
13.11.2012 | Tanınmış din xadimi Şeyx Nemətullah Aytənin vəfatı ilə əlaqədar başsağlığı verdi. |
20.11.2012 | Pakistanın Pəncab Universitetində "M. Fəthullah Gülən düşüncəsində ideal insan və ideal cəmiyyət" adlı konfrans keçirildi. Fəthullah Gülən bu konfransa məktub göndərdi. |
20.11.2012 | Əlcəzairdə “M.Fəthullah Gülən və əlcəzairli alim Malik bin Nəbinin mədəniyyət anlayışı” adlı konfrans keçirildi. Əlcəzair Universitetinin və ərəb dilində nəşr olunan “Hira” dərgisinin əməkdaşlığı ilə “M.Fəthullah Gülən və əlcəzairli alim Malik bin Nəbinin mədəniyyət anlayışı” adlı konfransda “Hizmət hərəkatı”nın insan və təhsilə verdiyi əhəmiyyət müzakirə olundu. Müasir mədəniyyətin üzləşdiyi problemləri ancaq bu yolla həll etmək mümkün olduğu vurğulandı. Konfransda 18 ölkədən elm adamları və tanınmış araşdırmaçı jurnalistlər iştirak etdi. |
25.11.2012 | “Sızıntı” jurnalının təsisçisi Şərafəddin Qocamanın vəfatı ilə əlaqədar ailə və yaxınlarına baş sağlığı verdi. Fəthullah Gülən Xocaəfəndi “Sızıntı” jurnalının təsisçisi və tələbəsi Şərafəddin Qocaman üçün qiyabi cənazə namazı qıldırdı. |
27.11.2012 | “Dünyanın ən nüfuzlu 500 müsəlmanı” siyahısı haqqında fikirlərini bildirdi. Səudiyyə Ərəbistanı Krallığının İslami Strateji Araşdırmalar Mərkəzi “Dünyanın ən nüfuzlu 500 müsəlmanı” siyahısını tərtib etdi. Siyahı haqda fikirlərini bildirən Fəthullah Gülən Xocaəfəndi bir faydası varsa, bu kimi siyahılarda ölkəmizdən daha çox insana yer verilməsi lazım gəldiyinə işarət edib buna bir çox mütəfəkkir, sənətçi, siyasətçi, idmançı və iş adamı layiq olduğunu söylədi. |
29.11.2012 | İtaliyanın Torino şəhərində “Fəthullah Gülən və “Hizmət” hərəkatı” mövzusunda konfrans keçirildi. |
02.12.2012 | Bədiüzzamanın tələbələrindən Mustafa Sunqurun vəfatı ilə əlaqədar başsağlığı verdi. |
03.12.2012 | Fəthullah Gülən Xocaəfəndi Bədiüzzamanın tələbələrindən Mustafa Sunqur üçün qiyabi cənazə namazı qıldırdı. |
06.12.2012 | Almaniyanın “Frankfurter Allagemeine Zeitunq” (FAZ) qəzetinin əməkdaşı Rainer Hermana müsahibə verdi. |
08.12.2012 | Taypeydə (Tayvan) “Hizmət hərəkatı” mövzusunda konfrans təşkil olundu. |
15.12.2012 | ABŞ-da orta məktəbdə törədilən silahlı basqın nəticəsində dünyasını dəyişənlərlə bağlı başsağlığı verdi. ABŞ-ın Konnektikut (Connecticut) ştatının Nyutaun (Newtown) şəhərində 20-si uşaq olmaqla 26 nəfərin ölümü ilə nəticələnən silahlı basqınla əlaqədar başsağlığı məktubu ünvanladı. |
26.12.2012 | Ankarada avtomobil qəzası keçirən Böyük Birlik Partiyasının sədri Mustafa Dəstəçi üçün şəfa diləklərini çatdırdı. |
28.12.2012 | Baş Nazir Rəcəb Tayyib Erdoğanın telefon danışıqlarının dinlənilməsi iddialarında adının hallanmasına vəkili vasitəsilə cavab verdi. Fəthullah Gülən Xocaəfəndinin vəkili Orxan Ərdəmli “Sözçü” qəzetinin 26.12.2012 tarixli sayında “Camaat dinlədi?” başlıqlı xəbərini təkzib etdi. “Sözçü” qəzetinə notarius vasitəsilə göndərilən təkzib mətnində “Heç bir demokratik, hüquq dövlətində media vasitəsilə məsum insanlara iftira atmaq mətbuat azadlığı çərçivəsinə daxil deyildir”, - deyilirdi. |
- tarixində yaradılmışdır.