2011 həyat xronologiyası
Tarix | Hadisənin məzmunu |
01.01.2011 | “Turkish Review” dərgisinin əməkdaşı jurnalist Brayn Noltona (Brian Knowlton) müsahibə verdi. |
26.01.2011 | Kanadada Mədəniyyətlərarası Dialoq İnstitutunun (İDİ) Tornado şöbəsi tərəfindən təşkil olunan “Sülhsevər nəslin yetişdirilməsi” adlı dialoq seminarında Fəthullah Gülənin təhsil fəlsəfəsi müzakirə olundu. |
28.01.2011 | Moskvadakı (Rusiya) Domodedovo aeroportunda yanvar ayının 24-də baş vermiş terror aktı ilə əlaqədar ölən və yaralananların yaxınlarına başsağlığı verdi. |
21.01.2011 | Bosniya və herseqovinalı Quran hafizi Xalid Hacimuliçin vəfatı ilə əlaqədar ailə və yaxınlarına başsağlığı verdi. |
28.02.2011 | Türkiyə Cümhuriyyətinin sabiq Baş Naziri, Səadət partiyasının sədri professor Nəcməddin Ərbakanın vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı məktubu ünvanladı. |
07.03.2011 | Böyük din xadimi Tahir Böyükkörükçünün vəfatı ilə əlaqədar ailəsi və yaxınlarına başsağlığı verdi. |
15.03.2011 | Yaponiyada baş vermiş zəlzələ və sunami fəlakətində dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verdi. |
15.03.2011 | Yaponiyada baş vermiş təbii fəlakət zamanı zərərçəkənlərə maddi yardım göstərdi. |
15.03.2011 | Tanınmış müğənni İbrahim Tatlısəsə şəfa diləklərini çatdırdı. Fəthullah Gülən hücuma məruz qalıb yaralanan tanınmış müğənni İbrahim Tatlısəsə şəfa diləklərini çatdırdı. |
22.03.2011 | Hulusi Təkalanın vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verdi. |
25.03.2011 | Albaniyada “Gülən hərəkatı” adlı konfrans təşkil olundu. |
28.03.2011 | Danimarkada “Dünyagörüşləri Arasında Dialoq və Gülən Hərəkatı” adlı konfrans təşkil olundu. |
28.03.2011 | Əhmed Şıqın (Ahmet Şık) çapdan çıxmamış “İmamın ordusu” kitabı barədə gedən müzakirələrdə adının hallanmasına vəkili vasitəsilə cavab verdi. Fəthullah Gülən Xocaəfəndi Ergenekon əməliyyatları çərçivəsində həbs olunan Əhməd Şıqa aid kitab mətni məhkəmə tərəfindən yığışdırıldıqdan sonra mətbuatda səsləndirilən fikirlərin məhkəməsiz edama bənzədiyini söylədi. Məsələnin hələ məhkəmə tərəfindən araşdırıldığına diqqət çəkən Gülən kitab və müəllifini məhkəməyə şikayət etmək niyyətində olmadığını bildirdi. Xocaəfəndi əvvəllər də əleyhinə yazılan onlarla kitabı xatırladaraq mətbuat azadlığından istifadə edib günahsız insanların qaralanmasını pislədi. |
01.04.2011 | Fəthullah Gülən Xocaəfəndi bəzi qüvvələrin onun adını bir sıra istintaqlarda hallandırma istəyinə vəkili vasitəsilə cavab verdi. Yazılı açıqlamada: “Gülən siyasi polemikalara bitərəf qalacaq, münaqişə və xaos arzusunda olanlara fürsət verməyəcək”, - ifadələri işləndi. |
02.04.2011 | Bosna və herseqovinalı Amer Cenanoviçin vəfatı ilə əlaqədar ailə və yaxınlarına başsağlığı verdi. |
06.05.2011 | Fəthullah Gülən Xocaəfəndi Kastamonudakı mitinqdən sonra Baş Nazir Rəcəb Tayyib Ərdoğanın kortejinə edilən hücumla əlaqədar üzüntüsünü bildirdi. |
06.05.2011 | Baş Nazir Rəcəb Tayyib Ərdoğanın mühafizə kortejinə edilən hücum zamanı şəhid olan polis nəfəri Rəcəb Şahinə Allahdan rəhmət, yaralanan polis məmuru Mətin Quşa isə şəfalar dilədi. |
11.05.2011 | Fəthullah Gülən Xocaəfəndiyə “2011-ci il Sülh mükafatı” verildi. Fəthullah Gülən Xocaəfəndiyə dünya sülhünə verdiyi töhvələrinə görə Şərq-Qərb İnistitutu (East-West Institute-EWİ) tərəfindən “2011-ci il Sülh Mükafatı”na layiq görüldü. Tədbirə təşəkkür məktubu göndərən Fəthullah Gülən Xocaəfəndi mükafatı bu Hərakata könül verən saysız könüllülərin adından qəbul etdiyini vurğuladı. |
13.05.2011 | Kiyevdə (Ukrayna) “Fəlsəfi miras - müasir dünyanın inkişafında güclü faktor kimi” adlı konfrans keçirildi. Konfransda Fəthullah Gülən Xocaəfəndinin fikir dünyasından bəhs edildi. |
14.05.2011 | “Beynəlxalq Quran və Elmi həqiqətlər” simpoziumuna məktub göndərdi. “Sızıntı”, “Yeni ümid” və “Hira” dərgilərinin birgə təşkil etdiyi “Beynəlxalq Quran və Elmi Həqiqətlər” simpoziumuna məktub göndərən Fəthullah Gülən Xocaəfəndi iştirakçılara və təşkilatçılara öz təbriklərini çatdırdı. |
25.05.2011 | İngiltərənin BBC Radio 4 kanalı Gülən Hərəkatı haqqında ətraflı veriliş yayınladı. İngiltərənin BBC Radio 4 kanalının yayınladığı xəbərdə Türkiyə Cümhuriyyətinin hazırkı inkişafında Gülən Hərəkatının böyük rolu olduğu qeyd edildi. Xəbərdə təhsil, dialoq və əməyə xüsusi qiymət verən xarizmatik lider kimi xarakterizə edilən Fəthullah Gülənin İslamın sevgi və qardaşlıq dini olduğuna dair fikirlərinə yer verildi. |
28.05.2011 | Kenyanın paytaxtı Nayrobidə “Dinlərarası Dialoq və Fəthullah Gülən Hərəkatı” adlı konfrans təşkil olundu. |
28.05.2011 | Uqandada Fəthullah Gülən və Könüllülər Hərəkatına həsr olunan simpoziumda Gülən Hərəkatı və hərəkatın dünya sülhünə töhfəsi müzakirə edildi. |
10.06.2011 | Almaniyada türk və almanca dillərində fəaliyyət göstərən Türk xəbər saytı DTN-yə müsahibə verdi. |
07.07.2011 | Şanlıurfa millət vəkili Xəlil Özcanın atası Həsən Özcanın vəfatı ilə əlaqədar ailə və yaxınlarına başsağlığı verdi. |
07.07.2011 | Memar Cüneyt Tuaçın vəfatı ilə əlaqədar başsağlığı verdi. |
16.07.2011 | Diyarbəkirin Silvan mahalında törədilən terror aktı nəticəsində şəhid olan 13 əsgərin ailə və yaxınlarına başsağlığı verdi. |
26.07 2011 | Quraqlıqdan əziyyət çəkən Afrika xalqına maddi yardım göstərdi. |
27.09.2011 | Əlcəzairdə Fəthullah Gülən Xocaəfəndinin fikirləri müzakirə edildi. |
08.10.2011 | “Zaman” qəzetinin əməkdaşı Əli Ünalın anası Aişə Ünal xanımın vəfatı ilə əlaqədar başsağlığı verdi. |
08.10.2011 | Baş Nazir Rəcəb Tayyib Ərdoğanın anası Tənzilə Ərdoğan xanımın vəfatı ilə əlaqədar başsağlığı verdi. |
08.10.2011 | Jurnalistlər və Yazarlar Vəqfinin (Gazeteciler ve Yazarlar Vakfı) təşkil etdiyi iftar ziyafəti ilə əlaqədar məktub göndərdi. Jurnalistlər və Yazarlar Vəqfinin fəxri sədri Fəthullah Gülən Xocaəfəndi Svissoteldə (Swissotel) təşkil olunan iftar ziyafətinə məktub göndərdi. |
20.10.2011 | Haqqari Çuxurca və Guroymaq rayonunda törədilən terror aktı nəticəsində şəhid olan 24 təhlükəsizlik işçisinin ailə və yaxınlarına başsağlığı verdi. |
25.10.2011 | Vanda baş verən zəlzələ nəticəsində dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verdi. |
25.10.2011 | Vanda baş verən zəlzələ nəticəsində zərərçəkənlərə maddi yardım göstərdi. |
17.11.2011 | Kiyevdə (Ukrayna) təşkil edilən “Müasir Dünyada Tolerantlıq və İnsani Dəyərlər: Qitələrarası İntellektuallar Dialoqu” adlı konfransda tolerantlıq mövzusu müzakirə edildi. |
18.11.2011 | Nigeriyanın paytaxtı Abujada “Fəthullah Gülənin Düşüncə və Fəaliyyətini Araşdırmaq - Birgəyaşayış və Anlayış Mədəniyyətinin Təşkili” mövzusunda konfrans kəşkil olundu. |
10.12.2011 | Mehmet Qaranın vəfatı ilə əlaqədar ailəsi və yaxınlarına başsağlığı ünvanladı. |
12.12.2011 | Misirli mütəfəkkir professor Abdulhəlim Üveysin vəfatı ilə əlaqədar başsağlığı ünvanladı. |
12.12.2011 | “Əl-Ehram” qəzetinin əməkdaşı Əhməd Behcədin vəfatı ilə əlaqədar başsağlığı ünvaladı. |
16.12.2011 | Aişə Təkoğulun vəfatı ilə əlaqədar başsağlığı ünvanladı. |
25.12.2011 | Aydın Menderesin vəfatı ilə əlaqədar ailəsi və yaxınlarına başsağlığı verdi. |
27.12.2011 | Ələddin Qıdaqın vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanladı. |
31.12.2011 | Şırnak Uludərədə baş verən hadisə nəticəsində həyatını itirən 35 nəfərin ailə və yaxınlarına başsağlığı ünvanladı. |
- tarixində yaradılmışdır.