Yenə "əmanət"

Sual: 1 )

يَۤا أَيُّهَا الَّذِينَ اٰمَنُوا لَا تَخُونُوا اللّٰهَ وَالرَّسُولَ وَتَخُونُۤوا أَمَانَاتِكُمْ وَأَنْتُمْ تَعْلَمُونَ

Ayeyi-kərimədə diqqətə çatdırılan və cəm şəkildə işlədilən "əmanət" nə deməkdir? "Əmanət" kəlməsinin məzmununa nələr daxildir?

  • Sualda keçən ayeyi-kərimənin məalı belədir: "Ey iman gətirənlər! Allaha və Elçisinə xəyanətkarlıq göstərməyin və bilə-bilə aranızdakı əmanətlərə də xəyanət etməyin" (“Ənfal” surəsi, 8/27). Ayədə keçən "xəyanət" sözü xainlik, vəfasızlıq, etimaddan sui-istifadə və sözündə durmayıb hiyləgərlik etmək mənalarına gəlir. (00:50)
  • Ərəbcə "güvənmək, qorxu və əndişədən arxayın olmaq" mənalarına gələn “əmanət” sözü feilin məsdər formasında olan "əmn" kökündən törəmişdir. Bu söz “xəyanət”in antonimi kimi isim, "etibarlı olmaq" mənasında məsdər şəklində də işlədilir. O cümlədən "etibarlı adama qoruyub saxlaması üçün müvəqqəti verilən bir şey" mənasına da gəlir və daha çox bu mənada istifadə olunur. "Mömin" Cənabi-Allahın bir ismi-şərifi olduğu kimi, Ona inananların da bir ünvanıdır. Qurani-Kərimdə əmanətə riayət möminlərin əsas üstün cəhəti kimi diqqətə çatdırılır. Bu ayədə "Ey iman edənlər!" xitabı ilə əmanətin imanla əlaqəsinə işarə edilmiş və sözə incə bir iltifatla başlanmışdır. (01:20)
  • Xüsusilə, إِنَّا عَرَضْنَا اْلأمَانَةَ عَلَى السَّموَاتِ وَاْلأرْضِ وَالْجبَالِ فَأبَيْنَ أَنْ يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا وَحَمَلَهَا اْلإِنْسَانُ إِنَّهُ كَانَ ظَلُومًا جَهُولاً Biz, əmanəti (təşrii deyil, təkvini zaviyədən[1]) göylərə, yerə, dağlara təklif etdik, onlar bundan çəkindilər və məsuliyyətindən qorxdular. (Mahiyyət etibarilə) bu əmanəti insan götürdü. Düzü (əksər) insan oğlu (bu əmanətə layiq ola bilmədiyindən) çox zalım və çox cahil bir vəziyyətə düşdü" məallı ayə barədə müxtəlif fikirlər var. Burada keçən əmanət sözünün "ruhi və fiziki qabiliyyətlər, mərifətullah, dini vəzifələr, oxuma-yazma, ağıl və düşünmə istedadı" kimi götürənlər də var. Bu ayəni “Otuzuncu Söz”ün sərlöhvəsi kimi verən Ustad Həzrətləri də "Göylərin, yerin, dağların çəkindiyi və qorxduğu əmanətin müxtəlif vəchindən biri “Ənə”dir" deyərək, məsuliyyət etibarilə ən böyük əmanətin "ənə" adlı insan nəfsinə ilişib qalan mənlik olduğunu bəyan etmişdir. (03:36)
  • Nəfsimiz, imanımız, ibadətlərimiz... hər şeyimiz əmanət olduğu kimi, uca dinimiz, xidmət düşüncəmiz, dünyagörüşümüz və həyat fəlsəfəmiz də bizə əmanətdir. Bunlar dünən sələfin, bu gün bizim, sabah isə gələcək nəslin çiynindədir. Bu əmanəti necə varsa, elə ötürməliyik. Əgər əmanətə sahib çıxmasaq, onları qorumasaq və xələl gətirmədən xələflərimizə təslim etməsək, gələcək nəslin ruhunu zədələmiş olarıq ki, bu, həm məfkurəyə xəyanət, həm də o insanlara böyük haqsızlıqdır. (05:50)
  • Sualdakı ayədə keçən وَأَنْتُمْ تَعْلَمُونَ - bilə-bilə (bildiyiniz halda) ifadəsi bu mənalara gələ bilər: Hərçənd xainlik mömində xasiyyətə çevrilməz. Ancaq mömin də olsa, insan qəflətə düşə bilər, dolanışıq, mal və övlad dərdi bəzən belə bir xətaya yol verə bilər. Bilin ki, mallarınız və övladlarınız sizin üçün fitnədən başqa bir şey deyil, sizi özünə bağlayıb (fitnə) günaha və bəlaya sürükləyə bilər. Elə isə nə mala, nə övlada, nə də bir başqa şeyə bağlanıb xəyanət etmə təhlükəsi ilə üzləşməyin, o böyük axirət mükafatından özünüzü məhrum etməyin. (08:00)

Sual: 2) Əmanətə xəyanət qiyamət əlamətindən biri sayılır? Sözügedən hədisdə əksini tapan əmanət təkcə idarəçiliklə əlaqəlidir, yoxsa daha geniş məna daşıyır? (10:50)

  • Bir hədisi-şərifdə “yer üzündə "Allah, Allah" deyən qalmayanda qiyamət qopacaq” deyilir. Demək ki, o, ən böyük əmanət hədər olandan sonra dünyanın mənası qalmayacaq… və qiyamət qopacaq. (11:00)
  • Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) "Elə ki əmanət hədər oldu, o zaman qiyaməti gözləyin!" buyurur. "Ey Allahın Rəsulu! Əmanətin hədər olması nə deməkdir?" deyə soruşurlar. Peyğəmbərimiz: "İş layiq olmayanlara veriləndə əmanət hədər olar. Bax onda qiyaməti gözlə, qiyamətin vaxtı çox yaxındır" (Buxari, Elm 2) deyir. (12:01)
  • Bir atalar sözündə deyildiyi kimi "balıq başdan iylənər". Hər işin başına layiq olanı, mütəxəssisi qoymaq lazımdır ki, bu da bir əmanətdir. Bu, dövlət başçısından məhəllə gözətçisinə qədər cəmiyyətin hər sahəsinə və hər dövrə aid ilahi bir əmrdir. İslam özünə hakim ola bilməyən, ruhuyla bədəni, dünyasıyla axirəti, işiylə ibadəti arasında tarazlığı qura bilməyən, həyatı yemə, içmə, əylənmə, pul qazanmaqla keçən insanların başa keçməsinə, idari işləri öhdəsinə almasına cəvaz vermir. Çünki bu cür insanlar iş başına gətiriləndə ilk növbədə o ölkənin, şəhərin, kəndin və ya o təşkilatın qiyaməti qopur. Bu gün guya “bahar” gələn ölkələrdə payızın cövlan etməsi də keçmişdən bəri əmanətin hədər edilməsindən irəli gəlir. (13:20)

Sual: 3)

وَاذْكُرُۤوا إِذْ أَنْتُمْ قَلِيلٌ مُسْتَضْعَفُونَ فِي الْأَرْضِ تَخَافُونَ أَنْ يَتَخَطَّفَكُمُ النَّاسُ فَاٰوَاكُمْ وَأَيَّدَكُمْ بِنَصْرِهِ وَرَزَقَكُمْ مِنَ الطَّيِّبَاتِ لَعَلَّكُمْ تَشْكُرُونَ

ayəsi bu dövrün möminlərinə, xüsusilə, yoxluq, qıtlıq, zəiflik günlərini görən və ya eşidən Haqq dostlarına nə deyir? (19:30)

  • Sözügedən ayənin məalı belədir: "Yadınıza salın ki, bir zaman siz az idiniz, yer üzündə zəif sayılırdınız; adamların sizi ələ keçirəcəyindən qorxurdunuz. (Allah) sizə sığınacaq verdi, Öz köməyi ilə sizi qüvvətləndirdi və sizə pak ruzilərdən verdi ki, bəlkə, şükür edəsiniz." (“Ənfal” surəsi, 8/26) (19:58)
  • Cənabi-Allah möminləri təhdisi-nemətə (şükür məqsədi ilə verilən nemətdən danışmaq, sevinc və şükrü dilə gətirmək) yönəltmək üçün onlara əvvəlki vəziyyətlərini xatırladaraq, sanki belə buyurur: Məkkədə Qureyş tərəfindən əzilən zəif bir dəstəydiniz. Və ya bir vaxtlar Fars və Bizansın gözündə zəif, əhəmiyyətsiz və onların hakimiyyəti altında əzilən bir ovuc insandınız. Sizi əzib yox etməsindən qorxurdunuz. Onlar sizə kin və nifrət bəsləyirdi, sizin isə özünüzü nə müdafiə etməyə gücünüz, nə də etibarlı sığınacağınız vardı. Daha sonra Allah sizi məskunlaşdırdı, yurd-yuva sahibi etdi. Mədinəyə köçürüb əmin-amanlığınızı və asayişinizi təmin etdi. Sizi gücləndirdi, Ənsarı köməyinizə göndərdi, mələklərlə dadınıza çatdı, Bədr zəfəri ilə gücünüzə güc qatdı və sizə dəstək verdi, halal və təmiz nemətlərdən ruzi lütf etdi, qənimətlər nəsib etdi. Xülasə, zəlalətdən, rəzalətdən qurtarıb belə şanlı-şərəfli bir həyat bəxş etdi ki, bu nemətləri xatırlayıb layiqincə şükür edəsiniz. (19:58)
  • Bu ilahi bəyan o ilk Müsəlmanları Allahın nemətlərini görüb şükür etməyə səslədiyi kimi, bizi də keçmişlə bu günü müqayisə etməyə, əzab-əziyyətli illəri xatırlamağa və minnətdarlıq hissi ilə Cənabi-Allaha yönəlməyə çağırır. O cümlədən hərəkat, camaat və ya camia deyib hücum çəkilən və müəyyən dövrlərdə bəzilərinin nişangahına çevrilən könüllülərin fəaliyyətlərini də Rəhman və Rəhim olan Allah qorudu. Hətta hücumlar çoxaldıqca daha da gücləndirdi və böyütdü. (26:45)
  • Bundan əlavə, Allahın hifz və inayətinin mütəmadiliyi və bu xeyirxah fəaliyyətlərin uğuru vəfadan, sədaqətdən, səmimiyyətdən, adanmışlıqdan, təmənnasızlıqdan və s. asılıdır… (30:37)
  • Ölkəmizin və millətimizin dəyərlərinə yadlaşdığı dövrdə Möhtərəm Xocaəfəndi bugünkü nemətlərin və imkanların qədrini bilək deyə hərbi xidmətindən əvvəl bir gün radioda Mehtər marşını eşidəndə həyəcandan hönkürə-hönkürə ağladığını və taqətinin kəsildiyini, sonrakı illərdə Yavuz Bülənt Bakilər bəyin bir verilişdə mədəniyyətimizdən bəhs etdiyini görüb sevincindən "Məgər bu günləri də görəcəkmişik?" deyib şükür hisləri ilə coşduğunu… danışır. (32:18)

Çay söhbətində həqiqət damlaları (35:35)

  • Heç kimi həqir görməməliyik. Xüsusən, möminləri əsla dəyərsiz bilməmili və xəta edənləri ayıblamamalıyıq. Yıxılana balta çalmamalı, ayıblarını yaymamlı, heç kimin şərəf və heysiyyəti ilə oynamamalıyıq. (35:53)
  • Ərzurumlu İbrahim Haqqı Həzrətləri necə də gözəl deyir: "Heç kimə xor baxma / İncitmə, könül yıxma / Sən nəfsinə yan çıxma / Mövla görəlim neylər / Neylərsə, gözəl eylər..." (38:13)
  • Əslində heç kim qüruruna, izzət və şərəfinə ləkə gəlməsinə razı olmaz. Bəzilərinin mövqeyi bu məsələdə çox həssasdır. Siz onlara vicdanınızda bir yer versəniz də, verməsəniz də, bəzi qüsurları ilə barışsanız da, barışmasanız da, onlar rütbə və mövqelərinə ogünədək verilən dəyər nöqteyi-nəzərindən özlərinə baxırlar. Buna görə də sizə iynə ucu qədər əsər edən məsələlər onlara çuvaldız kimi batır. Beləliklə, iynənin ucu qədər təhqiri ürəyinə nizə saplanmış kimi dərindən hiss edən bu insanları onların mövqeyinə görə dəyərləndirmək lazımdır. Əks halda o insanları müvazinətsiz davranışlara, hissi və məntiqsiz hərəkətlərə sövq etmiş olarsınız. (38:51)
  • Həzrəti Məsih (ala nəbiyyina və aleyissalatu vəssalam) bir nəfərin daşqalaq edilməyə aparıldığını görüncə əli daşlı izdihama belə səslənir: "Birinci daşı günahsız olan atsın!" Bu sözdəki incə məqamı anlayan bir insan kiməsə daş atmağa cürət edərmi? Kaş ömrünü başqa həyatların hesabını aparmaqla hədər edən bu günün talesizləri bunu anlayalar!.. (41:50)
  • Günaha qarşı olmaq başqa, günahkara qarşı olmaq isə tamam başqa məsələdir. Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) günaha güzəştə getməzdi, ancaq günahkarlardan müsamihə və mərhəmətini əsirgəməzdi. Bu mövzuda Maiz və Qamidiyəli qadının başına gələn hadisə olduqca ibrətamizdir. Allah Rəsulu onlara tövbə yolunu göstərmiş, ancaq onlar cəzalandırılmaq üçün israr etmişdilər. Cəzadan sonra Rəsulullah onlardan biri haqqında "Elə tövbə etdi ki, iki dağ arasındakı insanlara paylansaydı, hamısına çatardı!", digəri haqqında isə "O elə tövbə etdi ki, əgər xərac alan mömin belə bu tövbəni etsəydi, Allah onu əfv edərdi!" buyurmuşdu. (42:45)
  • "Fariğ ol, aybın güdmə kimsənin / Ta ki Haqq sətr eyləyə aybın sənin." Həzrəti Səttarın ayıblarını sətr etməsini (örtməsini) istəyirsənsə, sən də satir (örtən) ol, ört başqasının ayıblarını!.. (45:29)
[1] Şəriət deyil, kainata qoyulan qanunlar baxımından

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.