Əlindən və dilindən kimsəyə zərər gəlməyən insan: müsəlman
Çay söhbətində həqiqət damlaları… (00:45)
- Heç kim Allahla dərin münasibətdə Həzrəti Əbu Bəkir, Həzrəti Ömər, Həzrəti Osman, Həzrəti Əli, Həzrəti Həsən və Həzrəti Hüseynə (radiyallahu anhum əcmain) çata bilməz. Çünki Əshabi-kiram Şəmsi-risalətə (əleyhissalatu vəssalam) yaxın idi. Həm hər şeyi birbaşa mənbəyindən öyrənib doğru qavrayır, həm də peyğəmbər hüzurunun insibağı ilə boyanırdılar. (01:00)
- Məşru (qanuni) və haqq bir məqsədə aparan yollar və vasaitələr də haqq və məşru olmalıdır. Hər qayənin məşru olması haqq, o haqqa aparan vəsilələrin məşru olması da əsasdır. İxlas və səmimiyyətsiz Haqqın rizasını əldə edib vüsala çatmaq mümkün olmadığı kimi, İslama xidmət və Müsəlmanları əsl hədəflərinə yönəltmə də şeytani yollarla həyata keçirilə bilməz. Bəzən bu yol mümkün görünsə də, etibarını batil yollarda puç edib Haqqın iltifatını və xalqın təvəccöhünü itirənlərin müvəffəqiyəti müvəqqətidir. (05:20)
- Təqiyyə özünü gizlətmək, başqa cür görünmək, inancı gizləyib əksini demək və təhlükədən qorunmaq üçün bir hiyləyə əl atmaq deməkdir. Bəziləri təqiyyəni müsəlmanlığa yamamaq istəsələr də, İslamda təqiyyə yoxdur. Dinimizdə "İlla ən təttəqu minhum tuqah - Ancaq onlardan (gələn təhlükədən) çəkinməklə ehtiyat etməyiniz istisnadır!" (“Ali İmran” surəsi, 3/28) prinsipi ilə müharibədə düşmənin zülmündən canını qurtarmaq üçün imanı gizləyib müdarat etmək caiz olsa da, Şiəlikdə olan təqiyyə müsəlmanlıqda yoxdur. Təqiyyə Şiə anlayışında, xüsusən də, İran Şiəliyində əsasdır. Fars Şiəliyində "Sizdən və sizin dairənizdən olmayanları aldatmasanız, həqiqi müsəlman ola bilməzsiniz" anlayışı olan bir təqiyyə mövcuddur ki, bunun da mənşəyini Sünni mühitində yetişən İmam Cəfər Sadiq həzrətlərinə istinad edirlər. Düzü, İmam Cəfər kimi müstəqim (istiqamətdə, düz yolda olan) bir insanın belə bir yanlış anlayışı ortaya atması mümkün deyil. Qaldı ki, Həzrəti İmam belə bir söz söyləsə belə, Allah Rəsulu "Aldadan bizdən deyil" buyurur. (08:00)
- Həzrəti Ustad deyir ki: "Çarəsi olan şeydə acizlik göstərmək, çarəsi olmayan şeydə cəzaa etmək (ağlayıb sızlamağa) lazım deyil". (11:20)
- "Ruhum mənim olduqca bu imanla bərabər, Üç yüz sənə, dörd yüz sənə, beş yüz sənə gözlər." (Süleyman Nazif) (13:13)
Sual: Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) "müslim"i, yəni müsəlmanı əli və dili ilə kimsəyə zərər verməyən insan kimi təsvir edir. Əgər bir mömindən nəinki uzaqdakılar, yaxınları belə əndişələnir, onun əlindən və ya dilindən zərər görməkdən qorxurlarsa, bu, həmin insanın yaxşı müsəlman olmamasının göstəricisidir? Etibarlı mömin olmaq üçün nələrə diqqət etmək lazımdır? (16:39)
- Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) buyurur: ْمُسْلِمُ مَنْ سَلِمَ الْمُسْلِمُونَ مِنْ لِسَانِهِ وَيَدِهِ وَالْمُهَاجِرُ مَنْ هَجَرَ مَا نَهَى اللهُ عَنْهُ "Həqiqi Müsəlman əli və dili ilə Müsəlmanlara zərər verməyən insandır. Həqiqi mühacir də Allahın qadağan etdiyi şeylərdən uzaq olandır".
- اَلْمُسْلِمُ sözünün başında bir ləmi-tərif (-əl) var. İdeal mömin, həqiqətən, özünü silm (sülh), səlamat və əminlik ab-havasında əridən və əlindən-dilindən heç kimə zərər gəlməyən insandır. Söhbət zahirən belə görünən, belə olduğunu iddia edən və ya şəxsiyyət vəsiqəsində “Müsəlman” yazılan insanlardan deyil, hər kəsin təsdiq etdiyi həqiqi və ideal mömindən gedir. Biz ləmi-tərifdən (-əl) bunu sezirik. Yəni “mömin” deyəndə ağlımıza kamil mömin gəlir və hədisdə qəsd olunan da məhz budur. (17:50)
- Peyğəmbərimizin hər kəlamında olduğu kimi, burada da hər kəlimə diqqətlə seçilmişdir. Gördüyünüz kimi, burada da əldən və dildən danışılır. Məhz bu iki əzanın adının çəkilməsi bir sıra məqamlara işarədir. İnsan insana iki cür zərər verir. Ya vicahi, üz-üzə və ya qiyabi, yəni arxadan. Vicahi zərəri əl, qiyabini də dil təmsil edir. İnsan qarşıdakının haqqını iki yolla tapdalayır; ya bilavasitə, əl-qolla zərər yetirərək, ya da qiyabən, qeybətini qırıb hörmətdən salaraq. Mömin heç vaxt belə şeylər etməz. Çünki o, həm üz-üzə görüşdüyü insanlara, həm də yanında olmayanlara qarşı həmişə mürüvvətlidir. (18:44)
- Peyğəmbərimiz əldən əvvəl dilin adını çəkir. Çünki dilin işlənmə sahəsi çox genişdir: faydasız sözdən böhtana qədər bir çox zərəri var. Üstəlik əlin zərərinə qarşı tərəfin cavab vermə imkanı var. Halbuki, edilən qeybət və ya atılan böhtan çox vaxt qarşılıqsız qalır. Dolayısilə, bu cür hərəkətlər çox rahatlıqla şəxsləri, cəmiyyətləri, hətta millətləri bir-birinə vurdura bilər. Dillə vurulan zərərə nəzarət etmək üz-üzə vurulan zərərə nisbətən daha çətindir. Buna görə də, Peyğəmbərimiz ilk öncə dili diqqətə çatdırmışdır. (19:30)
- Həzrəti Pir “Qeybət Risaləsi”ni qələmə alıb dilin səbəb olduğu bu böyük fəlakətə diqqət çəkmişdir. Onun sadiq tələbələri də qeybət məsələsində olduqca həssas idilər. Rəhmətlik Hulusi abi o ilk düşərgələrdən birinə şərəf gətirmişdi. Orada qeybət mövzusunu çox gözəl izah etdi. Tahir abinin yanında "Filankəs üzümə maddım-maddım baxırdı” kimi bir söz desəydiniz, dərhal "Niyə qeybət edirsən? Sənin dilini kökündən kəsmək lazımdır" cavabını alardınız. Bu insanlar başqalarını qeybətdən çəkindirdikləri kimi, şübhəsiz, özləri də qeybətdən uzaq dururdular. (20:40)
- Hədisi-şərifdə "əl" hər cür pis əməli göstərir. Oğurluq, hücum çəkmə, cibgirlik, xalqın malını talan etmə… hamısı əl xəyanətinə daxil olan və Müsəlmana yaraşmayan şər əməllərdir. Belələri səcdə etsələr də, rükuya getsələr də, həqiqi Müsəlman deyillər. (22:55)
- Həqiqi Müsəlman etibar timsalıdır. Onun üçün əllə edilən haqsızlıqla qeybət, böhtan, təhqir kimi dillə edilən günah arasında fərq yoxdur. Hətta bəzi hallarda ikincisi birincidən daha böyük günahdır. O, nəinki kiməsə əziyyət və ya zərər verər, əksinə etibar timsalı kimi anılar. Hər insan zərrəcə şək-şübhəyə düşmədən ona arxalana bilər. Çünki onun nə əlindən, nə də dilindən əsla zərər gəlməz. Onunla bir məclisdə olan insan çıxandan sonra da arxayındır ki, nə o, özü onun dalınca qeybət edər, nə də ki, qeybət edənlərə qulaq asar. O, öz heysiyyət və şərəfinə düşkün olduğu qədər başqalarının şərəfinə də düşkündür. (25:15)
- Əgər bir mömindən yaxınları belə əndişələnir, əlindən və ya dilindən zərər görməkdən qorxursa, bu, həmin insanın imanın zəif olduğunu göstərir. Çünki etibarlı Müsəlmanlığın birinci şərti möhkəm imandır. İkinci şərti isə Haqqa xidmətə maddi mənafe bulaşdırmamaq, onu sırf Allah rizası üçün etməkdir. (26:25)
- Dövrün böyük mütəfəkkiri deyir: "Mənfəət üstündə qurulan siyasət vəhşidir." (26:45)
- Xidmət sahələrində başqa möminlərə yer verməmək, hər yeri öz dairəsindəki insanlarla doldurmaq və nə niyyətlə olur-olsun xalqın malını qəsb etmək – bunların hamısı mənfəət üstündə qurulan siyasət anlayışının nəticəsi və zəif axirət inancının əlamətidir. Allah (Təbarəkə və Təala) Qurani-Kərimdə "Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)" (“Zilzal” surəsi, 99/7-8) buyuraraq heç bir əməlin Haqqın dərgahında hədər olmayacağını və qarşılıqsız qalmayacağını bəyan edir. Hər yaxşılığın bir çəkisi və dəyəri vardır. Onun görə də mömin qəflətdən uzaq olmalı, heç bir yaxşılıq fürsətini fövtə verməməlidir. Eyni şey pis əməllər üçün də keçərlidir. Bəzən zahirən kiçik görünən pis bir əməl insan üçün böyük təhlükələr doğura bilər. (29:10)
- Müasir dövrdəki qədər mənəm-mənəmlik və eqoizm, bəlkə, heç vaxt olmamışdır. Bu gün hətta inanan insanlar belə "özünəinam" anlayışından doğan bəzi düşüncələrlə şeytanı sevindirirlər. Özünəinam anlayışından iradəni layiqincə ortaya qoyma istiqamətində istifadə edilməsi bir qəbahət sayılmaya bilər. Halbuki həqiqi mömin özünə deyil, Allaha güvənən insandır. Həm Cənabi-Allahın verdiyi iradədən layiqincə istifadə edər, həm də "Allahım, məni göz açıb yumunca belə nəfsimlə baş-başa buraxma" deyər. Nəfsinə deyil, Cənabi-Allaha etimad edər. Onun ən böyük düşməni nəfsi və nəfsani duyğulardır, ən sadiq vəkili, yeganə dostu və himayədarı isə yalnız Allahdır. (31:56)
- Bir insanda on münafiqlik, bir iman əlaməti varsa, biz yenə də ona hüsnü-zənn etmək məcburiyyətindəyik. Bəli, o şəxs bu əlamətləri daşıdığına görə aqibətindən çox qorxmalıdır, ancaq biz ona münafiq gözü ilə qətiyyən baxmamalıyıq, sui-zəndə haqlı çıxmaqdansa, hüsnü-zəndə yanılmağa üstünlük verməliyik. Şübhəsiz ki, iman xidmətinə və ümumi heyətin hüququna zərər gəlməməsi üçün münafiqlik əlaməti daşıyan insanlara vəzifə və məsuliyyət etibar edib-etməmə məsələsində daha təmkinli ola bilərik. Bu barədə Ustad həzrətlərinin ortaya qoyduğu "hüsnü-zənn, adəmi-etimad" prinsipi əsasında hərəkət edib onlara da Quran xidmətindən faydalansınlar deyə müəyyən işlər tapşıra, ancaq məhrəm yerlərə yaxınlaşdırmaya bilərik. Beləcə, həm ümumi heyətin hüququnu qorumuş, həm də hüsnü-zənnin tələbini yerinə yetirmiş olarıq. Eyni məfkurəyə könül verənlər arasında hüsnü-zənn və etibar əsasdır. Qeyri-dəqiq məlumatlar, yersiz bəhanələr, bəzi şübhə və vəsvəsələr dostların bir-birinə etimadsızlığına səbəb olmamalıdır. (34:38)
- İrşad ərənləri davranışları ilə insanları "Görəsən, bunlar da maddi mənafe güdür?" deməyə və “maddi imkanlarımızı əlimizdən alacaqlar” kimi düşüncələrə sövq etməməlidir. İş adamları, təbii ki, öz işlərini görməlidirlər, lakin xidmətin öndərləri olan adanmış insanlar pula əl vurmamalı və elə ömür sürməlidirlər ki, vəfatlarından sonra qalan mirasları bircə kəfənliyə ancaq yetsin. Yalnız bu cür yaşamaqla etibarı qorumuş və insanları xeyirxah fəaliyyətlərə istiqamətləndirməkdə ondan istifadə etmiş olarlar. (36.16)
- Aşəreyi-Mübəşşirədən Əbu Ubeydə b. əl-Cərrah (radiyallahu anh) Bəhreyndən çoxlu mal gətirmişdi. Bəzi səhabələr ondan pay almaq üçün gözləyirdilər. Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) onlara məalən "Allaha and olsun ki, mən sizin yoxulluğa düçar olmağınızdan deyil, bol imkanlara sahib olub paxıllıq və rəqabətdən həlak olan sizdən əvvəlkilər kimi sizin də bir-birinizə həsəddən həlak olmağınızdan qorxuram" buyurur. Bəli, Rəsulullah səhabələrə belə xəbərdarlıq etmişdir. Buna görə də möminlər "axırzamanda ən böyük fəlakət dünyanı axirətdən üstün tutmaqdır" həqiqətini heç vaxt unutmamalı və ömrü mütləq axirət mehvərində yaşamalıdırlar. (39:06)
- tarixində yaradılmışdır.