Ümmi nəbi
Sual: 1) Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) bir dərinliyi də Onun ümmiliyidir. "Ümmi" nə deməkdir, Allah Rəsulunun vəsfi olan ümmiliyi necə başa düşməliyik? Nadir fitrətdə yaradılan İnsanlığın İftixarının öz dövrünü dərk etməməsi qeyri-mümkündü. Elə isə o dövrkü kültürün təsirinə düşməməsini necə anlamalıyıq?
- Ümmi sözü lüğəvi mənasına görə anadangəlmə paklığını itirməyən, təhsil almayan, məktəb və mədrəsədə oxumayan şəsx deməkdir. Bununla yanaşı, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) oxuma-yazma bilməməsi, məktəb-mədrəsədə təhsil almaması, həmçinin anadangəlmə səlim (nöqsansız) fitrəti ömrü boyu qoruması və dünyaya gəldiyi kimi məsum, tərtəmiz qalması baxımından da ümmi idi. (01:05)
- Məkkə bütün diyarların anasıdır. Allah Rəsulu Kəbənin əkizi kimi yaradılıb. İnsanlığın İftixarı yer üzündə bütün beytlərin (ev, xanə) anası – Kəbə ilə əkiz olması və diyarların anası Məkkəyə bağlı olması etibarilə də (Məkkənin övladı, Kəbənin qardaşı mənasında) ümmi idi. (03:30)
- Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) həm Quran, həm də ayələrin mənaları vəhy edilirdi, Allah Rəsulu da o vəhyləri olduğu kimi ümmətinə təbliğ edirdi. Əgər Peyğəmbərimizin zehnində yad məlumat kök salmış olsaydı, zehnin “elastiklikliyi” o vəhyi-qeyri-mətluvu (məna şəklində gələn, söz libası olmayan vəhy) sağa-sola çəkə və dolayısilə də fərqli izahlara gətirib çıxara bilərdi. Ancaq Peyğəmbərimiz ümmi idi, başqa fəlsəfə və mədəniyyətlərin təsirinə zərrə qədər düşməmişdi, Onun zehni saf idi, pak idi, təmiz fitrəti Allahın inayət və hikməti ilə qorunmuşdu. (04:33)
- "Ey Rəsulum! Sən bundan (bu Qurandan) əvvəl nə bir kitab oxumusan, nə də yazı yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar (onun barəsində) şəkk-şübhəyə düşərdilər" (“Ənkəbut” surəsi, 29/48) ayəsinin də açıq-aydın ifadə etdiyi kimi Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ümmi idi. Rəsuli-Əkrəm (əleyhissalatu vəssalam) oxuma-yazma bilsəydi, Əhli-Kitab ortaya müxtəlif iddialar atar, Onun Quranda keçən Yəhudilik, Xristianlıq və müqəddəs kitablarla bağlı məlumatları, müxtəlif elm sahələrinə aid elmi işarə və prinsipləri Tövratdan, Zəburdan, İncildən və ya başqa kitablardan götürdüyünü, Ərəblərə uyğun üslubda təbliğ etdiyini deyərdilər. Lakin Alim və Hakim olan Allah Peyğəmbərimizin ümmi olmasını istəmiş (murad etmiş) və bu kimi iddia və böhtanların ortaya çıxmasına imkan verməmişdir. (08:43)
Sual: 2) Həbibi-Ədib Peyğəmbərimizin ümmiliyi nübüvvət yolunun varislərində də öz əksini tapmalıdırmı? Nübüvvət ümmiliyi ilə yanaşı, vəlayət ümmiliyi də varmı? Ümmilik müasir möminlər üçün -şəxsi həyat baxımından- nə ifadə etməlidir? (12:18)
- Nübüvvət yolunun varisləri bilik, məlumat və mülahizələrini Quran və Sünnənin süzgəcindən keçirməlidir. Öz elmindən bir mənada imtina edib bu iki qaynağı əsas götürməli, Quran və Sünnə ilə örtüşənləri saxlayıb onların təsdiqləmədiyi məsələlərdən uzaq durmalı, beləcə “iradi ümmiliyi” əldə etməyə çalışmalıdırlar. (12:40)
- Mədrəsə tələbələrinin on beş-iyirmi ildə aldığı təhsili Həzrəti Ustad çox qısa müddətdə tamamladığına, həm də, öz deyimi ilə desək, xətti olduqca zəif olduğuna görə özünü "yarım ümmi" kimi xarakterizə edir. (15:00)
- Həzrəti Bədiüzzaman "Əgər Ustadımız gəlməsəydi, biz bu dərsi (Risaleyi-nuru) öyrənə bilməzdik. Elə isə o bu dərsdən faydalanmağımıza illətdir (səbəbdir)" deyən tələbələrinə belə cavab verir: "Ey qardaşlarım! Haqq-taala mənə də, sizə də eyni vaxtda nemət verib. İki nemətin illəti də İlahi mərhəmətdir. Mən də bir vaxtlar sizin kimi iqtiranı (iki nemətin birlikdə gəlməsi) illətlə (səbəblə) iltibas edərək (qarışdıraraq) sizin kimi Risaleyi-Nurun almaz qələmli yüzlərlə şagirdlərinə minnətdarlıq duyurdum. Və deyirdim ki "Bunlar olmasaydı, mənim kimi yarım ümmi bir biçarə necə xidmət edəcəkdi?" Sonra anladım ki, sizə qələm vasitəsilə göndərilən qüdsi nemətlə birlikdə mənə də bu xidmətdə müvəffəqiyyət lütf edilib. Yəni bir-birinə iqtiran edib, bir-birinin illəti ola bilməz. Mən sizə təşəkkür deyil, sizi təbrik edirəm. Siz də minnətdarlıq əvəzində mənə dua edincə təbrik edin" (19:54)
Sual: 3) Digər mədəniyyətlərin təsirində yetişənlərin yanlış şərhləri sonrakı nəsillərin fikrən sapmasına yol açan səbəblərdən biri ola bilərmi? Bu aspektdən "Qabul-Axbar müsəlman olanda onun keçmiş biliyi də müsəlman oldu" sözünü dəyərləndirə bilərsinizmi? (21:15)
- Əhli-kitab arasında illərlə təhrif olmuş kitablara inanan, daha sonra isə İslamı qəbul edib "üləmayi-əhli kitab" adını alan alimlər də vardı. Bu alimlərin bəziləri İslamı qəbul edəndə köhnə məlumatlarla birlikdə Müsəlman oldular. Bunlardan Qabul-Axbar, Abdullah b. Salam və sonrakı nəsillərdən Vəhb b. Münəbbih əhli kitaba, xüsusilə İsrail oğullarına aid rəvayətlərin İslam ədəbiyyatına keçməsində böyük rolu var. Bədiüzzamanın qısaca Vəhb və Qab deyə adlarını çəkdiyi bu şəxslər kainatın yaradılışı, peyğəmbər qissələri və İsrail oğullarının tarixi barədə geniş məlumatlara malik idi. Ancaq bu məlumatların kökü əksər hökmü ləğv edilən və qissələri təhrif olan Tövratla İncil idi. Xüsusilə, bəzi müfəssirlərin və tarixçilərin həmin rəvayətləri nəql etməsi "əfkarı ixtilal (fikirləri qarışdıraraq)" İslam ümmətinin səhv məlumatlandırılmasına səbəb olmuşdur. (21:36)
- İnsan, fərqinə varmasa da, onun düşüncə tərzini meydana gətirən, zehində kök salan fəlsəfə əsasında danışır, yazır və yaşıyır. Elə isə təmiz və pak zehinləri bulandırmamaq üçün hər məlumatı din süzgəcindən keçirmək lazımdır. Doğru görmək, doğru düşünmək və doğru hökm vermək zehni arabir silkələyib yad və müzəxrəf məlumatları atmaqdan keçir. (26:37)
- Həkimlər, pedaqoqlar, psixoloqlar… da pozitivist düşüncənin təsirindən qurtulub ümmiliyə qayıtmaq mənasında gərək “zehinlərini silkələsinlər”. Məsələn, Qərb pedaqogikası onlara xas ictimai problemlərin həlli üçün ortaya atılan bir “məlhəmdir”. Biz də bizim dünyamıza aid problemləri nəzərə alaraq üsul və həll yolları axtarmalıyıq. Qərb pedaqogikasını götürüb olduğu kimi tətbiq etsək, bizə aid prinsiplərdən imtina etmiş olarıq. Elə isə əvvəlcə öz kültür dinamiklərimizi bilməli və başqa kültürlərdən aldığımız məlumatları tənqid və analiz etməliyik. Məsələləri dəyərləndirərkən, gərək nəsslərlə ortaya qoyulan təməl qaydalarımız məşəl kimi önümüzü işıqlandırsın. Əgər anladığımız şeylər məntiqimizlə təzad təşkil etmir və dinimizin əsaslarına da zidd deyilsə, qəbul edərik. Məntiqimizə zidd olmasa da, üsuli-dinə əks bir məsələ varsa, yenə də dinin əsaslarına görə hərəkət edər, problemi öz məntiqimizdə və ya üstündə baş yorduğumuz məsələdə axtararıq. (28:00)
- tarixində yaradılmışdır.