Qurani Kərimlə İrtibat
Sual: 1) Əshabi-kiramın hər hadisədə Qurani Kərimin rəhbərliyinə məzhər olduğunu və hər addımı Quranın təşviq və xəbərdarlığına uyğun atdığını görürük. Qurandan həyatın hər anına istiqamət verən bir kitab kimi istifadə etmək hansı xüsuslardan asılıdır?
- Quran uzun zamandır qürbət həyatına məhkum edilmişdir. Bu son dövrlər axırzaman haqda "Qurani Kərimi oxuyacaqlar, amma boğazdan aşağı keçməyəcək" hədisi ilə təsvir edilən zəmanəyə bənzəyir. (01:01)
- Əslində kainat Haqq Təalanın qüdrət və iradəsi ilə yazdığı, plan, proqram, ölçü və tarazlıq əsasında tənzimlədiyi əşya və hadisələr kitabıdır. Bundan əlavə Allahın bir də Kəlam sifətinin təcəllisi olan Quran kitabı vardır. Quran kainatı izah edir, kainatdakı əşya və hadisələri işıqlandırır. Amma təəssüf ki, bir neçə əsr əvvəl biz bu iki həqiqəti və bu iki kitabı bir-birindən qopardıq, qəlblə ağlı ayırdıq. İslamın qəlbi və ruhi həyatından uzaqlaşdıq. Dolayısilə, elə hala düşdük ki, nə Quranın bəyanlarını anladıq, nə də həyata keçirə bildik. (01:43)
- Peyğəmbərimiz (əleyhi əkməlüt-təhaya) bir hədisi-şərifdə, "Elə bir zəmanə gələcək ki, Quran bir vadidə, insanlar başqa bir vadidə olacaq". Yəni bu dövrün insanları Quranla eyni vadidə ola bilməyəcək, müasir dillə desək, eyni müstəvidə görüşə bilməyəcək, fərqli-fərqli yollarda yürüyəcəklər. Quran onu oxumayan, onun nə olduğunu düşünməyən və istifadə etməyi heç ağlından keçirməyən insanların evlərində, könüllərində qərib kimi olacaq. (04:20)
- Qurani Kərimin əleyhdarları heç bir dövrdə əskik olmadı. Keçmişdən bu günədək Qurana düşmən kəsilənlər onu ortadan qaldıra, təhrif edə bilməsələr də insanları ondan uzaqlaşdırmaq üçün "əllərindən gələni səirgəməmişlər". Hətta bəzi dövrlərdə Quranın təlim edilməsini belə qadağan etmiş; bir kənd evində, ya da bir axırda Quranın gizlicə öyrədildiyini eşidər-eşitməz dərhal həmin yerə hücum çəkmiş, kiçik uşaqları tüfənglərin ucu ilə daşa-divara çırpmışlar. Zorakılığa əl ata bilməyəndə isə şübhə və tərəddüdlərlə müsəlmanlarda fikri sapmalar meydana gətirmiş, möminləri Qurana yadlaşdırmışlar. (05:15)
- Quranın həyatımıza həyat verməsi üçün əvvəla yaradılışımızın qayəsini yaxşı anlamalı, imanda dərinləşməli, İslamiyyətin haqq olduğuna ürəkdən inanmalı və yalnız onu dirçəltmək üçün yaşamalıyıq. Bunun üçün də əvvəla özümüzü sorğu-suala çəkməli, ehmal etdiyimiz məqamları gözdən keçirməli və lazımi xüsusları təmir etməyə çalışmalıyıq. Bunu da yaddan çıxarmamalıyıq ki, əsrlərdir zərər çəkmiş, bütün divarları çatlamış və bürcləri dağılmış bir qalanı tələm-tələsik, qısa vaxtda təmir etmək mümkün deyil. (07:30)
- Quranda həyatın hər bir sahəsinə aid bəyanlar, hər cür problemin çarəsi mövcuddur. O bəyan və çarələri görə bilmək əvvəla buna qəlbən inanmaqdan və Qurana ciddi bir həyəcanla yönəlişdən asılıdır. Rəsuli-Əkrəm və əshabi-kirama çox şey deyən bir ayə onu eyni inanc və təvəccöhlə oxuyub dinləyən bu günün insanlarına da bir çox mesaj verir. Məsələn, "İfk" hadisəsi ilə bağlı nazil olan "Həqiqətən, iftira atanlar öz içərinizdə olan bir zümrədir. Onu (o iftiranı) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlara başçılıq edənə isə cəzanın ən böyüyü veriləcək! Ey möminlər, məgər siz o iftiranı eşitdiyiniz zaman mömin kişilər və qadınlar olaraq bir-biriniz haqda gözəl düşünüb (hüsn-zənn edib): "Bu, açıq-aydın bir böhtandır!" deməli deyildinizmi?" ("Nur" surəsi, 24/11-12) məallı ayələr bu gün də anlayana onlarla, yüzlərlə mesaj verməkdədir. (11:44)
- Haqq Təala "Bu (Quran) müttəqilərə doğru yol göstərən Kitabdır" ("Bəqərə" surəsi, 2/2) buyurur. Bu ayədəki هُدًى (hudən) məsdər şəklindədir. Bu isə, "İnsan hidayətə çatmaq üçün səy, cəhd göstərmədən hidayətə və bununla hədəf göstərilən məqama çata bilməz" mənasını daşıyır. Başqa sözlə, zərrə qədər şübhə olmayan bu kitabda müttəqilərə böyük bir hidayəti-rəbbaniyə vardır.. müttəqilərə, çünki onlar şək-şübhədən uzaq olduqları kimi, həm şəriətin əmrlərini yerinə yetirməyə, həm də yaradılış qanunlarına riayətə hazır, haqqı qəbula təşnədirlər. Üstəlik qərəzli olmadıqlarına görə bu cür hidayət ancaq onlara lütf edilir. Ancaq səhifənin sonundakı اُولٰئِكَ عَلٰى هُدًى مِنْ رَبِّهِمْ (uləikə ala hudəmmin rabbihim) cümləsindəki هُدًى (hudən) hasili-bil-məsdərdir (görülən işin nəticəsidir). Yəni Allahın ‒ qullara hidayət üçün yaratdığı səbəb-nəticə prinsipi olmadan ‒ dilədiyi qullarına bəxş etdiyi və هُدًى (hudən) ilə ifadə edilən, vaqi (qorunmuş, hifz edilmiş) hidayətdir. Buna çatmaq, bu qapını açmaq və Qurandan istifadə etmək yolu isə لِّلْمُتَّقِينَ (əl müttəqinə) əlavəsindən başa düşdüyümüz kimi, təqva dairəsində olmaqdır. (13:45)
- Qurani Kərimi həm oxumada, həm də dinləmədə müxtəlif səviyyələr, fərqli hissiyyat və duyğular vardır. Haqq rizasını qazanmaq üçün oxuyanlar fikrindən hər şeyi silib yalnız Allaha üz tutmalı, dinləyənlər də səs və avaz kimə aid olur-olsun Quranın özünü, İlahi kəlamın məna və məzmununu dinləməyə çalışmalıdır. Ustad Həzrətlərinin ifadəsi ilə, Qurani-Kərimi Mütəkəllimi-Əzəlinin (Əzəli kəlam sahibi Allahın) Rəsuli-Əkrəmlə təkəllimini (danışıq) dinlər kimi; Cəbrayıl (əleyhissalam) ilə Peyğəmbərimiz arasındakı təbliğ-təbəllüğü (təbliği qəbul etmə) dinlər kimi, Peyğəmbərimizin fəmi-mübarəyindən (mübarək ağzından) dinlər kimi dinləmək əsas olmalıdır. (20:00)
Sual: 2) Məhəmməd ümmətinin bükülmüş qəddini dikəltmə naminə həyata keçirilən fəaliyyətlərin Qurani (Qurana uyğun) olub-olmadığını hər kəs müəyyənləşdirə bilərmi? Qurani Kərimlə irtibatın bu yönü haqda fikirlərinizi bizimlə bölüşə bilərsinizmi? (24:14)
- مَنْ طَلَبَ وَجَدَّ وَجَدَ (mən tələbə vəcədə vəcəddə) Bir şeyi tələb edən tələbində ciddi olub lazımi səy göstərərsə, istədiyini əldə edər. (24:44)
- "İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar! Şübhəsiz ki, (qiyamət günü) onun zəhməti (səyi, əməli) görünəcəkdir! Sonra da ona (zəhmətinin, əməlinin) tam əvəzi veriləcəkdir!" ("Nəcm" surəsi, 53/39-41) (25:08)
- Yolları irəliləməklə başa vurmaq olar, zirvələrə əzm, iradə və planlarla çatmaq olar; əzmlə yola çıxan və səfərin tələbini yerinə yetirənlər hədəfə çatırlar. (25:21)
- Tələbdə israrlı olmaq çox vacibdir. "Nə olar, bəxtinə düşdüm; mənə lazımi şeyləri düzgün qavramağı lutf et. Məni bu işdə müvəffəq et. Həzrəti Ruhu-Seyyidil-Ənamı (əleyhi əfdaluttahiyyat və əkməlüttəslimat) düzgün başa düşüm. Onun yolunu düzgün anlayım!.." deyərək Allaha üz tutan və bu yolda çırpınan bir insan əsla əli boş qayıtmaz. (27:00)
- Maturidi əqidəsinə əsasən bu məsələni belə də dəyərləndirə bilərsiniz: Bəzi ilahi ərməğanlar qulun iradəsini ortaya qoyaraq göstərfiyi yüksək səy və cəhdə müqabil Haqq Təalanın qabaqcadan bəxş etdiyi bir "avans"dır. Çünki Allah Təala insanların nə edəcəklərini, necə hərəkət edəcəklərini əzəli elmi ilə bilir. Bu kimi təcəllilər bəzən qulun təvəccöhünü üstələyir; bəzən də qulun bu mövzuda ciddiyyət və qərarlılığını izləyir, ancaq hər iki vəziyyətdə də zehin, hiss və şüurun fövqündə müstəsna təvəccöh var. Bədiüzzaman Həzrətlərinin yanaşma tərzi ilə desək: "Allah Təala Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) gələcəkdə görəcəyi şeyləri bildiyinə görə Ona, sanki, avans vermişdir". Eyni mülahizəni digər ənbiya və övliyaya da şamil etmək olar. (28:05)
- Özüm özümdən küskünəm mən!.. O Qədim Kəlama.. (vəfalı ola bilmədim.) Onun hafiziyəm, illərdən bəri də namazımı onunla qılıram, amma özümə küskünəm mən!.. Ona belə vəfalı olmaq olmaz... Bir iki saat yuxu yetərdi. Qalxıb küçə-küçə gəzmək və hər qapını döymək lazım idi. Dəli kimi deyil, üslubuna, ağıla uyğun.. insanların hissiyyatını da nəzərə alaraq ciddi bir impatiya ilə... Özüm özümdən küskünəm.. vəfasız insan.. kaş daim Quran üçün yaşayaq!.. (34:10)
- tarixində yaradılmışdır.