Sonsuz Nurla Söhbəti-Canan

Sual: 1) "Söhbəti-Canan" sözü aramızda çox məşhurlaşdı, lakin bu ifadə – daha çox – hər fürsətdə Zati-Uluhiyyətdən bəhs etmə və bu sayədə Onun mərifət və məhəbbətində dərinləşmə şəklində başa düşülür. Zati-Uluhiyyəti bizə tanıdan Rəsuli-Əkrəm Peyğəmbərimizlə (sallallahu əleyhi və səlləm) bağlı mövzular da Söhbəti-Canana daxil edilə bilərmi? Başqa hansı mövzuları bir çərçivədə götürmək olar?

  • Səmimi bir mömin hər şeydən əvvəl, hər şeydən sonra, hər şeyin başında, hər şeyin sonunda mütləq Məhbub, mütləq Məqsud, mütləq Məbud olan Allaha könül verər, Ona dilbəstə olar; Onu diləyər və hər halı ilə Onun qulu olduğunu hayqırar; sonra da sırf Ondan ötrü başda İnsanlığın İftixarı Peyğəmbərimiz olmaqla – O Peyğəmbər ki, Haqqın istəklisi, sadiq bəndəsi, zat, sifət və isimlərinin doğru tərcümanı, peyğəmbərliyin xatəmi, risalətin özülü olduğuna görə sevilənlərin başında dayanır – bütün nəbiləri, vəliləri Onun paklardan pak aynası, uluhiyyət halqasının xas bəndəsi olduqlarına və Onun məqsədlərini əsas götürdüklərinə və təmsil etdiklərinə görə sevər ki, bu da Allah üçün olan bir sevgidir. Bu baxımdan belə "sevgi"ləri və sevilməli insanları Allaha səmimi bağlılığın bir ifadəsi kimi dəyərləndirmək olar və onlardan bəhs etmək də Söhbəti-Canana daxildir. Biri əsl (əsliyyət), digəri də əslin kölgəsində qalan (zilliyyət) Söhbəti-Canandır. (01:08)
  • Haqq Təalanın o gözəl isimlərinin bir təcəlligahı, sifəti-subhaniyyənin təzahürlərinin məşhəri və o biri dünyaların da bir məzrası (tarlası) olduğu üçün bu aləmdən bəhs etmək də Söhbəti-Canan çərçivəsinə daxildir. (02:30)
  • İman və ibadətlə bağlı olan məsələlərin müzakirə edilməsi, sələfi-salehinin həyatından örnəklərlə iman həqiqətlərinin, İslam əsaslarının və ibadətin ciddiyyətinin dəstəklənməsi, bununla bir mənada mövzuların rəngləndirilib dərinləşdirilməsi də Söhbəti-Canan kateqoriyasına daxil edilməlidir. (04:54)
  • Abdulquddus Həzrətləri deyir ki: "Həzrəti Məhəmməd (sallallahu əleyhi və səlləm) Meracda qeyb aləmlərini gəzdi, Sidrətul-Müntəhaya çıxdı, Allah Təala ilə danışdı. Ancaq Cənnətin o cazibədar gözəllikləri Onun ağlını başından ala, gözlərini bulandıra bilmədi. Qayıtdı, ümmətinin yanına. Allaha and olsun, mən oralara getsəydim, o məqamlara çatsaydım, qayıtmazdım!." Onun bu sözlərini şərh edən bir başqa Haqq dostu da deyir ki, "Nəbi ilə vəlinin fərqi bax, budur. Biri daim Ona doğru gedir; vüsal, üns-billah və maiyyət axtarır.. O biri isə ora çatır, Allahla maiyyətini davam etdirir, ancaq daddığını digər insanlara da daddırmaq, eşitdiyini onlara da çatdırmaq, onları da zirvəyə yüksəltmək istəyir". Bu baxımdan, Allaha, axirətə inanan bir insan ileyi-kəlimətullahdan uzaq qala bilməz; həqiqətən ürəkdən inanırsa, başqalarına da (bu həqiqətləri) çatdırmağı ürəyindən, ağlından ata bilməz. Bu çərçivədə edilən müzakirə və söhbətlər də "Söhbəti-Canan"dır. (06:37)
  • Mömin bütün camal, kamal, əzəmət, ululuq, ehtişam və s.-nin Haqq Təalaya aid olduğunu görüb hiss edə bilsə, bütün vəsilə və vasitələrin qəlbdə hasil etdiyi sevgi, məhəbbət və iştiyaqla Ona yönələr və Onu Onun Zatına layiq sevgiylə sevər. Belə insanın məxluqata olan sevgisi də, əslində Onadır, tövhid boyalı bir eşq-iştiyaq qaynağıdır. Bəli, Zatı-Vacibul-Vücudun əsma, sifət və zatını qəlbən sevmək, üstəlik Onu hər kəsə sevdirmək üçün səy göstərmək və Onunla olan münasibəti dünya və üqbada hər şeydən üstün tutmaq lazımdır. Bir haqq dostunun bu mövzudakı həyəcan dolu sözləri olduqca mənalıdır:

"Kaş ki sevdiyimi sevsə, qamu xalqı-cahan,
Sözümüz cümlə həman qisseyi-canan olsa!.." (08:55)

Sual: 2) Uzun müddət ara vermək məcburiyyətində qaldığınız vəzlərinizə 1989-cu ildə Üsküdardakı "Sonsuz Nur" silsiləsi ilə başlamış və əlli üç həftə boyunca İnsanlığın İftixarından (əleyhissalatu vəssalam) bəhs etmişdiniz. O qədər mövzu arasından niyə məhz bu mövzunu seçmişdiniz və bununla hədəfiniz nə idi? (09:57)

  • Məscid kürsülərində iman və İslamla bağlı mövzulardan danışarkən həm acizliyimi və fəqirliyimi, həm də məsələlərin əhəmiyyətini şəfaətçi edərək o mövzuları daha gözəl izah edən çalışqan, əhli-həqiqət elm adamlarının yetişməsini Haqdan diləmişəm. Çox vaxt bunu etiraf etmişəm: Mən bu məsələləri nöqsanlı, qüsurlu izah edirəm, inşaallah, bir gün bunları mükəmməl, nöqsansız və qüsursuz təqdim edən insanlar yetişər. (10:35)
  • Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) mümtaz və ali şəxsiyyətidən bəhs etmək, həmçinin Onun bəşəriyyətin qurtuluşuna çarə, insanlığın sağalmaz dərdlərinə bir iksir, dərman kimi təqdim etmək və həyatını Ona layiq şəkildə tanıtmaq çoxları kimi mənim də düşüncə və hiss dünyamı "istila edən" və qarşısıalınmaz bir arzu və istəyə çevrilən mühüm mövzulardan biridir. Dolayısilə, o gündən bu günə qədər hər sözü İnsanlığın İftixarına gətirməyə çalışmışam. Bu amacla "Sonsuz Nur" silsiləsini başdan-ayağa bu mövzuya ayırmış və həftələrlə Ondan bəhs etmişdim. Əslində o vəzlərin kitab şəklinə salınacağını düşünməmişdim. Lakin illər keçəndən sonra yoldaşlar o köhnə söhbətləri kağıza köçürüb önümə qoyunca, mən də sırf xatirə mülahizəsi ilə təshih edərək çapına razılıq verdim. (12:44)
  • Rəsuli-Əkrəm Peyğəmbərimizi (sallallahu əleyhi və səlləmi) bütün yönləri ilə ətraflı şəkildə hər dövrdə izah etmək, insanlar ülfətə (alışqanlığa) düşməsin deyə üslubu, formatı bir az dəyişdirmək, ancaq Onu hər kəsə mütləq tanıtmaq lazımdır. (14:33)
  • Quran (öz qapılarını) Allah Rəsulunu tanımayanların üzünə bağlayar, Onu tanımayanlara çox şey verməz. (15:55)
  • İnsanlığın İftixarı (əleyhissalatu vəssalam) "Mənim adım günəşin doğulub batdığı hər yerə çatacaq!.." bəyanı ilə həm gələcəkdə gerçəkləşən bir hadisəni xəbər vermiş, həm də ümmətinə hədəf göstərmişdir. (16:30)
  • Həzrəti Pir bir yerdə, "Ey iki həyatın ruhu İslamiyyəti buraxan iki ayaqlı məzarı-mütəhərrik (ruhsuz bədənlər) bədbəxtlər! Gələn nəslin qapısından dayanmayın. Məzar sizi gözləyir, çəkilin. Ta ki, həqiqəti-İslamiyyəni kainat üzərində layiqincə dalağalandıran nəsli-cədid (yeni nəsil) gəlsin!" demiş və həyəcandan məhrum olmuçş insanları ölü saydığını bildirmişdir. (19:00)

Çay süfrəsi ətrafında həqiqət damlaları... (21:11)

  • Allah Rəsulu "Hüsnü-zənn qulluğun gözəlliyindəndir" buyurmuş, xalis niyyətli, müsbət düşüncəli və gözəl fikirli olmağı İslamı mənimsəmənin, onda dərinləşmənin və ihsan şüuru ilə yaşamağın bir əlaməti saymışdır. (21.26)
  • Bir insanda on nifaq, bir iman əlaməti varsa, biz yenə də həmin insan haqqında əlimizdən gəldiyi qədər hüsnü-zənn etmək məcburiyyətindəyik; sui-zəndə haqlı çıxmaqdansa, hüsnü-zəndə yanılmağa üstünlük verməliyik. Əlbəttə, imana xidməti və ümumi haqq-hüququ nəzərə alaraq nifaq əlaməti olan insanlara bəzi vəzifə və məsuliyyətləri verib-verməməkdə daha təmkinli ola bilərik. Bu məsələdə Ustad həzrətlərinin qoyduğu "hüsnü-zənn, ədəmi-etimad (İnsanlar haqda gözəl düşünmək, amma tədbiri, ehtiyatı əldən qoymamaq)" prinsipi ilə hərəkət edib Quran xidmətindən onların da pay alması üçün onlara bəzi vəzifələr verə, eyni zamanda məhrəm yerlərdən uzaq saxlaya bilərik. Beləliklə, həm ümuminin haqqını qorumuş, həm də bu insanların həmin çirkin xasiyyətlərdən uzaqlaşıb səmimi mömin olacağı haqqında hüsnü-zənnimizin tələbini yerinə yetirmiş olarıq. (24:30)
  • Həzrəti Ömər (radiyallahu anh) bir gecə asayişi yoxlamaq şəhərdə gəzərkən günah əməl işlənən bir evin hasarından içəri atlanıb ev əhlini danlamışdı: Ev sahibi qoca: "Ya Əmirəlmöminin!. Mən Allahın bir əmrini pozmuşamsa, sən onun üç əmrini birdən pozmusan. Allah-Təala "Bir-birinizin eyibini axtarmayın" ("Hucurat" surəsi, 49/12) buyurduğu halda sən mənim eyibimi axtarırsan. Allah Təala "Evlərə arxa tərəfdən girməyin" ("Bəqərə" surəsi, 2/189) buyurduğu halda sən evimə divarı aşıb girdin. Allah Təala, "Başqalarının evlərinə sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin" ("Nur" surəsi, 24/27) buyurduğu halda, sən məndən icazə almadan evimə girdin" demişdi. Həzrəti Ömər (r.a.) ondan üzr istəmiş və göz yaşı tökərək oradan uzaqlaşmışdı. Bir neçə gün sonra Həzrəti Ömər (r.a.) söhbət edərkən həmin adam gəlib camaatın arxasında özünü gizləyərək oturdu. Onu görən Həzrəti Ömər çağırıb yanına oturtdu və qulağına əyilərək: "Allaha and olsun ki, o gün evində gördüyümü heç kimə söyləməmişəm," – dedi. Qoca da Həzrəti Ömərin (r.a.) qulağına: "Mən də Həzrəti Məhəmmədi haqq peyğəmbər olaraq göndərən Allaha and içərəm ki, o gündən sonra o işi bir daha eləməmişəm," – cavabını verdi. (27:35)
  • Şamda ağıllı və güclü-qüvvətli bir adam vardı; Şam təmsilçisi kimi müəyyən vaxtlarda Hz. Ömərin yanına gələrdi. Bir ara görünmədi. Hz. Ömər maraqlanıb niyə onun gəlib-getmədiyini soruşdu. "Ey Möminlərin Əmri! O, içki içməyə başlayıb" dedilər. Bunu eşidən Hz. Ömər katibini çağırtdıb "Ğafir" surəsinin ilk üç ayəsini də əlavə edərək bu məktubu yazdırdı: "Xəttab oğlu Ömərdən filankəsin oğlu filankəsə! Salam olsun sənə! Ha, Mim. Bu kitabın vəhy olunub nazil edilməsi yenilməz qüvvət sahibi olan Allahdandır. O, həmçinin günahları bağışlayan, tövbələri qəbul edən, lakin cəzası da ağır olub lütf və ehsanı çox geniş olandır. Ondan başqa ilah yoxdur. Dönüşümüz yalnız Ona olacaqdır". Sonra da orada olanlara üz tutaraq: "Allah Təalaya bu qardaşınızın tövbəsini qəbul etməsi və onu doğru yola gətirməsi üçün dua edin," – buyurdu. Hz. Ömərin məktubu həmin şəxsə çatdı, açıb məktubu oxudu. "Bəli, Allah tövbələri qəbul edib günahları bağışlayandır. Onun əzabı şiddətlidir. Hz. Ömər məni Onun əzabına tuş gəlməkdən çəkindirir və Allahın əfvini vəd edir," – dedi. Məktubu təkrar-təkrar oxuyub ağladı. Sonra da tövbə etdi və bir daha ağızına içki dəymədi. Bunu öyrənən Hz. Ömər belə dedi: "Pis yola düşən bir qardaşınızı görəndə ona nəsihət edin və Allaha onu bağışlaması üçün dua edin. Əsla onu Allahın mərhəmətindən ümidsiz etməyin və onun əleyhinə şeytana kömək olmayın" (28.48)
  • Bu dövrdə hər bir müsəlmanın davranış və hərəkətləri şəxsi-mənəviyəyə və bütün möminlərə şamil edilir. Bircə nəfərin xoşagəlməz bir hərəkəti bütün inananlara təsir edir; tutarsız davranışlar bütün müsəlmanları zənn altında qoyur. Bu baxımdan hazırda "İttəku məvadiat-tuhəm – Sizi zənn altında qoyan yerlərdən uzaq gəzin, töhmətə səbəb olan məkanlardan çəkinin!.." məallı hədisə əsasən hərəkət etmək daha əhəmiyyətlidir. Bəli, töhmətə səbəb olan yerlərdən, onlara səbəb olan, bu hisləri oyadan hallardan və bir loğma, bir kəlmə, bir dinləmə və bir təcəssüslə insanı özündən uzaqlaşdıran sürüşkən zəminlərdən uzaq olmağa çalışmaq lazımdır. Həmçinin sui-zənnə səbəb olan bayağı davranışlardan çəkinmək, pis fikirlərin oyanmasına yol verməmək lazımdır. (30:37)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.