Hicrətimizi Tamamla Allahım!
Sual: 1) Peyğəmbərimizin Sad ibn Havlənin Məkkədə vəfatına kədərlənərək etdiyi "Allahım! Səhabələrimin hicrətini tamamla! Onları geri qaytarıb hicrətlərini yarımçıq qoyma!" duası zaviyəsindən bu gün "adanmış ruhlar"ın hicrətinin tamamlanması hansı xüsuslardan asılıdır?
- Kamil mənada hicrət Məkkədən Mədinəyə edilmiş hicrətdir. Bəlkə də, dünyada (bundan) da çətin, əzablı və keşməkeşli köçlər ola bilər, lakin bunların hamısı ona (Məkkədən Mədinəyə hicrətə) nisbətən kölgədə qalır. Hicrət bir az da mühacirin (hicrət edənin) dəyəri ilə düz mütənasibdir ki, əsl hicrətin başında da Həqiqi Mühacir Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) dayanır. (00:55)
- Sad ibni Əbi Vəqqas (radiyallahu anh) Vida həcci ilində Məkkədə ağır xəstəliyə tutulmuşdu. Orada (Məkkədə) vəfat etməkdən çox qorxmuş və yanına baş çəkməyə gələn Peyğəmbərimizə belə demişdi: "Ya Rəsulullah! Yoldaşlarım gedəcək, mən burada qalacağam? Yoxsa burada öləcəyəm?" Allah Rəsulu (sallallahu əleyhi və səlləm) isə ona: "Xeyr, sən burada qalmayacaqsan. Allahdan ümid edirəm ki, hələ neçə il yaşayacaq, Allah rizası üçün gözəl işlər görəcək və yüksələcəksən. Kimiləri (möminlər) səndən fayda, kimiləri də (kafirlər) zərər görəcək" demiş, ardınca da "Allahım! Səhabələrimin hicrətini tamamla! Onları geri qaytarıb hicrətlərini yarıda qoyma!" deyə dua etmişdi. Sad ibni Havlənin Məkkədə vəfatına kədərləndiyini də bildirən Peyğəmbərimiz sözlərini belə bitirmişdi, "Acınacaqlı vəziyyətdə olan Sad ibni Havlədir, yazıq onun halına!" (03:55)
- İleyi-kəlimətullah və nami-cəlili-nəbəvinin şəhbal açması (Allahın və Rəsulunun adının yayılması) yolunda Allah üçün yurd-yuvasını qoyub hicrət edənlər geri dönməməyi düşünməlidirlər. Bu günün mühacirlərində əshabi-kiram kimi, hicrət edərkən geri dönüş təlaşına düşməmə, xidmət üçün gedilən diyarı tərk etməmə və vəzifəni yarıda qoyub oradan ayrılmama əzmi və qətiyyəti olmalıdır. Onlar nəinki dönməyi düşünməməli, hətta hicrət etdikləri bölgədən kənarda vəfat etməkdən qorxmalı, başqa yerdə ölməyi hicrəti yarımçıq qoymaq hesab etməlidirlər. Ancaq (bundan) daha ali bir qayəni gerçəkləşdirmək üçün bir hicrət diyarından ayrılıb başqa bir diyara hicrət etmək məqsədəuyğundur. Necə ki, əshabi-kiram bu niyyətlə hicrət etdiyi Mədinədən ayrılıb dünyanın hər tərəfinə müqəddəs köçlər həyata keçirmişlər. (05:15)
- Bəzi insanlar "şərq xidməti" deyib bu köçə məcburən dözür, ağır və keşməkeşli yer saydığı hicrət diyarında bu çətin ili tezliklə bitirib təyinatının daha rahat bölgəyə çıxmasını səbirsizliklə gözləyirlər. Halbuki mühacir hicrət edərkən bu kimi duyğu və düşüncələri ağlından silib atmalı, ilin sona çatmasını gözləməməli, oradakı xidmətlərinə və yeni xidmət yerlərinə uyğun hərəkət etməli, məsələn, Azərbaycanda qazandığı təcrübəni Qırğızıstanda tətbiq etmək lazım gəlsə, ora getməyə də hazır olmalıdır. Orada işini qurtaranda da, bəlkə, Qazaxıstana, oradan da lazım olsa, Çinə getməyə hazır olmalıdır. (06:40)
- Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə buyurur: "Əməllər ancaq niyyətlərə görədir, kimin niyyəti nədirsə, onu da əldə edəcək. Kim hicrəti Allah və Rəsulu (rizası) üçündürsə, onun hicrəti Allah və Rəsulunadır. Kim də dünya malına və ya evlənəcəyi bir qadına görə hicrət edibsə, onun hicrəti də məqsədinə görədir". (09:30)
Sual: 2) Ana-atanın və ya həyat yoldaşı, övladların qayıtma arzusu hicrət diyarından ayrılmaq üçün yetərli səbəb ola bilərmi? Hicrət diyarını hansı səbəb, ya da niyyətlərlə tərk etmək olar?
- Dinimizdə valideynin haqq-hüququ o qədər mühümdür ki, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) "Cihada tən (olan başqa) bir əməl tanımıram" buyursa da, cihada getmək istədiyini bildirən bir səhabədən "Anan-atan sağdır?" deyə soruşmuş, "Bəli" cavabını eşidəndə də: "Get, ana-atana qulluq et. Sənin cihadın onların yanındadır" buyurmşdur. (11:20)
- Xidmət mülahizəsi və hicrət düşüncəsi çox vacib olsa da, ana-ataya qarşı laqeydliyə gətirib çıxarmamalıdır. Sevgi ərənləri insanlığın səadəti naminə əngin bir şəfqətlə diyar-diyar gəzərkən öz ana-atalarını, ailələrini və qohumlarını da unutmamalıdırlar. Ancaq işlər yalnız ana-atanın, ailənin istəkləri ilə görülsə, hicrət də olmaz, xidmət də. Beləliklə də, "adanmış ruhlar" hər iki borcu da yerinə yetirməyə əlverişli xidmət yerləri və imkanları təmin etməyə çalışmalıdırlar. Həm hicrət və cihaddan kənarda qalmamalı, həm də bacardığı qədər ana-atanın könlünü almalı və onları razı salmalıdırlar. Şübhəsiz, valideynin könlünü almaq hicrətə və cihada başqa bir dərinlik qatar. (12:52)
- Hicrət yurdunu ancaq bir başqa hicrət diyarına getmək niyyəti ilə tərk etmək olar. Adanmış ruh (insan) seçim və qərarlarını öz seçim və qərarlarından üstün tutduğu, etimad etdiyi rəhbərlərinin, dostlarının və yoldaşlarının vəzifə və yer dəyişikliyi məsələsində tövsiyələrinə razı olub onların məsləhət bildiyi başqa bir diyara köçə bilər. Ancaq yeni xidmət yerinə gedəndə də yenə – başqa hicrət yerinə getmək tövsiyə olunmadığı müddətdə – "ölüm anına qədər hicrət diyarından ayrılmama" prinsipi ilə niyyətini gözdən keçirməlidir. Bu əsasa sadiq olan insan ehtiyac olduqda öz ölkəsinə də göndərilsə, yenə də hicrət etmiş və hər köçlə yeni bir hicrət savabı qazanmış olur. (14:55)
- Bir yerdə qazanılan təcrübəni başqa yerdə daha yaxşı istifadə etmək üçün yer dəyişdirmə xidmətdə məntqililiyin ifadəsidir. Hər kəsi elə məşğul etmək lazımdır ki, iradələrini son damlasına qədər ortaya qoysunlar. Mənəvi tənəzzüldən qorunmaq üçün ən faydalı yol insanın qabiliyyət və istedadına uyğun bir işi çiyninə götürüb canla-başla səy göstərməsidir. (16:47)
- Bir yerdə uzun müddət qalanda "həyəcan yorğunluğu" ola bilər. Dolayısilə də, mühacirin bir yerə geri dönməmək üçün getməsi ilə özünü o yerin əvəzolunmaz hissəsi, yerlisi, bir parçası sayması çox fərqli şeylərdir. Mühacir üçün ən mühüm əsaslardan biri də özünü həmin məkanda əbədi düşünməməsidir. O, hicrət yerində bir əmanətçi kimi olmalı və daim böyüklərinin sözünü dinləməlidir. Əgər daha aktiv və canlı ola biləcəyi yeni bir hicrət diyarı göstərilsə, dərhal ora getməyə də hazır olmalıdır. (18:25)
- İslamda əsas məsələ insanın çalışa bildiyi müddətdə işinə, peşəsinə davam etməsidir. Üstəlik Allah yolunda xidmətə gəlincə, bu mövzuda təqaüdə çıxmaq, işi-gücü buraxıb bir kənara çəkilmək ola bilməz. Çünki dinə xidmət bir mənada qulluqdur, buna görə də insan ruhunu təslim edənəcən Allaha qulluq etməyə mükəlləf olduğu kimi, Allah yolunda xidmət etməyə də mükəlləfdir. (19:36)
- Yaşar Tunagür Xocadan şəxsən eşitdiyim bir xatirəni sizə danışım: Çox yaşlanan Hüsrəv Xoca uzandığı yerdə tələbələrinə dərs verməkdə davam edir. Lakin son günlərində elə hala gəlir ki, artıq kitabı da əlində tuta bilmir. Onun bu halını görən tələbələri bunun məqbul səbəb olduğunu deyərək kitabı əlindən almaq istəyirlər, amma o etiraz edir. Nəhayət, bir gün taqəti kəsilir, kitab əlindən sürüşüb yerə düşür. Hüsrəv Xoca əllərini qaldırıb "Allahım, məni üzrlü hesab et, buraxmaq istəmirdim, amma artıq taqətim çatmır" deyir və hönkürtü ilə ağlamağa başlayır. (19:48)
- Hicrət etməyə müqavimət göstərmək, getməli olduğu halda getməmək kimi hallar doğru sayılmamalıdır. Heç kim haqqında "Niyə başqa yerə hicrət etmir?" deyib sui-zənn etməməli, eyni zamanda bunula razılaşmamalıyıq. İnsan həmişə hicrətə hazır olmalıdır. (24:15)
- Fərz olan hicrət Məkkədən Mədinəyə edilən hicrətdir. Bu hicrət sona çatsa da, niyyət və Allah yolunda cəhd cəhəti ilə qiyamətə qədər davam edəcək. Müqəddəs köç insanlığın İslama möhtac olduğu müasir dövrdə əvvəlki dövrələrə nisbətən daha zəruridir. Bəli, toxum atılmamış bircə yer qalmamalı.. hətta buzlaqlara belə toxum atılmalı.. nəticə isə Allaha həvalə edilməli... (25:25)
- tarixində yaradılmışdır.