Həyatı süzərək yaşamaq
Sual: Həyatı və hadisələri duyaraq, hiss edərək yaşamağın əhəmiyyətindən danışılır. Müasir dövrün insanı isə daim müəyyən işləri yoluna qoymaq, iş-gücünü çatdırmaq təlaşı ilə qaçaqaç həyat yaşayır. "Həyatı süzərək yaşamaq" nə deməkdir və həyatı bu cür dərk etmək, yaşamaq insanın mərifət dünyası baxımından nə dərəcədə əhəmiyyətlidir? Sürətlə axan bu həyatı (ifrat və təfritdən uzaq) necə süzərək yaşamaq olar?
- Bunu müxtəlif şəkillərdə izah etmək olar. Bəzən biz buna "əşya və hadisələri həllac etmək (ətraflı araşdırma)" deyirik. Bu, bir mənada ətrafı ənfüsdən afaqa (daxili aləmdən xarici aləmə) müşahidə edərək bilik, mərifət və məhəbbət heybəmizə hər an nəsə atmağa çalışmaq deməkdir. (01:30)
- Ənfüsi düşünmə iki istiqamətli ola bilər. Birincisi, mülki. İnsanın anatomiyası, hissiyyatı, düşünmə, görmə, qoxu alma qabiliyyəti buna daxildir. Bir də mələkuti yönü var. Bu cəhət də insanın nəfsini, ruhunu, Allahla münasibətini düşünməsidir. (04:00)
- Məsələnin digər tərəfi də insanın özü ilə bağlı hadisələri təcəssüs etməsidir (mahiyyətini araşdırmasıdır). Məsələn, Peyğəmbərimiz (sallallahu əleyhi vəsəlləm) həmişə gözəl şeylər eşitmək istəyirdi. Hətta bəzən xoşuna gəlməyən adları da dəyişdirirdi. (06:15)
- Heç bir şey təsadüfi deyil. Ətrafımızda baş verən hər hadisənin bir mənası var. Qəflətən tərləmək, çayı dağıtmaq belə boş-boşuna deyil. (07:00)
- Başınıza gələn hər müsibət öz əlinizlə hörüb başınıza qoyduğunuz papaqdır. (08:30)
- "Kainatın sətirlərini, səhifələrini təəmmül et (ətraflı düşün); onlar, sənə ali məqamdan göndərilmiş risalələrdir". Hər hadisəyə dərin bir təcəssüs və təfəhhüslə baxsaq, içindən "Hu" çıxar. (09:30)
- Qaçaqaçla keçən həyatı sistemə salmaq lazımdır. Sistemli və metodlu görülən iş çox vaxt on dəfə sürətdən səmərəli olur. Məhz belə bir həyatı duyaraq, hiss edərək yaşamaq mümkündür. (10:20)
- Əsas prinsip budur: Bir tərəfdən gücünüz səviyyəsində sürətli hərəkət etmək, digər tərəfdən də hərəkətinizi sistemli və metodlu şəkildə gerçəkləşdirmək. (14:50)
- İlahi əxlaq da sistemliliyi tələb edir. "Kün fəyəkun" dəzgahının sahibi Allah-Təala da qədər adlı sistem və planla iş görür. (15:30)
- Həyat və hadisələrin şərh edilməsində ifrat və təfritə varma hallarına ilk dövrlərdən rast gəlinir. "Cəbriyyə" kimi, hadisələri tamamən icbari qədərdə görən və iradəni qəbul etməyənlərlə yanaşı, iradəni hər şey sayanlar da olmuşdur. (23:00)
- Səbəblərin izzət və əzəmətə pərdə olması və mövzu ilə bağlı bir xatirə… (26:30)
- Mövzu ilə bağlı digər məsələ: Haqq Təala yoldaşlarımıza müəyyən işlərdə müvəffəqiyyət nəsib etmişdir. Bunu görməməzliyə vurmaq nankorluq olar. (32:30)
- Bu yoldaşları Allah sövq edir. Bunda müəyyən hikmətləri ola bilər. Ola bilsin ki, Haqq Təala günahlarla dolu bir əsrdə yaşadığımıza görə günahlarımıza kəffarə olsun deyə bizə yaxşı işlər gördürür. Palçığa bata-bata ömür sürmüşük; bəlkə də, yaxşı rol verib bizi bu palçıqdan təmizləyir... (35:30)
- Bu gerçək xidmətlərə "şou" demək böyük bir təfrit olduğu kimi, "bu işi biz görürük" deyib İlahi inayəti nəzərə almamaq da böyük bir ifratdır. Bu mövzuda orta yol: "Allah (cəllə cəlaluhu) bizim kimi kiçik adamlarla böyük işlər görərək öz böyüklüyünü göstərir". (39:00)
- tarixində yaradılmışdır.