Adanmış Ruhları Gözləyən Təhlükələr

Sual: Allahın inayət və sövqü ilə bu gün dünyanın dörd bir tərəfinə yayılan Könüllülər Fəaliyyəti səbəblər baxımından, yeni ailə qurduğu yoldaşını, ağlayan övladını, ev-eşiyini, maddi-mənəvi füyüzat hislərini fəda edən adanmışların səyləri ilə boy atıb böyüdü. "Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır." ("Ali-İmran" surəsi, 3/14) ayeyi-kərimədə keçən xüsuslar bir mənada xidmətin təməli olan adanmışlıq məfkurəsi üçün təhlükəli sayıla bilərmi? Bu təhlükələrdən necə qorunmaq olar?

  • İnsanlar bütün xidmətləri tək şəxsə aid edərək ictihad xətasına yol verirlər. Bu adət əhli-dünyada da var. Anadolu insanının səyi nəticəsində meydana gələn bu xidməti nə bir şəxsə, nə bir heyətə, nə də bir qrupa istinad etmək qətiyyən doğru deyil. Bunu lazımınca tənbeh etmək lazımdır. (02:00)
  • Sizin böyük gördüyünüz bəzi insanlara qarşı əhli dünya da düşmənçilik hissi bəsləyir. Millətə aid olan bir məsələni müəyyən şəxslərə istinad edəndə həmin şəxs haqda insanlar başqa cür fikirləşməyə başlayırlar. Heç kimi bu cür günahlara salmamaq lazımdır. (04:30)
  • Bir vaxtı var imiş bu işin, vaxtı gəlincə Allah Anadolu insanına bir daha dünyaya səs salma imkanını bəxş etdi. (05:30)
  • "Maddi qılıncın qınına girdiyi" bu dövrdə bu məsələ tamamən irşaddan asılıdır. Biz irşada bu tərifi veririk: İnsan qəlbi ilə Allah arasında olan maneələri aradan qaldırıb Allahla qəlbləri görüşdürmək. (06:00)
  • Mən edilən fədakarlığın dərəcəsini bilə bilmərəm onu alqışlamaya bilmərəm. Buna laqeyd qalmaq olmaz. Lakin minnət Allahadır... (07:00)
  • Dostların qəlbinə fədakarlıq hissini, adanmışlıq ruhunu nəqş edən, onları dünyanın müxtəlif ölkələrinə göndərən Allah oralardakı insanların qəlbində də sevgi çırağı yandırır. (07:30)
  • Nilüfər Gölə Xanım tədqiqat işində bu Fəaliyyətin əsas hərəkətverici qüvvəsinin "adanmışlıq ruhu" olduğunu göstərir. (08:40)
  • O fədakarlar da insandır. Ayədə keçən bu xüsusları onlara da şamil etmək olar. Amma onlar bu arzulardan da keçdilər. (10:00)
  • Bu fədakarlığı ortaya qoyan insanlar bu işi bəzən axıra qədər davam etdirməyə bilərlər. Müxtəlif yerlərə hicrət etmiş olsalar da, bir yerdə şəhvət hissinə qapıla bilərlər. (12:30)
  • Hz. Pir "Hucumatı-Sittə" ifadəsi ilə bu məsələdən bəhs edir. O, öz dövrünün ən amansız "virus"larına diqqət çəkmişdir. (14:00)
  • Haqq Təala bir əmanəti çiynimizə yükləyibsə, canımızı dişimizə tutub bu əmanətə xəyanət etməməliyik. "Allah əmanətini alacağı günə qədər bizi əmanətdə əmin etsin". (15:20)
  • Heç kim aqibətindən arxayın olmamalı. Ümidsizlik küfr olduğu kimi, belə bir arxayınlıq da küfrdür. (17:00)
  • Əsvəd b. Yezid ən-Nəhai və aqibət əndişəsi... (17:40)
  • "Şeytan bu xidmətin xadimləri ilə çox məşğul olur". Bir mənqibə... (19:00)
  • Əbulleys Səmərqəndi "Tənbihü'l-Ğafilin" adlı kitabında Peyğəmbərimizlə (sallallahu əleyhi vəsəlləm) Şeytanın qarşılaşmasından bəhs edir. (20:30)
  • İnsanlığın iftixarı Peyğəmbərimiz (s.ə.s.) bütün bəşəriyyətin ruh abidəsini ucaldan bir şəxsdir və şeytan ən çox ona düşmənidir. (21:20)
  • Dünyanın müxtəlif yerlərinə hicrət edən bu adanmış ruhlar da unutmamalı ki, ixlasın zirvəsinə çatsalar da, şeytan badalaq atıb onu yıxa bilər, Allah qorusun. (23:00)
  • Günahlar nəticəsində lətifələrin (qəlbə xas hislərin, duyğuların) ölməsi... (23:30)
  • Həmişə keçdiyimiz, keçəcəyimiz yollarda şeytanla, nəfsi-əmməyərə ilə üzləşəcəyik. Getdiyimiz yol İslamın geniş yolu da olsa, sağda-solda o qədər cığır var ki, bir tərəfdən nəfs, bir tərəfdən şeytan bir tərəfdən həva və həvəs badalaq ata bilər, sizi yıxa bilər. İnsan o qədər məsafə qət etdikdən sonra çox kiçik bir şeyə ilişərək yolunu aza bilər. (26:00)
  • Xidmətin iffəti, isməti və xalqın sizə olan hüsnü-rəğbəti, etibarı və bunların davamiyyəti çox mühümdür. Artıq hər birimizin hüququ ümumi hüquqa çevrilmişdir. Allah mənimlə sizi, sizinlə də məni utandırmasın. (28:00)
  • Qübbədəki daşlar kimi olmalı və heç kimin yıxılmasına imkan verməməliyik. (30:30)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.