İstixdam, istidrac və xəyanət

Sual: Mövqeyimizə layiq və Mövlayi-Mütəala yaxşı qul ola bilmədiyimizi fikirləşib inkisara düşdüyümüz anlarda İbn Ataullah əl-İskəndəri həzrətlərinin "Allah nəzdində dəyərinizi bilmək istəyirsinizsə, Onun sizi hansı işlərdə istixdam etməsinə baxın!.." bəyanı üzümüzə bir ümid qapısı açır. İman xidməti ilə bağlı vəzifələrimiz və saleh çevrəmiz baxımından sözügedən mülahizə və hikmətli kəlamı dəyərləndirə bilərsinizmi?

  • Başqalarında deyil, özü ilə üzləşən, üz-üzə gələn insanda hesab və aqibət əndişəsi olar. Qafillər elə yaşayır ki, elə bil heç nə yoxdur. Amma imanın nə demək olduğunu və nələr vəd etdiyini bilən, - Allah qorusun - imanında kənara bir addım atdığı təqdirdə aqibətinin Cəhənnəm olacağına və axirətinin qaralacağına həqiqətən inanan insanların dodaqlarında təbəssüm görünsə də, öz-özü ilə üzləşəndə bu simada on qat artıq əzab izləri sezmək olar. Bəli, məhz xəyalına gələnləri belə hesaba çəkən "mühasibə insanları" hala və aqibətə görə əndişə edərlər. (01:14)
  • Aqibətindən qorxmayanın aqibətindən qorxarlar. Sağkən axirətdə Allahın hüzurunda nə ilə üzləşəcəyindən qorxmayanlar, - Allah qorusun - orada o qorxunu iliklərinə qədər hiss edərlər. Dünyada laqeyd olan, axirətdə o laqeydliyin cəzasını çəkər. Amma burada qorxudan tir-tir əsənlər o biri tərəfdə qorxudan uzaq olarlar. (03:40)
  • Mənəviyyat alimləri xövf və rica tarazlığına həmişə əhəmiyyət vermişlər. Həzrəti Qəzalinin də dediyi kimi, insan gərək dünyada həmişə xövf mehvərli yaşasın, qorxsun, qorxudan ürəyi ağızına gəlsin. Ölüm anı çatanda isə artıq əldən bir şey gəlmədiyinə görə İmam Şafi Həzrətlərinin kimi: "Qəlbim qəflət bağlayıb yollar qayaya dirənəndə ümidimi əfvinə nərdivan etdim. Günahım gözümdə böyüdükcə böyüdü, amma onu götürüb əfvinin yanına qoyunca əfvini təsəvvürlər fövqü böyük gördüm". (04:30)
  • Əsvəd ibni Yezid ən-Nəhai son anlarında tir-tir əsir. Qohumu Alqamə: "Bu nədir, günahlarından qorxursan?" deyə soruşur. Həzrəti Əsvəd "Günah nədi, mən kafir kimi ölməkdən qorxuram" deyir. Vəfat etdikdən sonra onu yuxuda görürlər, "Vallah, peyğəmbərliklə mənim aramda dörd barmaq məsafə qalmışdı" deyir. Neçə-neçə səhabənin iltifat göstərdiyi belə bir insan kafir ölməkdən qorxur. (05:30)
  • Belə həssas ruhlu insanlar zərrə qədərlik inhirafa dözməzlər yoxdur və "bu mənim axırıma çıxar" deyirlər. Eyni həssaslığa malik olan Həzrəti Pir "Özünü qoru, addımını diqqətlə at, batmaqdan qorx. Bir loğmada, bir kəlmədə, bir dənədə, bir ləmada, bir işarədə, bir öpməkdə batma," deyir və xırda şeylərin böyük fəlakətlərə səbəb ola biləcəyi haqda xəbərdarlıq edir. (07:37)
  • İnsan heç vaxt ümidini itirməməli, əksinə daim ümidli olmalıdır. M. Akif "Yəs (ümidsizlik) elə bir bataqlıqdır ki, düşsən boğularsan; Ümidə möhkəm sarıl, bax gör nə olarsan" misrası ilə heç vaxt, heç bir şəraitdə ümidsiz olmamağı məsləhət görür. Ustad isə, bu həqiqəti "Yəs maneyi-hər kamaldır (hər cür kamilliyə mane olur)" sözləri ilə dilə gətirir. İman və Quran xadimi mühasibə hissi ilə yəslə rica arasında çırpındığı anlarda saleh bir dairədə olduğunu düşünərək bu mülahizə ilə tamamilə ümidsizliyə düşməkdən qurtula bilər: "Burada bu səviyyədə də olsa, əhli-hikmətlə birlikdəyəm, güman ki, Rahim olan Allah onlara "Sağ-salamat girin Cənnətə!" deyəndə mənə də "Layəşka bihim cəlisühüm - Quran tələbələri elə saleh qullardır ki, onlarla oturub-duranlar əsla talesiz olmaz və əbədi xüsrana məruz qalmazlar" fərmanı ilə lütf edər. Burada ayırmadığı kimi, axirətdə də ayırmaz və məni onların qarşısında utandırmaz. (09:17)
  • Bəzən tək başına gözə, qulağa nəzarət edə bilməmək təhlükəsindən qorunmaq üçün bir yerdən bir yerə gedəndə mütləq bir-iki yoldaşı da özünüzlə götürürsünüz; o insanların gözəl cəhətləri sizə nümunə olur, onların şər qarşısında mətin duruşundan ibrət alırsınız. Bir hərəkat, və ya bir camaatda olmağın məhz belə üstün cəhətləri də var. (10:23)
  • Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) Peyğəmbərimiz buyurur: "Haqq Təala nəzdində yerinizi öyrənmək istəyirsinizsə, Allahın sizin nəzdinizdə yerinə baxın". Sizin Zati-Uluhiyyətə bağlılığınız nə qədərdisə, Onun sizlə müamiləsi də o səviyyədədir. Bir insanın qəlbi və ruhi-mənəvi həyatı o biri aləmlərə xas təvəccöhün rəsmidir. (12:52)
  • İbn Ataullah İskəndəraninin sözü tənqidə açıqdır, amma ümid vermək üçün də istifadə edilə bilər... Gözəl işlərdə istixdam olunmaq Haqq Təalanın insana təvəccöhünün bir təzahürü ola bilər. Bundan da ümidə əsas kimi istifadə etmək olar. Ancaq məsələnin bir də istidrac tərəfi var. Allah eləməsin, bəzən vəlayət məqamına yüksəlmiş böyük insanlar da ənaniyyətdən tam qurtula bilmədikləri üçün Bəlam ibn Baura və Bersisa kimi yollarını azmışlar. (14:00)
  • Bu baxımdan yaxşı yerdə istixdam edilənlər özlərini fəzilətli saymamalı, o istixdamı Allahın neməti bilib: "Allahım, bidayətdə mənə lütf etdiyin bu neməti davam etdir. Bunu istidraca çevirmə, ağlımı başımdan alma!.." Bəli, səmimi mömin bir tərəfdən Allahın lütfünün qədrini bilib Onunla irtibatını möhkəmləndirməli, digər tərəfdən də qəlbi Ondan uzaqlaşdan hər şeyə görə tir-tir əsməli, təmkinli və ayıq-sayıq insan kimi həyatını davam etdirməyə çalışmalıdır. (16.50)
  • "Allah bu dini yeri gəlsə racülü-facirlə də təyid edər (günahkar, fasiq insanlarla da möhkəmləndirər"). (17:40)

Çay söhbətində həqiqət damlaları: "İftiraq xəyanətdir!.." (20:04)

  • Bu dairəyə çətin vaxtda daxil olanlar bu işə vəfalı idilər; onların mində biri belə geriyə dönmədi, bir mənada xidmətdən, ibadətdən və əqidə əsaslarından irtidad etmədi və ya çox azı belə oldu. Ancaq indi həmin çətinliklər nisbətən dəf edilmişdir, o ilk günlərin fədakarlığı hər kəsdən gözlənilmir və müəssisələrin çoxalmasına görə halqaya girən demək olar, hər kəs özünə bir iş tapa bilir. Bu səbəblərdən dairəyə - bir mənada - hələ kamilləşməmiş, bu səviyyədə "xas"lamamış və istifadə etməyi düşünən insanlar daxil ola bilir. Ona görə də bir fırtınada müxtəlif sahələrdə müxtəlif irtidad hadisələri ilə qarşılaşa bilərsiniz. Xidmət, əməl, hətta əqidə mürtədləri ilə qarşılaşa bilərsiniz. (20:24)
  • Eqoizmindən qurtula bilməmiş bəzi insanlar hər bir məsələnin öz fikirlərinə uyğun formalaşmasını istəyərək fərqli təşəkküllərin arxasınca gedə bilərlər; getdikləri hər yerdə bir-iki adamı inandırmağa, dəstə qurmağa və özlərinə görə bir cığır açmağa cəhd edib iftiraqa səbəb ola bilərlər. Xarakter problemi olan və ənaniyyətinə məğlub olan o zavallıların çıxardıqları iftiraqlar gələcəkdə Könüllülər Fəaliyyətinə və iman xidmətinə böyük zərər vura bilər. Buna görə də ərəblərin "uyunu-sahirə" dediyi "oyaq gözlər"ə ehtiyac vardır. Mömin günah və qüsurlarının ovçusu olmamalıdır, amma məfkurə naminə ciddi bir təcəssüslə bu cür fitnələrə qorunmaq üçün mütləq tədbir görməlidir. (25:45)
  • Biz hamımız yalnız müvəqqəti bir zamana aid müqəddəs bir əmanətin əmanətçisiyik. Allah qorusun, əmanətə layiq etibarlı əmanətçi olmasaq, o biri aləmə xainlik damğası ilə gedərik. o tərəfdə "xain" deyərlər bizə. (30:55)
  • Bu dairədə bir nəfərlə belə iftiraq çıxaran ilandan da pisdir. Qara ilanla yoldaşlıq edə bilərsən, amma ətrafı zəhərləyən eqoistlə əsla... (32:00)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.