Təhsil Sistemi Üçün Türk Məktəbləri Nümunə Götürüləcək
Əfqanıstan Təhsil Nazirinin Müavini Muhammad Sıddık Patman: "Ölkədəki təhsil sistemini yenidən bərpa edəcəyik. Bunun üçün də Əfqan-Türk liseylərində tətbiq olunan sistemi nümunə götürəcəyik", -dedi.
2008-ci ildə beynəlxalq olimpiadalarda müvəffəqiyyət qazanmış Əfqan-Türk liseyləri şagirdlərinin mükafat mərasimində iştirak edən Patman Türk məktəblərinin tədris sistemini təriflədi. Patman Əfqan Türk liseylərinin ölkədə nümunəvi məktəblər olduğunu deyərək, Əfqanıstanın yeni nəslini yetişdirmək üçün ən müvafiq təhsil sisteminin bu məktəblərdə olduğunu qeyd etdi.
1995-ci ildən bu yana Əfqanıstanda fəaliyyət göstərən Əfqan Türk liseyləri, Qabil, Məzarı Şərif, Şibirgan, Qəndahar və Herat başda olmaqla 5 şəhərdə 2 min 300 şagirdə təhsil verir.
Əfqan-Türk liseyləri 4 ildir təşkil etdiyi beynəlxalq elm olimpiadaları və layihə yarışları ilə ölkədaxili təhsil səviyyəsini yüksəltmək məqsədini daşıyır.
Əfqanıstanı xaricdə müvəffəqiyyətlə təmsil edən Əfqan-Türk liseylərinin şagirdləri 2003-cü ildən bəri olimpiadalarda 60-dan çox medal qazanmışdır. Şagirdlər bu il ərzində Cənubi Koreyada, Türkmənistanda, Türkiyədə və Azərbaycandakı müsabiqələrdə 14-dən çox medal qazanmışdılar. (Sultan Faizi, “Cihan” Xəbər Agentliyi)
- tarixində yaradılmışdır.