Almaniyadakı Türk Məktəbləri Fransız Mətbuatında

Fransanın ən çox satılan qəzetlərindən “Le Monde” Almaniyada fəaliyyət göstərən Türk məktəblərindən bəhs etdi. Qəzet Berlində Tüdesb tərəfindən qurulan “Spandau Özəl Kolleci”nin inteqrasiyadakı rolundan danışdı. Xəbərdə Türk ailələrinin uşaqlarının müvəffəqiyyətinin səbəbi kimi özlərinin təşkilatçılığına diqqət çəkildi. İmmiqrant mənşəli şagirdlərin müvəffəqiyyət göstəricilərinin Alman şagirdlərə nisbətən daha zəif olduğu vurğulanan xəbərdə, Türk məktəblərinin dövlət məktəblərinə önəmli alternativ olduğu qeyd edildi.

Qəzet “Spandau Türk Kolleci”nin Müdiri Sabrinə Lebereştin aşağıdakı sözlərini sitat verir: "İmmiqrant şagirdlər dövlət məktəblərində özlərini kifayət qədər ifadə edə bilmədikləri üçün müvəffəqiyyətli ola bilmirlər. Əsas məqsədimiz şagirdlərimizi həyata hazırlayaraq, Alman cəmiyyətinə inteqrasiyalarını təmin etməkdir".

Xəbərdə bununla yanaşı, kollecin 16 yaşlı alman şagirdlərindən Madlanın tibb sahəsində oxumaq istədiyini və doktorluğu Türkiyədə müdafiə etmək istədiyini, ifadə edən sətirlər də yer tutur. (Hakkı Ünal, “Cihan” Xəbər Agentliyi)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.