Bombalar İnsanlığın Vicdanını Qana Qərq Etdi!

Fəthullah Gülən İsrailin Qəzzə hücumlarına etirazını bildirdi. XXI əsrdə insanların mühasirəyə alıb üzərilərinə bomba yağdırılmasının insanlığın ortaq vicdanı qanatdığına diqqət yetirən Gülən beynəlxalq təşkilatlara səsləndi: "Vicdanları rahatladacaq addımlar atılmasını diləyirəm".

Fəthullah Gülən 300-ə yaxın insanın ölümünə, minə yaxın insanın da yaralanmasına səbəb olan İsrailin Qəzzə bombardmanına etirazını bildirdi. Məhz XXI əsrdə insanların aclıq və səfalətə düçar edilməsinin, mühasirəyə alınaraq bomba yağdırılmanın insanlığın ortaq vicdanını qanatdığına diqqət çəkən Gülən beynəlxalq təşkilatlara səsləndi. Birləşmiş Millətlər, Avropa Birliyi, İslam Konfransı Təşkilatı, Ərəb Birliyi və ictimai qurumlar dərhal hərəkətə gəlməsi zərurətini bildirən Gülən insanlığın ortaq vicdanını rahatladacaq addımlar atılmasını istədi. Hadisənin insan olaraq hər kəsin qəlbində dərin yara açdığını deyən Gülən: "Hücumun, xüsusilə yaşadığımız dövr etibarilə, bəşəriyyətin hal-hazırkı mədəniyyət səviyyəsinin məntiqli, məqbul və insani həll yollarının birlikdə tapılacağına inanan insanlara təsiri daha sarsıdıcı olmuşdur. Özümü onlardan biri sayaraq, yaşadığım dərin acını ifadə etmək, insani həll yollarının axtarışında daha israrlı olmaq ehtiyacını hiss edirəm", -dedi.

Fəthullah Gülən Qəzzədəki hücumun vaxtına da diqqət çəkdi. "ABŞ-ın İraqdan çəkilməyə hazırlandığı, Buş dövründən çıxarılan nəticələrlə Obama rəhbərliyinə daha sülhsevər bir yol izləmə imkanının yaraşdığı bir dövrdə İsrailin günahsız insanlara bomba yağdırdığını" vurğulayan Gülən sülh yollarını bağlayacaq addımların qəbul edilməzliyini söylədi. Türkiyə Cümhuriyyətinin bu bölgədə atdığı addımlara İsrailin verdiyi müsbət cavabların region üçün ümid işığı olduğunu da xatırladan Gülən belə davam etdi: "Yer kürəsinin ən qədim məskunlaşma mərkəzində, ən qədim mədəniyyətlərdən birini quranları təmsil edən bir dövlətin qüvvətdən başqa həll yolu tanımırmış kimi davranması düşündürücüdür. Hələ dövlət ola bilməmiş bir ovuc insana tətbiq olunan təcavüz Orta Şərqi tarazlığı poza bilər. Bölgədəki gərginliyi artıraraq Orta şərqdə qarşıdurmaya sürükləyə bilər. Dolayısilə, bölgə od-alova qərq ola bilər."

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.