Rotterdam Bələdiyyə Məclisi: Gülən hərəkatı insanlığa xidmət edir
Hollandiyanın ikinci böyük şəhəri olan Rotterdamın bələdiyyəsi son dövrlərdə sağ təmayüllü teşkilatlar tərəfindən adı tez-tez gündəmə gətirilən Fəthullah Gülən hərəkatı haqqında 1 it boyunca araşdırma apardıqdan sonra əldə edilmiş nəticələri açıqlayıb. Məclisdə sağçıların nümayəndəsi kimi tanınan Lefbar son 1 il ərzində iki dəfə çıxış edərək, Gülən harekatının Hollandıyada islamlaşma fəaliyyəti ilə məşğul olduğunu demişdir. Bələdiyyənin apardığı araşdırmalarda polisdən. təhlükəsizlik xidmətindən və eləcə də məsələ ilə yaxından-uzaqdan əlaqəsi olan bütün təşkilatlardan alınmış rəy əsas götürülüb. Har hansı bir təşkilatın verdiyi məlumatda Gülən hərəkatı haqqında bir zərrə qədər də narahatlıq ifadə edilmədiyi, bu fıkır adamının insanlığa xidmət etdiyi vurğulanır. Sənəddə o da bildirilir ki, bələdiyyə araşdırmasından öncə Hollandiya hökuməti də eyni mənbədən gələn iddialar əsasında köklü araşdırma aparmış və bu iddiaların har hansı həqiqətə uyğun gəlmədiyini ortaya çıxarmışdır.
- tarixində yaradılmışdır.