Dünyada Sülh Naminə…
Gülən İnstitutu Mədəniyyətlərarası Dialoq Platforması tərəfindən Texasda təşkil olunan seminar 3 gün davam etdi. Seminarda ortaq dəyərlər vurğulandı.
Bu günə qədər təşkil etdiyi seminar və yığıncaqlarla Amerikanın tanınmış alim, dövlət xadimləri və siyasətçiləri bir araya gətirən Gülən İnstitutunun son seminarında mövzu “Yerli və ümumbəşəri problemlərin həllində ortaq dəyərlərin rolu” oldu. Seminarlardakı çıxışlarda fərqliliklərin anlayışla qarşılanması və insanların bir-birini anlamasının ümumbəşəri sülhə qatqısı vurğulandı.
Gülən İnstitutu Mədəniyyətlərarası Dialoq Platforması tərəfindən Texasda təşkil olunan seminar 3 gün davam etdi. Bu günə qədər bir çox tanınmış şəxsiyyətin baş çəkdiyi İnstitutun son seminarın mövzusu "Yerli və Ümumbəşəri Problemlərin Həllində Ortaq Dəyərlərin Rolu" oldu.
Siyasət, hüquq və iş dünyasından tanınmış şəxslərin qatıldığı paneldə çıxışlar "Dövlət, Diplomatiya və Siyasət, Media, Din, İctimai Problemlər və Dinlərarası Dialoq, Xeyriyyəçilik və Təhsil" mövzularını əhatə etdi.
Cəmiyyətin hər təbəqəsi ilə əlaqədə olan seminarın təşkilatçıları verdikləri qərarların fərqli din və mədəniyyətlərə mənsub insanlar üzərindəki təsirlərini və bu sahədəki təcrübələrini dilə gətirdilər. Dövlət, diplomatiya, təhsil, media və dinlərarası dialoqun rolunu müzakirə edən saminar iştirakçıları əxlaqi dəyərləri ehtiva edən ortaq dini prinsiplərin və cəmiyyətin tərbiyə edilməsinin ümumbəşəri problemlərin həllində oynadığı roldan bəhs etdilər.
Seminarda çıxış edənlər Fətullah Gülən Xoca Əfəndini ortaq dəyərləri insanlıq adına birləşdirməyi hədəf seçən şəxs kimi tanıdıqlarını söylədilər.
- tarixində yaradılmışdır.