Madaqaskarda Oğlan Kolleci fəliyyətə başladı
College la Lumiere International (Beynəlxalq İşıq Kolleci) kolleci rəsmi mərasimlə fəaliyyətə başladı. 20 milyon əhalisi olan ölkədə 2002-ci ildən bəri fəaliyyət göstərən “College la Lumiere International” ölkədəki yüz illik xarici məktəblər arasında xüsusi çəkiyə malikdir.
Türk təşəbbüskarların Madaqaskarda açdığı məktəb binası tələbatı ödəmədiyinə görə, yeni tikilmiş binada öz fəaliyyətini davam etdirəcək.
Məktəbin açılışında çox sayda rəsmi qonaq iştirak etdi. Mərasimdə çıxış edən Talamaty bələdiyyə başçısı Doktor Rado: "Bu məktəb bizim üçün böyük hədiyyədir. Bu məktəb ölkəmizin böyük nailiyyətidir Bütün əməyi keçənləri təbrik edirəm. Məktəbin sponsorlarına təşəkkürlərimi bildirirəm və məktəbə hər cür dəstəyi verməyə hazıram" – dedi. Həmçinin kollecin yeni binasını gəzdikdən sonra başqa özəl məktəbdə oxuyan övladlarını bu məktəbə vermək istədiyini bildirdi.
Özəl məktəblər ümumi müdiri Cənab Done de: Adaya yüz illər boyu bir çox insan ayaq basdı. Amma nəhayət, siz gəldiniz, verdiyiniz təhsil çox keyfiyyətlidir, məktəbiniz və imkanlarınız ölkəmiz üçün böyük bir şansdır. Sizlərə dəstək verməyə hazırıq.
Cənubi Afrikadan açılış mərasiminə qatılan iş adamı SATBA (Cənubi Afrika İş adamları Dərnəyi) rəhbəri Yusuf Sarıyaprak da: "Biz iş adamları olaraq bu məktəblərə dəstək veririk. Güvənməsək, kömək etmərik. Dünyanın hər yerində çox gözəl işlər görür bu təhsil qəhrəmanları. Onların ana-ataları burada deyil, çox Türk işadamı da yoxdur bu ölkədə, vətəndən uzaqda olan bu fədakar insanları tək buraxmayın, onlara tez-tez baş çəkin" – dedi.
Ailə komitə başçısı madam Harisoa isə: Mən səmimi qəlblə inanıram ki, bu ölkənin gələcək liderləri bu məktəbdən yetişəcək. Mənim oğlum bu məktəbin məzunudur, hal-hazırda Qaziantep Universitetində oxuyur. Məktəblə qürur duyuram.
Açılış ölkənin televiziya kanallarının xəbərlərində verildi. Açılışa Cənubi Afrika, Mozambik və Malavidən də qonaqlar da qatılımışdı. (Hasan Uçar)
- tarixində yaradılmışdır.