Erasmus və Gülən simpoziumu kitablaşdırıldı

Ötən ilin oktyabr ayında “Dialoq Akademiyası” və “Erasmus Evi” əməkdaşlığı ilə Rotterdamda keçirilən "Erasmus və Gülən: sülh və dialoqun ilham qaynaqları" adlı simpoziumda təqdim edilən məruzələr kitablaşdırıldı. Bu simpoziumun açılış çıxışını Hollandiyanın sabiq baş naziri Dries van Agt etmişdi. Van Agt kitabda dərc olunan yazısında bu iki mütəfəkkirin fərqliliklərinə baxmayaraq, fikir baxımından bir-birinə çox yaxın olmasına da diqqət çəkir.

Kitabda əksini tapan məqalələr yolu aydınladan bir işıq olacaq

Dries van Agt kitabın təqdimatında bunlara toxundu: "Keçən il “Dialoq Akademiyası” və “Erasmus Evi”nin təşəbbüsü ilə "Erasmus və Gülən: sülh və dialoqun ilham qaynaqları" adlı simpozium keçirildi. Bu iki görkəmli mütəfəkkir arasında 500 illik bir məsafə var. Bu müddət içində dünya ağlasığmaz şəkildə dəyişdi. Bu cəsarətli təşəbbüs uğurla nəticələndi. Hər iki mütəfəkkirin düşüncə dünyası ilə bağlı araşdırmalar heyrətamiz nəticələr ortaya qoydu. Simpoziumda təmas edilən və bu kitabda da əksini tapan dərin analizlər bir çox istiqamətdən əhəmiyyət kəsb edir. Kitabdakı təsbitlər; sülh, xoşgörü və buna bənzər dəyərlərin təşəkkülündə rol oynayan təhsil kimi idealların hər zaman və hər yerdə keçərli olduğunu göz önünə sərir. Həmçinin bu təsbitlər fərqlərə baxmayaraq, Qərbi avropalı xristian humanist mütəfəkkir Erasmus ilə ondan əsrlər sonra Türkiyədə dünyaya gələn İslam alimi F.Gülən arasındakı fikir yaxınlığını təsdiqləyir. Bu kitabdakı məqalələr böhran keçirən çoxkültürlü cəmiyyətimiz üçün narahat duyan hər kəsə yol aydınladan işıq olacaq".

Hollandiyada 1977-1982 illər arasında baş nazirlik vəsifəsində olan Dries van Agt təqribən bir il əvvəl keçirilən simpoziumun açılış çıxışında Fəthullah Gülənin düşüncə və fəaliyyətlərinin ümumbəşəri örnək olduğuna diqqət çəkmişdi. 1465-1536 illər arasında yaşayan Avropa intibahının böyük mütəfəkkiri Rotterdamlı Erasmusun fikirlərinin insan mərkəzli olduğunu deyən Agt Fəthullah Gülənin fikirlərinin də Qərb dünyası üçün böyük əhəmiyyət kəsb etdiyinə diqqət çəkmişdi. Van Agt: "Çünki Gülən insan yönümlü fəaliyyətlərə çox əhəmiyyət verir. Müharibəyə qarşı olduğunu əsərlərində görürük," şəklində düşüncələrini ifadə etmişdi. Hollandiyanın məşhur “Damon” nəşriyyatında çapdan çıxan kitabda pr. Henri Krop, pr. Pim Valkenberg, pr. Gürkan Polad, pr. Leo Molenaar, filosof Liesbeth Levy və Iris Creemersin yazıları dərc edilmişdir. Kitabda Fəthullah Gülənlə Desiderius Erasmusun fikirləri müqayisəli şəkildə, axıcı üslubla oxuculara təqdim edilir. Kitabın son bölümündə Erasmus və Fəthullah Gülənin bioqrafiyasına yer verilmişdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.