Fəthullah Güləndən İndoneziyaya yardım
İndoneziyada baş verərən zəlzələdən sonra acılara məlhəm olmaq üçün dünyanın müxtəlif ölkələrində yardım kampaniyaları təşkil olundu. Fəthullah Gülən Xoca Əfəndi də kampaniyaya 5 min dollar pul yardımı göstərdi. F.Gülən kampaniyaya ilk yardım edənlərdən biri oldu. Zəlzələlədən sonra çətin günlər keçirən İndoneziya xalqının dərdinə şərik olan Gülənin bu həssaslığına Türkiyədən cavab olaraq bir çox insanın zəlzələdən əziyyət çəkən İndoneziyaya yardım əli uzatması gözlənilir.
“Kimsə Yoxmu” dərnəyindən İndoneziyaya yardım səfərbərliyi davam edir
Anadolu insanının yardımını bütün dünyadakı ehtiyac sahiblərinə çatdırmağı özünə məqsəd bilən “Kimse Yokmu” dərnəyi İndoneziyaya yardım əli uzatmaqda davam edir. İndoneziyanın Sumatra adasında 30 sentyabr tarixində meydana gələn 7,6 bal zəlzələdən sonra “Kimsə Yoxmu” dərnəyinin nümayəndələri və könüllüləri zəlzələ bölgəsində zərərçəkənlərə yardım etməyə başladı. Zəlzələdən sonra “Kimse Yokmu” dərnəyi nümayəndələri və həkimlərdən ibarət ikinci bir heyət də dərnəyin İstanbul Baş İdarəsindən yola düşüb İndoneziyanın Sumatra bölgəsinə üz tutdu.
“Kimse Yokmu” nümayəndələri və könüllü şəxslər zəlzələ bölgəsində qida, su, dərman və s. paylayarkən digər tərəfdən “Kimse Yokmu” və Beynəlxalq Sağlamlıq və Təhsil Dərnəyi (USEDER) könüllü həkimləri tibbi yardım göstərir.
2004-cü ildə baş verən sunami fəlakətindən sonra İndoneziyada fəaliyyət göstərən “Kimse Yokmu” dərnəyi Ramazan ayında da iftar verdi və ərzaq yardımı göstərdi. (“Cihan” Xəbər Agentliyi)
- tarixində yaradılmışdır.