Güləndən Fələstinə 15 Min Lirəlik Yardım
Gülənin göstərdiyi köməyin nümunə təşkil edəcəyinə inanan "Kimse Yokmu" Dərnəyi İdarə Heyətinin Rəhbəri Mehmet Özkara: "Fələstindəki insanların həqiqi mənada böyük köməyə ehtiyacı var. Möhtərəm Xoca Əfəndi əvvəlki kampaniyalarda da eyni həssaslığı göstərmişdi", -dedi. Yaraların daha tez sarınması üçün nağd pula təcili ehtiyac olduğunu vurğulayan Özkara dərnəyin başlatdığı kampaniyaya www.kimseyokmu.org.tr ünvanından kredit kartı ilə yardım edilə biləcəyini vurğuladı”.
Fəthullah Gülən yaxın günlərdə yazılı çıxışında, Fələstində yaşanan insanlıq faciəsinin onu dərindən yaraladığını vurğulamışdı. Qəzzadakı qırğını qınayan Gülən fikirlərinin xülasə ilə belə ifadə etmişdi: "Hücumun, xüsusilə yaşadığımız dövr etibarilə, bəşəriyyətin hal-hazırkı mədəniyyət səviyyəsinin məntiqli, məqbul və insani həll yollarının birlikdə tapılacağına inanan insanlara təsiri daha sarsıdıcı olmuşdur. Özümü onlardan biri sayaraq, yaşadığım dərin acını ifadə etmək, insani həll yollarının axtarışında daha israrlı olmaq ehtiyacını hiss edirəm".
- tarixində yaradılmışdır.