"Gülən hərəkatı gözəl bir simfoniyadır"
Misirin paytaxtı Qahirədə Ərəb Birliyi binasında keçirilən və üç gün davam edən “İslam dünyasında islahatın gələcəyi: Fəthullah Gülən hərəkəti ilə müqayisəli təcrübələr” adlı konfransın son günü maraqlı mənzərələrə səhnə oldu.
Qahirə Universiteti İqtisadi və Siyasi Elmlər Fakültəsi müəllimlərdən prof. Pakinam Şarkavi Gülən hərəkatını gözəl bir simfoniyaya bənzətdi. Hərəkatın “məğlub etmək” strategiyası üzərində qurulmadığını vurğulayan Şarkavi əksinə insanları birliyə dəvət edib, ayrılığı aradan qaldırmağa çalışdığını ifadə etdi. Şarkavi insanlar arasında ayrılığa səbəb olan başörtü və siyasət kimi mövzularda hərəkatın qətiyyən qarışmadığını vurğuladı.
Misirdə Güləni Seyid Qütbə bənzədən alimlərlə eyni fikirdə olmadığını da qeyd edən Şarkavi: "Güləni olsa- olsa, Həsən əl-Bənna ilə müqayisə etmək olar, çünki Bənna ictimai bir reform meydana gətirmək istəyirdi," – dedi.
Gülən hərəkatının sərt küləklərə qarşı yumşaq və rahatlaşdırıcı bir hava əsdirərək cavab verməyə çalışdığını deyən Şarkavi: "Gülən hərəkatı gözəl bir simfoniyadır. Əsas hədəfi insanları birləşdirmək və problemlərinə həll tapmaqdır," dedi.
"Qlobal sülhə xidmət etmək üçün varlar"
F.Gülən haqqında apardığı tədqiqatlarla məşhur olan ABŞ-lı prof. Cill Karroll isə: "Qərbdə Gülən hərəkatından narahat olan çox insanla qarşılaşdım, ancaq illərdir, tanığım bu hərəkat qlobal sülhə xidmət edir," – dedi.
"Dünyadakı bütün dinlər insanlara xidmət edir, heç bir din siyasi sistem təklif etmir," – deyən Karroll Gülənin də belə bir sistem gətirmək kimi ideologiyası olmadığını vurğuladı.
"Gülən fikirlərini yaymaq üçün əsgər, polis ya da başqa bir güc istifadə etmir, əksinə insanları razı salaraq bunu həyata keçirir," – deyən Karroll bu fəaliyyətdə medianın çox təsirli bir rolu olduğunu ifadə etdi.
Karroll Gülən hərəkatının, xüsusilə, ABŞ və bəzi Avropa ölkələrində dəstək görməsinin ən böyük səbəbin də dinin birləşdirici mahiyyətini çox yaxşı ifadə edə bilməsidir. "Biz nə qədər fərqli olsaq da, bir-birimizlə dialoq qura bilərik," – deyən Karroll Gülənin bunu bacardığını dilə gətirdi.
"Bütün siyasi axınlara eyni məsafədə"
Qahirə Universiteti İqtisadi və Siyasi Elmlər Fakültəsindən prof. Məhəmməd Suffar isə Gülən hərəkatının fəlsəfəsinin əsası dialoq olduğunu dedi. Gülən və misirli alim Seyid Qütbün fikirləri arasında oxşarlıqlar quran Suffar hər ikisinin də ruhun və bədənin bütünləşməsini müdafiə etdiklərini və sufilik ənənəsəinə müraciət etdiklərinə diqqət çəkdi.
Jurnalistlər və Yazıçılar Birliyindən prof. Faruk Tuncer isə Türkiyənin siyasi tarixində tamamilə fərqli dünyagörüşünün məktəbi olan Süleyman Dəmirəl, Necmettin Erbakan və Bülent Ecevit kimi siyasi şəxsiyyətlərin arxasınca gedənlərin Gülənin fikirlərinə şərik ola bildiklərini dilə gətirdi. Tuncer Gülənin bu uğurun sirrini isə bütün siyasi axınlara eyni məsafədə durması olduğunu bildirdi.
Cəzairli alim Ammar Cidal da hərəkatın "tənzim" məqsədli olmadığını, tamamilə fikri bir hərəkat olduğunun vurğuladı.
Qahirə Universiteti İqtisadi və Siyasi Elmlər Fakültəsi Dialoq Kürsüsü ilə Hira Jurnalı və Akademiya Vəqfi tərəfindən təşkil olunan Ərəb Birliyindəki konfransa Misir və Ərəb dünyasının məşhur alimləri ilə universitet şagirdləri böyük maraq göstərdi. (Cumali Önal, Qahirə)
- tarixində yaradılmışdır.