Misilsiz təcrübə

"Əl-Vayul-İslami" məcmuəsi 2009 avqust tarixli sayını məşhur mütəfəkkir və alim Fəthullah Gülən Xoca Əfəndiyə həsr etdi. Məcmuənin əsas mövzusu Xoca Əfəndi və fikirlərindən bəhrələnən Hərəkat idi. Məcmuənin bu sayında Xoca Əfəndinin: "Günümüzün qarasevdalıları" adlı yazısı, həmçinin "Hira" məcmuəsinin baş redaktorundan götürülən müsahibə də dərc olundu. "Əl-Vayul-İslami" jurnalının redaktorlarından Ubadə əs-Seyid Nuhun qələmə aldığı "Hira redaksiyası ilə görüş" məqaləsi də jurnalda öz əksini tapdı.

"Əl-Vayul-İslami" məcmuəsi 2009 avqust tarixli sayını məşhur mütəfəkkir və alim Fəthullah Gülən Xoca Əfəndiyə həsr etdi. Məcmuənin əsas mövzusu Xoca Əfəndi və fikirlərindən bəhrələnən Hərəkat idi. Məcmuənin bu sayında Xoca Əfəndinin: "Günümüzün qarasevdalıları" adlı yazısı, həmçinin "Hira" məcmuəsinin baş redaktorundan götürülən müsahibə də dərc olundu. "Əl-Vayul-İslami" jurnalının redaktorlarından Ubadə əs-Seyid Nuhun qələmə aldığı "Hira redaksiyası ilə görüş" məqaləsi də jurnalda öz əksini tapdı.

Bildiyimiz kimi, Amerikanın "Foreign Policy" jurnalı 2008-ci il iyun ayında yaşayan ziyalıların siyahısını vermiş və səsvermə nəticəsində Fəthullah Gülən bu siyahında birinci yeri tutmuşdu. Göründüyü kimi, Fəthullah Gülən öz ölkəsinin hüdudlarını aşmış cahanşümul bir şəxsiyyət mövqeyini qazanmışdır.

İstər Fəthullah Gülənin şəxsiyyəti, istərsə də həyatın hər sahəsində öz bəhrəsini verən hərəkatı İslam dünyasında böyük marağa səbəb olmuşdur. Bu yaxınlarda səudiyyə ərəbistanlı alim və mütəfəkkir Salman əl-Udeh 2009-cu ilin iyun ayında Türkiyədə səfərdə olanda Fəthullah Gülənin fikirləri ilə yaxından tanış olmuş, səfərdən dönən kimi MBC televiziyasında (2009-7-11) "əl-Həyatu Kəlmə" adlı verilişində Türkiyəyə, xüsusilə də, Fəthullah Gülən və Hərəkatına geniş yer vermişdi. O, öz verilişində: "Gülən Hərəkatının bənzərinə nəinki Ərəb ölkələrində, hətta bütün dünya ölkələrində rast gəlmək mümkün deyil. Çünki bu hərəkat şəxsə bağlılıqdan çıxıb milli müəssisələr zəncirinə çevrilmişdir. Dolayısilə, Türkiyənin yenidən formalaşmasında böyük rol oynayır".

Əl-Vayul-İslami məcmuəsi

Əl-Vayul-İslami jurnalı Ərəb və İslam dünyasında böyük nüfuza malik və çoxtirajlı məcmuədir. Jurnal Küveyt Vəqflər Nazirliyinin rəsmi nəşriyyatıdır. İlk sayı 1965-ci ilin may ayında çapdan çıxan jurnal 46 ildir nəşr olunur.

Aylıq Əl-Vayul-İslami jurnalının əsas hədəfi Quran və sünnənin düzgün başa düşülməsini təmin etməkdir. Cəmiyyətin hər fərdində İslam şüurunun formalaşmasını və bunun da təhsillə gerçəkləşəcəyini vurğulayan jurnal dünya müsəlmanlarının problemlərinə də təmas edir. Məsələlərin həlli düzgün islami anlayışın təbliği, ictimai dəyərlərlərin cəmiyətdə kök salması məcmuənin əsas mövzularıdır.

Müsəlmanların vəziyyəti ilə yaxından maraqlanmaq

"Əl-Vayul-İslami" jurnalı Küveytdə çapdan çıxmasına baxmayaraq, geniş, beynəlxalq oxucu kütləsinə malikdir. Jurnal dünya müsəlmanlarının problemlərini yaxından təqib edərək, onların coğrafi mövqeyindən çox, inandıqları dəyərlər baxımından bir-birinə yardım etməsi və bu şüurun oyanması istiqamətində fəaliyyət göstərir. Bu çərçivədə jurnalın redaksiya heyəti Türkiyəyə də səfərə gəlmişdir. Jurnalın redaktorlarından Ubadə əs-Seyid Nuh jurnalda Fəthullah Gülən Xoca Əfəndiyə yer verməsinin səbəbini belə dilə gətirdi: "Biz qırx ildir fədakarlıq prinsipi ilə hərəkət edən, təvazökarlığı şüar seçən və bu fəaliyyətlərin ən kiçiyinin belə özlərinə istinad edilməsindən son dərəcə narahat olan bu insanları bu qədər vaxt necə tanıya bilməmişik! Onların yeganə və ən vacib işi "insanlığa xidmət düşüncəsi"dir.. Fədakarlıq və insanlığa xidmət düşüncəsi ilə irəli atıldılar.. Türkiyədə ən böyük ictimai hərəkatın öndəri və bu hərəkatı fikirləri ilə istiqamətləndirən Fəthullah Güləni -Allah ona uzun ömür versin və ondan istifadə etməyə ehtiyacı olan bizlərə bağışlasın- necə oldu ki tanıya bilmədik! Halbuki biz dünyanın hər yerində eyni duyğu və düşüncəni bölüşən insanların sevincini sevinc, dərdini də dərd bilmişdik..!"

"Hira" jurnalı

"Əl-Vayul-İslami" jurnalının əsa məqsədlərindən biri də qardaş mətbuatlarla tanış olmaq, İslami düşüncəyə bağlı nümunəvi mətbuat formalaşdırma və onlarla birlikdə dövrün problemlərinə həll yolları axtarmaqdır. "Hira" jurnalı məhz onların məqsədinə uyğun prinsiplər çərçivəsində dərc edildiyinə görə diqqət çəkmişdir. Jurnalın redaktorlarından Ubadə bununla bağlı yazır: "Türkiyə səfərimizi "Hira" jurnalının redaksiyasına baş çəkməklə başladıq. Onların nəşrləri ilə tanış olduq. Fəthullah Gülənin də yazılarına yer verilən "Hira" hurnalı ilə yaxından tanış olduq. Gördük ki, yalnız bir təbəqəyə xitab etməyən, bir üslubu, bir tərzi tərifləməyən təbəqələr və üslublar fövqü bir yol gedir. Onun hədəfi bütün bəşəriyyətdir.. Elmi, ictimai mövzulara üstünlük verir. Üslub olaraq Quran üslubu, müasir dili və ənənə ilə müasirliyin ortasında, ifrat və təfritdən uzaq özünəxas bir metoda malikdir. Eyni şəkildə Türkiyənin çoxtirajlı gündəlik qəzeti "Zaman"a da baş çəkdik. "Cihan" Xəbər Agentliyi və həftəlik "Aksiyon" jurnalının fəaliyyətləri ilə də tanış olduq. Bu zaman ən çox diqqətimizi çəkən bu müəssisələrdə fəaliyyət göstərən insanları ciddiyəti, fədakarlığı, sərrastqlığı, müasirlik və məfkurəyə inamı oldu".

Əl-Vayul-İslami jurnalının əsas məqsədlərindən biri də dialoq, möhkəm birlik və yardımlaşmadır. Bunun nəticəsi olaraq jurnalın redaksiya heyəti Hira jurnalı ilə qarşılıqlı yardımlaşmanın ilk addımlarını atır. Redaktor Ubadə: "Türkiyədə ilk ərəb dilli jurnalı olan Hira jurnalının redaksiya heyətinin dəvəti ilə İstanbulda beş günlük səfərdə olduq. Düzü təsəvvürümüzdə başqa bir Türkiyə var idi. Ancaq gördüyümüz mənzərə qarşısında heyrətə gəldik. Anadolu insanının fəaliyyətləri insanı ehtizaza gətirir, müşahidə etdiyimiz gözəlliklər bizi heyrətə gətirdi. Böyük Türkiyə... Hüdudlardakı Türkiyə... Ata şəfqəti ilə hərəkət edən Türkiyə..." O yazısını belə bitirir: "Bizə, müsafirlərə ehtiram, səmimi qarşılama hava limanından başladı. Səfər zamanı səxavətin və səmimiyyətin bu dərəcəsi bizi utandırdı".

Qəzetçilər və yazıçılar vəqfi

əl-Vayul-İslami jurnalın digər hədəfi də mötədil İslami anlayışını yaymaq, dini nəslərin ifratdan uzaq və müdaxiləsiz, obyektiv şərh edilməsidir. Bu istiqamətdə redaksiya heyəti cəmiyyətin inkişafı və istiqamətləndirilməsində İslamiyyətə bir bütöv kimi yanaşmağa, müxtəlif dairələri müştərək zəmində görüşdürməyə səy göstərməktədir. Bunu həyata keçirmək üçün də toplumun müxtəlif təbəqələri arasında "dialoq toplantıları" tərtib edir, bir əxlaq olaraq "hər kəsi olduğu kimi qəbul etmək" prinsipinin kök salmasına, geniş yayılmasına çalışır. Bu yerdə bu kimi fəaliyyətləri ilə məşhur olan və fəxri rəhbəri Fəthullah Gülənin yürütdüyü "Qəzetçilər və yazıçılar vəqfi" onların diqqətini çəkmişdir. Redaktor Ubadə bu mövzuda yazır: "Səfərimizdə "Qəzetçilər və yazıçılar vəqfi" ilə yaxından tanış olmaq imkanımız oldu. 1994-cü ildə qurulan bu vəqf siyasi, düşüncələrindən, mədəni səviyyəsindən, dini mənsubiyyətindən asılı olmayaraq fərqli bütün insanların "birlikdə yaşamaq sənəti"ni təqdim etmiş və onları bir dialoq masası ətrafında toplamağa nail olmuşdur. Toplamış və ölkə məsələləri haqqında hər təbəqədən olan insanların məsləhət gördüyü çözümlərin birlikdə müzakirəsinə şərait hazırlanmışdır".

Türk məktəbləri

Cəmiyyətin hər fərdini maarifləndirmək və bunu da hər sahədə aktiv təhsil yolu ilə həyata keçirmək əl-Vayul-İslami jurnalının hədəflərindən biridir. Dolayısilə, Fəthullah Gülənin fikirləri ilə formalaşan və 130-dan çox ölkədə fəaliyyət göstərib insanlığı qucaqlayan Türk məktəbləri onların da diqqətindən yayınmamışdır. Ubadə qələmə aldığı yazısında belə deyir: "İstanbulda "Fatih" təhsil şirkətinə mənsub olan bir məktəb bizi heyran elədi. Məktəbin binası ən müasir avadanlıqlarla təmin edilmişdir. Binanın ruhu olan təhsil isə özünə məxsus orijinallığa məxsusdur. Belə bir modelə Ərəb dünyasında rast gəlmək qeyri-mümkündür. Dolayısilə, təhsilimizi yenidən gözdən keçirməyə ehtiyac olduğunu düşünürəm. Türkiyədə universitet imtahanlarında ən yüksək nəticələr əldə edənlər əksəriyyətlə bu məktəblərin tələbələridir. Bu təhsil sisteminin dünya miqyasında fəaliyyət göstərən minə yaxın məktəbinin də eyni yüksək nəticələr əldə etdiyini öyrəndik. Bütün bu təhsil fəaliyyətlərinin ideoloqunun Fəthullah Gülən olduğunu bizə bildirdilər. Müxbir Fəthullah Gülənin bu məktəblər üzərindəki təsirini belə izah edir: "Hədəfi Allah rizası olan və ömrünün bu yola həsr edən insanlardan təşkil olunmuş bu təhsil müəssisələri "fəaliyyət"in müsbət təsir və inkişafın şifrəsi olmasına inanır. Onları təşviq edən Fəthullah Gülənin bu sözləridir: "Arzu etdiyimiz ab-havanı gerçəkləşdirmək üçün insanlığa xidmət amac ilə çıxdığımız bu yolda imkansızlıqlar qarşısındakı səbrimiz və bəxş edilən lütflər qarşısındakı istiqamətimizlə Allahın rizasını əldə edəcəyik. Ancaq digər tərəfdən də tənbəl olsaq və imkansızlıqlar qarşısında yolumuzdan dönsək, mütləq cəza görəcəyik".

Dəyərləri möhkəmlətmək

Əl-Vayul-İslami jurnalı bir məqsədi də mötədil İslami anlayışı yaymaq, dini nəslərin ifratdan uzaq və obyektiv şərh edilməsidir. Dolayısilə, Fəthullah Gülənin fikirlərinin onları yaxından maraqlandırdığını görürük. Türkiyədə səfərdə olan Ubadə bu haqda deyir: "Hələ naşı dəliqanlılar... Yeganə dərdi həyatını bu yola fəda etmək olan iş adamları... Hər kəsin rahatlıqla qəbul edəcəyi dəyərlər... Məhz Türkiyədə bizi heyran edən fikri, mədəni və elmi tərəqqi üçbucağı... Bu seçkin insanlar hal-hazırkı acınacaqlı vəziyyətə Peyğəmbərimizin (s.ə.s.) həyatından ilham alaraq müdaxilə edirlər. Buna görə də tədrici bir metodla təlim-təhsil-müsbət hərəkət yolunu tutur, siyasətdən uzaq fəaliyyət göstərirlər. Bununla yanaşı daxilə, daha çox iç aləmə əhəmiyyət verən bir üslubları var. Elm və texnikanın inkişafı zəmində əşya və hadisələri analiz etməklə Allahı daha yaxşı tanıtmağa tam inanırlar. İdeal toplumun formalaşmasını ideal fərdlərin yetişməsindən asılı olduğuna, bunun da təhsillə gerçəkləşəcəyinə inanırlar. Buna görə də Fəthullah Gülənin bu çağrışı çox mənalıdır: "Məscid əvəzinə məktəb açın!"

Nəticə

Küveyt Vəqflər Nazirliyinin rəsmi əl-Vayul-İslami jurnalının redaktoru Ubadə onları heyran edən bu fəaliyyətlərin hansı yönlərindən istifadəyə başlayacaqlarını belə sıralayır: "...işdə ciddiyyət və fədakarlıq ruhuna sahib olmaq, həm elmi, həm də mənəvi cəhətdən yüksək kadrlarla fəaliyyət göstərmək, fərdiliyyətçilikdən uzaq nizam-intizamlı müəssisə ruhunu formalaşdıran metod izləmək, fərziyə və teorem ortaya atmaqdan ziyadə, həyata keçirmə mədəniyyətini inkişaf etdirmək və s. Türkiyənin sıraladığımız əsasları həyata keçirmiş ölkə olaraq dünya miqyasında layiq olduğu məqama doğru irəliləməsinə və bəşəriyyətin sinəsində ümumbəşəri dəyərləri cücərtməyə çalışmasına şahid oluruq".

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.