Fəthullah Gülən tolerantdır, lakin güzəştsiz
Misirin paytaxtı Qahirədə Ərəb Birliyi mərkəzində həyata keçirilən "İslam dünyasında islahatın gələcəyi: Fəthullah Gülən Hərəkatı ilə müqayisəli təcrübələr" adlı konfrans davam edir. Konfransın ikinci günündə çıxış edən misirli alimlər Gülən hərəkatı və onun dini həssaslığından bəhs etdi.
Beynəlxalq Misir Universitetinin professoru Əmani Saleh vurğuladı ki: hərəkatını tolerantlıqla eyniləşdirən Gülən dini həssaslığı ilə də diqqəti çəkir. Əmani: "Allaha iman onun fikirlərinin əsasını təşkil edir. O tolerantdır, lakin heç vaxt dində güzəştə getməz," – dedi.
Reformistlərlə islahat hərəkatı liderlərinin bir-birindən çox fərqləndiyini deyən prof. Əmani Saleh hərəkat rəhbərlərinin insanları razı salaraq, yol göstərərək islahat fəaliyyətləri həyata keçirdiklərini, buna ən gözəl nümunə də Gülən hərəkatı olduğunu dilə gətirdi. Saleh hərəkatın Türkiyədə böyük uğur qazandığını, bunun Ərəb ölkələrində də tətbiq olunub-olunmaması perspektivlərinin araşdırılması zəruriliyini də ifadə etdi. Saleh: “Bir çox hərəkat Hz. Məhəmmədin (s.ə.s.) fikirlərinə materialist nöqteyi-nəzərdən yanaşdığına görə səhvə yol verir, Gülən isə İslamiyyətin orijinalına sahib çıxaraq dövrümüzə tətbiq edir.
"Ərəb dünyasında "turan" və "tiran" sözlərini eyniləşdirməyə çalışıldı"
Qahirə Universitetindən prof. İbrahim Bayyumi Ganim də F. Gülənin İslamiyyətin orijinal şəklini dövrümüzə tətbiq etməyə çalışdığını dedi.
Türklər və ərəblərin uzun illər bir-birindən uzaq qaldığını və bir-birini tanımadıqlarını deyən prof. Bayyumi: "Türkiyədə bir vaxtlar məqsədli şəkildə Ərəb düşmənçilik təbliğatı aparıldığı kimi, Ərəb dünyasında da şüurlu şəkildə bir türkofobia (Türk qorxusu) yaymağa çalışdılar və hələ də də davam edirlər. Turan (Türk) və tiran (zorakılıq, tiranlıq) sözü eyni mənada işlədildi" – dedi.
Bayyumi: "Buna əvvəllər tarixdə də şahid oluruq, Fateh Sultan Mehmet İstanbulu fəth etdiyi zaman latınların türklər dediyi "turko" sözü ilə vəhşilik, barbarlıq bir mənada. Bayyumi: "Gülən hərəkatı Türk və Ərəb dünyasının bir-birini daha yaxşı tanımasında böyük rolu var," – dedi.
Bayyuminin fikrincə, Gülən islahatçı olmasına baxmayaraq, heç vaxt özünü mücəddid kimi qələmə vermədi, İslamiyyətin orijinal şəklini dövrümüzə əks etdirməyə çalışdı.
Bayyumi F.Gülənin Ərəb və İslam dünyasının böyük şəxsiyyətləri olan Həsən Əl Bənna, Muhamməd Abduh və Seyid Qütbün zəka, elm və aksiyon istiqamətləri özündə birləşdirdiyini vurğuladı.
"Allaha aparan yol, təhsildən keçir"
"Yeni Ümid" jurnalının baş redaktoru Ergün Çapan Allaha gedən ən qısa yolun "ileyi-kəlimətullah" olduğunu, ona aparan yolun da təhsildən keçdiyini vurğuladı. F. Gülənin qəlb və ağılın vəhdətinə böyük əhəmiyyət verdiyini bildirən Çapana görə, 5, hətta 8 əsrdir İslam dünyasının geri qalmasının ən böyük səbəbi müsbət elmlərdən uzaq olmaqdır.
Gülənin fəlsəfəsində aksiyon və düşüncənin paralel getdiyini, ancaq aksiyonun daim düşüncədən öndə olduğunu vurğulayan Çapan: "Bu hərəkatın əsası aksiyondur. Məhz, İslam dünyası təmsil və aksiyonun çatışmazlığına görə geri qaldı," – dedi.. "F.Gülən hər zaman səhabə həyatını tətbiq etməyə çalışır," – deyən Çapan onun ən böyük gücünün fədakarlıq ruhu olduğunu ifadə etdi.
Sudanlı prof. Həsən əl Məkki də F.Gülənin bəzi səbəblərə görə öz ölkəsini qoyub başqa ölkədə yaşadığını xatırlatdı. Əl Məkki: "Ancaq unutmamaq lazımdır ki, Hz. Musa da davası, məfkurəsi üçün ölkəsini tərk etmək məcburiyyətində qalmışdı," – dedi. Məkki: "Güləndən sonra onun təşəbbüsü ilə açılan müəssisələri onu yaşadacaq" deyə vurğuladı.
"Gülən hərəkatı Türk və Ərəb dünyaları arasında körpü ola bilər"
Toplantıda iştirak edən alim və mütəfəkkirlər də "Cihan" xəbər agentliyinə verdikləri müsahibədə bu toplantı vasitəsi ilə F.Güləni daha yaxından tanıdıqlarını dedilər.
Quran möcüzələri mövzusunda apardığı araşdırmalarla məşhur olan Misirin görkəmli alimi prof. Zaglul Naqqar Gülən hərəkatının Türk və Ərəb dünyaları arasında körpü ola biləcəyini bildirdi. Ərəb dünyasında da bir çox hərəkat olduğunu və bunlarla yaxşı münasibət qurmağın zəruriliyini bildirən Naqqar zamanın əl-ələ, çiyin-çiyinə hərəkət etmə zamanı olduğunu dedi.
Cəzairdəki Konstantin Universiteti sabiq rektoru prof. Ammar Talibi: "Bu toplantı F.Güləni daha yaxşı tanımağa kömək etdi," dedi. Konfransın idarə heyətində iştirak edən Qahirə Universitetindən prof. Pakinam Şarkavi Ərəb və Misir ziyalılarının Gülənin dini və islahatçı yönün ilə bağlı məlumatlarının az olduğunu, bu toplantı vasitəsi ilə Güləni Ərəb dünyasına tanıtmağa çalışdıqlarını dedi.
Toplantıya qatılan Demokratik Konqo Respublikası Diyanət İşləri Rəhbəri Abdullah Manqala İslam dünyasının hal-hazırkı vəziyyətinə diqqət çəkərək bu hərəkatın bütün İslam dünyasını və hətta dünyanı qucaqlayan bir fəaliyyət olduğunu bildirdi. Manqala Gülən Hərəkatının bəşəriyyətin xilası üçün böyük perspektivə malik olduğunu vurğuladı.
Tanzaniyadan Diyanət İşləri Rəhbəri müavini Şeyx Alhad Musa Salam isə: "İslam dünyası tezliklə yoxsulluqdan xilas olmalıdır," – dedi. Yoxsulluğun çarəsinin isə təhsil olduğunu ifadə edən Salam Gülən hərəkatının insanlığa nümunəvi təhsil modeli təqdim etdiyini vurğuladı.
Konfransı www.arabturkdialog.com saytından canlı olaraq izləyə bilərsiniz.
- tarixində yaradılmışdır.