Gələcək Dünyaya Bir Müsəlmanın Məktubu
Gürcüstanın "The Georgian Times" qəzeti bu həftəki nömrəsində Fəthullah Gülənin düşüncə, fikir və həyatından bəhs edən məqalə yayımladı.
Marika Kahadzenin qələmə aldığı yazıda Fəthullah Gülən şəxsiyyətinin barış və sevgi məfhumları ilə bütövləşdiyi vurğulanır. Kahadze məqaləsində “Gülən mədəniyyətlərarası dialoqla dünyaya sevgi və sülhün hakim olmasını arzu edir”, - deyə yazır.
Əli Ünalın "Bir Portret Essesi" kitabından da sitatlar verilən müəllif həmçinin Gülənin İslami anlayışı, fərqli din və məzhəb xadimləri ilə görüşü, təhsilə verdiyi əhəmiyyət və Gülən adına qurulan kafedralar olmaqla bir çox mövzuya yer verilir.
Aşağıda yazının tam mətnini oxuya bilərsiniz:
Fəthullah Gülən bütün mədəniyyət aləminin tanıdığı bir şəxsiyyətdir. Onun adı sülh və sevgi ilə bütövləşdirilir, bərabər çəkilir.
Türkiyənin dini və ictimai xadimi Fəthullah Gülənə görə, bəşəriyyətin gələcəyi mütəmadi dəyişən və yenilənən bir prosesdir. Bəşəriyyətin yenilənməsi isə insani dəyərlərə söykənməlidir. Məhz bu məqamda da mədəniyyətlərarası dialoqun əhəmiyyəti ön plana çıxır.
Bu yaxınlarda Əli Ünalın "Bir Portret Essesi" kitabı Gürcü dilində işıq üzü gördü. Kitab Fəthullah Gülənin fəaliyyətlərindən bəhs edir. Kitabın ön sözü Professor Giuli Alasania məxsusdur.
Professor Giuli Alasania kitabın ön sözündə yazır: "Fəthullah Gülənlə şəxsən görüşmə imkanım oldu. Bu seçkin alim insanda xoş təəssürat oyadır. O yalnız ümumi bəşəriyyəti deyil, fərdləri də düşünür. Onların xoşbəxt həyat sürməsi naminə səy göstərir.
İstanbulda 102 ölkədən 15-21 yaş arası şagirdlərin iştirakı ilə 5-ci Beynəlxalq Türk Dili Olimpiadaları keçirildi. Müxtəlif ölkələrdən gələn gənc elçilər Fəthullah Gülənin prinsipləri əsasında açılan, özlərini isbat edən məktəblərdə təhsil alırlar. Bu məktəblərin təhsildən başqa missiyaları da var. Fərqli mədəniyyətlərlə dialoqun genişləndirilməsi, əmin-amanlıq içində birgə həyat üçün lazımi imkanların təmin edilməsi kimi təqdirəlayiq bir missiyası da var" deyə yazır və kitabın Gürcü dilində işıq üzü görməsini müsbət qiymətləndirir.
"Yurdda Sülh, Cahanda Sülh"
Bu sözlər Atatürkə aiddir. Atatürk Türkiyə Cümhuriyyətinin qurulmasında böyük rola malikdir. Buna görə də Türk xalqı onu “Atatürk” adı ilə təltif edilmişdir. Fəthullah Gülən isə Atatürkün gördüyü işləri daha da genişləndirir. İslamın gözəlliyini dünyaya çatdırmaq onun ən böyük məqsədidir. İslamın xoşgörü və əxlaqi dəyərlərə malik, sülhə üstünlük verən bir din olduğunu hər kəsə çatdırmağa səy göstərir.
Fəthullah Gülənə görə İslam dünyasında dövləti din adamları idarə etmir. Həqiqi İslam dini diktatorluğu qəbul etmir, inanc azadlığının tərəfdarıdır.
Fəthullah Gülən bütün İslam aləmini İslamın təməl qanunlarına və insani dəyərlərinə bağlı olmağa və buna əsasən də mütəmadi yenilənməyə çağırır. Fəthullah Gülən bir kitabında "Xoşbəxt Nəsillər" (1978) ifadəsini belə izah edir: "Yenilənməyi bacara bilməyənlər güclü olsalar da, gec-tez yox olmağa məhkumdurlar". Millətini, İslam aləmini və bütün dünyanı əxlaqi dəyərlərə bağlı olaraq yenilənməyə səsləyir.
Fəthullah Gülən XX əsrin ziyalıları kimi, insanın ümumbəşəri insani dəyərlərlə yetişdirilməsinə çox əhəmiyyət verir. Çünki insanlığın gələcəyi buna bağlıdır. Gülənə görə, hamımızın vəzifəsi uşaqlarımızın, nəvələrimizin yetişdirilməsinə qayğı göstərməkdir. Bu eyni zamanda insanlığın gələcəyinə qayğı göstərmək deməkdir. Fəthullah Gülən: "Yurdda sülh, cahanda sülh" düşüncəsi ilə dünyanın müxtəlif din xadimləri ilə görüşür - Patriarx Bartlomeos, Roma Papası II. Yuan Pavel, Yəhudilərin lideri Davit Asoe, Kardinal Arinza ilə görüş keçib. Bu mənada həm Türkiyədə, həm də xaricdə sülh mövzusunda proqramlar təşkil edilir. Özü də bu dünya miqyasında təşkil olunan yüksək səviyyəli proqramlara dəvət olunur. Səhhətinə görə iştirak edə bilmədiyi proqramlara yazılı və ya görüntülü ismarıc göndərir.
"Dünyanın Həqiqi Qəhrəmanları Peyğəmbərlər və Onların Davamçılarıdır"
Fəthullah Gülənə görə: “Hər şey düşüncə və inanca bağlıdır”. Beləcə, Fəthullah Gülənin İslami anlayışı bu nöqtədə siyasi-ideoloji İslami hərəkatlardan fərqlənir. Fəthullah Gülən tarixə, mədəniyyətə, millətlərin inkişaf və tənəzzülünə sadəcə ictimai və siyasi aspektdən baxmır.
Gülənin Papa Jan Pavel ilə görüşü Qərbli Xristian liderlərini böyük təsir etdi. Vaşinqton Katolik Universiteti Şərq Xristianlığı Araşdırma Kafedra Dekanı Professor Cindy Grifit belə deyir: “Dialoqun məqsədi İslamı tanımayan Xristianlara İslam haqqında məlumat verməkdir. Biz Türkiyənin potensialını tam şəkildə dərk edə bilmədik. Türkiyə dialoq yolunda çox böyük rol oynayacaq. İslam aləmində Avropanı anlaya bilən yeganə ölkə Türkiyədir. Xristianların İslam dünyası ilə inteqrasiyasında Türkiyə əvəzolunmaz bir körpü olacaq.
Fəthullah Gülən müxtəlif sahələrdə fəaliyyət göstərir: din, təhsil, elm... Fəaliyyətlərin təməli əxlaqi və insani sevgiyə söykənir. Türkiyə və dünya ictimaiyyəti Fəthullah Güləni müasirliyə açıq bir şəxs kimi qəbul edir. Çünki o, bütün dini liderləri dialoqa çağırır. Ona görə dialoqun başlanğıc nöqtəsi tolerantlıq, xoşgörü, sülh və sevgidir.
2001-ci ilin aprel ayında “Corc Town Universiteti”ndə bir simpozium təşkil edildi. Asiya Yepiskoplar Federasiyası Başçısı Tomas Mişel "Pedaqoq olaraq Fəthullah Gülən" mövzulu çıxışı etdi. "Əsərlərində ilk gözə çarpan şey insani və əxlaqi dəyərlər və yaxşılıq ilə əlaqədar düşüncələridir. Bu düşüncələrini Qurana söykənərək ifadə edir. Əxlaq dinin təməli və İlahi bəyanın ən mühüm ünsürlərindən biridir. Gülənə görə əxlaq və şərəf qəhrəmanlıqdır. Dünyanın həqiqi qəhrəmanları isə peyğəmbərlər və onların ardıcıllarıdır."
24 may 2007-ci ildə Tiflisdə II Beynəlxalq Qloballaşma və Mədəniyyətlərarası Dialoq mövzulu simpozium keçirildi. Gürcüstan 20 ölkədən gəlmiş dövlət və elm adamını qəbul etdi. Gürcüstan Patriki II İlya bu simpoziumda çıxış etdi: "Qloballaşan dünyada hər millətin öz ənənələrini, mədəniyyətini, dini xüsusiyyətlərini qoruması əhəmiyyətli məsələdir. Müxtəlif dinin nümayəndələri arasında dostluq, sülh əlaqələrinə diqqət yetirməliyik. Bu əlaqələrin tarazlığı pozulmamalıdır".
Fəthullah Gülən səhhətindəki problermlərə görə simpoziumda iştirak edə bilmədi. ABŞ-da müalicə alırdı. Buna baxmayaraq simpoziuma bir ismarıc göndərdi. Bu ismarıc simpoziumun açılışında oxundu: "Kainatın mayası yaxşılıq, gözəllik, doğruluq, fəzilət və xoşgörüdür. Dünya gec-tez bu şəkildə də formalaşacaqdır. Simpoziuma qatılan hər kəsə sevgi və salamlarımı göndərir, hər kəsə ehtiramımı bildirirəm."
"Gələcək Xoşbəxt Nəsillərə Gülürəm"
Fəthullah Gülən fəaliyyətlərinin məqsədi bəşəriyyətin xoşbəxt gələcəyidir. Bu amalı əsərlərində də özünü büruzə verir. Xəyalinda qurduğu gələcəyi bədii şəkildə dilə gətirilir. "Hər kəsi qucaqlayıram, hər kəsi salamlayıram, öz özümə deyirəm: Allahın yaratdığı bu gözəl dünyada zorakılıq, xəyanət, yalan, kin, nifrət yoxdur. Sevgi, sədaqət, doğruluq, hörmət var. Bu dünyada hər kəs özünü cənnətdə hiss edir" Fəthullah Gülənin xəyallarındakı dünya budur. (Fateh Demir, Tiflis)
- tarixində yaradılmışdır.