Fəthullah Gülənin dünya sülhünə verdiyi töhfə
"Hira" jurnalı İordaniyanın paytaxtı Ammanda "Fəthullah Gülən təcrübəsinin dünya sülhünə töhfəsi" mövzulu simpozium keçirdi.
İordaniyanın paytaxtı Amman əhəmiyyətli bir simpoziuma ev sahibliyi etdi. İslam dünyasının qabaqcıl elm xadimləri və mütəfəkkirlərin qatıldığı simpoziumda Fəthullah Gülən təcrübəsinin dünya sülhünə töhfəsindən danışıldı.
Fəthullah Gülən düşüncəsinin dünya sülhünə töhfəsi
Simpoziumda İordaniya Vəqflər Naziri Abdusselam Abbadi ilə yanaşı, Sudan sabiq Baş Naziri Sadiq Mehdi və Beynəlxalq Vəsatiyye Platforması Başçısı Mervan Fauri də iştirak etdi.
Simpoziumda Fəthullah Gülənin təhsil düşüncəsi, "Fəthullah Gülən Hərəkatı"nın beynəlxalq miqyası, F. Gülənin "Sonsuz Nur" kitabı çərçivəsində Hz. Peyğəmbərin siyərinə yanaşması kimi mühüm mövzularda məruzələr oxundu.
Sudandan sabiq Baş Nazir Sadiq Mehdi də simpoziumun insanlar arasında dostluq münasibətlərinin möhkəmləndirməsini ümid etdiyini bildirdi.
İordaniya, Misir, Suriya, Fas, Cəzair, Yeməyin, Seneqal, Livan, Sudan və Türkiyədən iştirak edən simpozium böyük maraqla qarşılandı.
Ərəb dünyasının alim və ziyalılarının maraq və həyəcanla izlədiyi simpozium xatirə fotoşəkili çəkilərək sona çatdı. Birinci simpoziumun oktyabr ayında Qahirə Universiteti tərəfindən Ərəb Birliyi Ümumi Mərkəzində təşkil edilmişdi.
- tarixində yaradılmışdır.