23 yanvar “Mədəniyətlərarası dialoq günü” elan edildi

Gülən İnstitutu ABŞ-ın ən böyük dördüncü şəhəri Xyustonda seminar keçirdiyi .

Keçən həftə Turkuaz Mədəniyyət Mərkəzində təşkil edilən “Mədəniyyətlər dialoqu platforması 2010” adlı proqrama ABŞ-la yanaşı Kanada və Meksikadan 25 görkəmli alim və ziyalı iştirak etdi. XXI əsrin global ictimai problemlərini müzakirə edən ziyalılar yoxsulluq, ictimai ədalət və qarşıdurma kimi məsələlərlə yanaşı, birgə yaşamaq kimi mövzulara da həll yolları axtardılar. Yığıncağa təbrik və alqış mesajı göndərən Xyustonun yeni bələdiyyə başçısı Anisa Parker 22-23 Yanvar tarixini “Mədəniyyətlərarası dialoq günü” elan etdi. Təşkilatın fəxri qonağı ABŞ Konqres Millət vəkili Al Gren də sülhü təmsil edən Gülən hərəkatının Haiti üçün başlatdığı yardım kampaniyasını alqışladığını dilə gətirdi.

The Gülen Institute: 23 yanvar “Mədəniyətlərarası dialoq günü” elan edildi

Çox sayda qonağın maraq göstərdiyi Mədəniyyətlər dialoqu platformasında müxtəlif mövzularda altı yığıncaq keçirildi. Ən diqqət çəkən məqam məktəb şagirdlərinin iştirak etdiyi və “Ailə daxili münasibətlərin inkişaf etdirmək” mövzusunda öz məqalələrini təqdim etdikləri yığıncaq oldu. Çikago Universitetindən beynəlxalq təhlükəsizlik üzrə mütəxəssisi prof. Robert Pape də: 'İşğal, zorakılıq və din” adlı məqalə ilə çıxış etdi. Prof. Pape dünyada intihar hücumlarının mənşəyi din deyil, daha çox siyasi səbəblər olduğunu bildirdi. Nümunə olaraq intihar hücumlarının ən çox rast gəlinən Marksist Tamil partizanlarının müstəqillik hərəkatını göstərdi. İntihar hücumlarının ümumiyyətlə işğaldan sonra əsgərlərə qarşı təşkil edildiyini deyən Pape, nümunələrlə mövzuya izah gətirdi.

Keçən il Raindrop Türkevinin “Türk-Amerika dostluq mükafatı” verdiyi Xyuston vali Et Emmett isə Gülən İnstitutunun fəaliyyətlərini alqışladı.

Link

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.