Gülən hərəkatının təcrübəsindən faydalanmalıyıq
İordaniyanın paytaxtı Ammanda toplaşan ərəb alim və ziyalıları Fəthullah Gülənin təşviq etdiyi "Könüllülər Hərəkatı"nı müzakirə etdi. Ammanda həyata keçirilən "Reformda çağdaş baxışın, ümmətin inkişaf etdirilməsi və dünya sülhünə təsirləri" adlı simpoziumda Fəthullah Gülən hərəkatının nümunə insan meydana gətirmə vizionu ilə təhsil alanındakı işləri araşdırıldı. Təşkilatçılığı Beynəlxalq Orta Yol (Vəsatiyə) Platforması və "Hira" jurnalına aid olan simpozium Amman Krallığının Mədəniyyət Mərkəzində keçirildi. Simpoziuma Suriya, Misir, İordaniya, Sudan, Livan Səudiyyə ərəbistanı, Seneqal, Cəzair və s. 22-dən çox ölkədən gələn alim və ziyalılar Gülən Hərəkatının dünya miqyasında həyata keçirdiyi təhsil fəaliyyətləri və dünya sülhünə töhfəsindən bəhs edildi. İslam dünyasının ən mühüm fikir və din xadimlərinin iştirak etdiyi simpoziumda oxunan məruzələrlə "Könüllülər Hərəkatı"nın, xüsusilə, təhsil sahəsindəki fəaliyyətləri dəyərləndirildi.
Qurani-Kərim sədalaları ilə başlayan simpoziuma İordaniya Vəqflər Naziri Abdussalam Abadiyin rəhbərlik edirdi. İlk iclasda İslam dünyasının görkəmli alimlərindən Suriyalı prof. Məhəmməd Ratıp əl-Nablusi, sabiq Misir Vəqflər Naziri Ahmedi Abunnur və prof. Semir Budinar Fəthullah Gülənin tarixi vizionu ilə bağlı məruzələrini oxudular.
Salonu ağzına qədər dolan simpoziumda çıxış edən Şam Universiteti sabiq Rektor Müavini prof. Müvəffəq Dabul mühüm məsələlərə təmas etdi. Suriya alimi Dabul Gülən Hərəkatının təhsil və nümunəvi insan fəaliyyərtlərinin diqqətəlayiq olduğunu deyərək: "Dünya və ətrafımızdakı məsələləri çozmək istəyənlər Fəthullah Gülən təcrübəsindən faydalansın," – deyə əlavə etdi.
"Tarixdə bütün ixtilaflar təhsillə aradan qaldırıldı"
Çıxışında Könüllülər Hərəkatının insanlar arasında ayrı seçkilik etmədən, məsələlərə "insan" ortaq məxrəciylə yanaşdığını deyən Dabul: "Hörmətli Gülənin mənimsədiyi təmsil etmə keyfiyyəti fəaliyyət (xidmət) metodunun ən mühüm əsasıdır. Təmsil etdikləri dəyərlərlə yetişən bu insanlar hal və hərəkətlərlə insanlara ən böyük nümunədir. Bu hərəkat insanlar arasında heç bir ayrı seçkilik etmədən, təəssübkeşlikdən uzaq insanlara bəşəriyyətin ortaq məxrəciylə yanaşır. Bu üslub qəlblərin yumşalmasına və oyanmasına səbəb olur," – deyərək fəaliyyətin (xidmət) məsələlərə baxışını izah etdi.
Tarixdə bütün ixtilaflarlar təhsillə, maariflə aşıldığını deyən Dabul: "Tarixə baxsanız, xüsusilə millətlərarası ixtilafların aradan qaldırılmasında təhsil sahəsində olan fəaliyyətlər ən böyük rol oynadığını görərsiniz. Bizdə də bu həmişə belə oldu. Bunu dərk edən Hörmətli Fəthullah Gülən belə bir hərəkat başlatdı. Nümunəvi insan yetişdirmə yolunun təhsildən və qəlblərə səslənməkdən keçdiyini deyərək insanları maarifə səslədi. Bu böyük alimə güvənən və hərəkata könül verən insanlar onun səsinə səs verib fəaliyyətə başladılar. Hər kəsi çaş-baş qoyan fəaliyyətlə işə başlayan bu insanlar günümüzün nümunəvi təhsil metodunu ortaya qoydular," – dedi.
"Biz xəyalını qurduq, onlar həyata keçirdi... Özümü onlardan biri hesab edirəm"
İstanbulda müəssisələrlə yaxından tanış olduğunu deyən Dabul: "Bir neçə yoldaşla İstanbuldakı təhsil müəssisələrinə baş çəkdik. Kolleclərdən hazırlıq kurslarına, tələbə yataqxanalarından xəstəxanalara qədər bir çox müəssisəni gəzərək bu möhtəşəm və uğurlu təcrübəni müşahidə etdik. Bizim xəyalını qurduğumuz nümunəvi insan yetişdirmə layihəsinin Türkiyədə həyata keçdiyini böyük heyranlıq və məmnuniyyətlə izlədik," – dedi.
Fəthullah Gülən Hərəkatının bəşəriyyətin arzuladığı və həsrət çəkdiyi nümunəvi insan yetişdirmə layihəsi əsasında təhsil verildiyini deyən Suriya alimi: "Gülənin fikirlərini mənimsəyən bu fikirləri həyata keçirmək üçün böyük səy göstərən insanlarla qarşılaşdıq. O qədər yaxın münasibət qurduq ki, sanki onları çoxdan tanıyıram. İcazə versəniz, mən də özümü Gülən mədrəsəsinin bir üzvü olaraq təqdim etmək istəyirəm. Çünki mən bu böyük insanın fikirlərinə və üslubuna inanıram. Nə olar, məni də bu hərəkata (xidmətə) qəbul edin," – dedi.
Çıxışında Fəthullah Gülən Xoca Əfəndinin əsərlərindən çox təsirləndiyini də deyən Dabul: "Bu əsərlər mənim zehinimi arındırdı. Bu əsərlər əvvəlki görüş və fikirlərimi, dünyaya baxış tərzimi nəzərdən keçirməyə vadar etdi. Xüsusilə, yad hesab etdiyim insanlara qarşı olan fikirlərimi nəzərdən keçirdim," – deyə özündəki dəyişikliklərdən danışdı.
- tarixində yaradılmışdır.