Fəthullah Gülən – İnsan yetişdirən bir bağban
Yeni təhsil ilin başlamasıyla tələbə və şagirdləri onları gözləyən təhlükələri nəzərə vermək istəyən Avropa Paytaxtları Pedaqoji Klubu və Dialoq Avrasiya (DA) platforması 25 ölkədən gələn pedaqoqu bir yerə topladı.
"Təhsildə dialoq və tolerantlıq" adlı konfransda çıxış edən Rusiya Elmlər Akademiyası nümayəndəsi professor Rostislav Rıbakov mənəviyyat böhranının iqtisadi sarsıntılardan daha təhlükəli olduğunu vurğuladı. Dünyada təhsil fəaliyyətləri ilə məşhur olan Fəthullah Güləni Mahatma Qandiyə bənzədən Rıbakov: "Hər ikisinin də hədəfə çatmaq üçün sahib olduqları güc eynidir. Güləni, bəlkə də, o qədər tanımırıq, ancaq onun gördüyü işlər daha əhəmiyyətlidir. Çünki o, yeni bir mədəniyyət, yeni bir insan yetişdirən bağbandır," – dedi. DA həmkarı Harun Tokak isə narkotik, qumar, terror kimi qlobal təhlükələrə diqqət çəkdi. Tokak: "Bu təhlükələri aradan qaldırmaq naminə yığıncaqda vacib qərarlar alınacağını düşünürəm. Bioloji evliliklərdən insan, mədəni və ictimai birlikdən insanlıq dünyaya gəlir," – dedi.
- tarixində yaradılmışdır.