Dünyada İntellektual Həyata Baxış
Aldığı məktubdan məmnun olan redaksiya məktubu olduğu kimi oxucularına təqdim etmək qərarına gəlib. Fəthullah Gülənin dünyanın 100 intellekti arasında birinci olmasından bəhs edən məktubda ukraynalı oxucu Şərq dəyərlərinin yenidən yüksəlişə qədəm qoymasından duyduğu məmnuniyyəti dilə gətirərək: "Yaxşı ki, Güləndən bəhs etdiniz, yoxsa belə bir şəxsiyyətin varlığından xəbərimiz olmayacaqdı..." deyə düşüncələrini xülasə edir.
Jurnalınızda intellektlər haqqında və xüsusilə, Fəthullah Gülən barədəki yazını oxudum. Düzü, belə bir yazının jurnalınızda çıxacağını gözləmirdim. Çünki uzun müddətdir mətbuatda çıxan yazılar cəmiyyətə istiqamət verən düşüncələrdən daha çox artist, ya da siyasətçilər haqqında olurdu. Elm adamları haqqında çıxan yazı isə, ümumiyyətlə ya Amerikalı bir bioloq, ya da Yapon ixtiraçılardan bəhs edirdi. Lakin burada vəziyyət fərqlidir. Gəl gör ki, dünyada nələr baş verirmiş, bizim xəbərimiz yox. Bu, sadəcə mənim fikrim deyil: kimə göstərdimsə, hamı belə bir xəbərin jurnalınızda nəşr olunmasını heyrətlə qarşıladı.
Bəziləri Fəthullah Gülən adını eşitmişdilər, hətta bir-neçə nəfər kitablarını da oxuyub. Lakin danılmaz bir həqiqət var ki, dünyada olan böyük fikir hərəkatlarını biz təqib edə bilmirik. İşin başqa bir yönü, əgər düz deyirəmsə, yazıda oxuduğum qədər anketi hazırlayanlardan məşhur bir İngilis yazıçı da anket nəticələri məlum olunca Fəthullah Gülən adını ilk dəfə eşidib. Sözün qısası, çox yaxşı oldu ki, o insan haqqında məlumat verdiniz. Yoxsa, yenə də onu tanımaqdan məhrum olacaqdıq.
Bir də belə bir məna çıxır ki, Şərq təkrar gündəmə çevriləcək, ön plana çıxacaq. Əvvəllər sadəcə Tibet, Hindistan dəbdə idi, amma indi dəbdə olan yerlər lap yanımızdakı ölkələrdir. Millətlərin inteqrasiyası, İslamın və xüsusilə də Avropada inkişafı deyə bir reallıq var, bundan xəbərdarıq. Əhəmiyyətli olan yeni düşüncələrin, yeni axınların daha orijinal halı ilə bizə üfüq açmasıdır…
Maksim Yerenko, Şagird / FAVORİT (Ukrayna)
- tarixində yaradılmışdır.