Sərdar Ortac: "Avroviziya"dan öncə Türk Dili Olimpiadalarını dəstəkləməliyik"
O: “Hər kəs “Avroviziya”dan bəhs edir, ancaq bizim də bir Beynəlxalq Türk Dili Olimpiadalarımız var. İnciməyin, məncə, biz “Avroviziya”dan çox bu olimpiadadan danışmalıyıq. Çünki bu olimpiadaya hər il 100 ölkədən 600 sənətçi qatılır və onların hər biri türk dilində oxuyur”, - deyib.
Belə bir tədbirin təşkilatçılarına təşəkkür etdiyini bildirən Sərdar Ortac həmyerlilərindən bu olimpiadalara dəstək vermələrini xahiş edib: “Dövlətimiz, hökumətimiz çox sağ olsun. Bu tədbiri izləyəndə, afrikalının, rusun türk dilində oxuduğunu görəndə bir türk vətəndaşı olaraq qürur duyuram. Hər birimiz türk dili olimpiadasına dəstək verməliyik”. Verilişin aparıcısı olan Fərhat Göçer isə: “İki il öncə bu olimpiadada münsif kimi iştirak etdim və proqramda ölkəmizin nə qədər fərqli olduğunu gördüm. Çox qürur verici bir tədbirdir”, - deyib.
Qeyd edək ki, 7-ci Beynəlxalq Türk Dili Olimpiadası 27 may- 10 iyun tarixlərində keçiriləcək. Bu olimpiadaların keçirilməsində Türkiyənin tanınmış fikir adamı Fəthullah Gülənin təşəbbüsü ilə açılan və dünyanın hər tərəfinə yayılan türk liseylərinin böyük dəstəyi var.
- tarixində yaradılmışdır.