"Berlin" Konfransı

  • Peyğəmbərimiz (s.ə.s.) doğru sözlü düz insan idi.
  • Onun doğruluğunu ən amansız düşmənləri belə etiraf etmişlər.
  • Əshabi-Kiram (r.a.) Rəsulullah (s.ə.s.) uğrunda malını, canını-hər şeyini verməklə Onun (s.ə.s.) peyğəmbəriliyini təsdiq edirdilər. Bu mövzuda Abdullah b. Cahşın Uhud döyüşündə qəhrəmancasına vuruşması və şəhadəti dilə gətirilir.
  • Rəsulullahın (s.ə.s.) gələcək barədə verdiyi xəbərlərin bir-bir reallaşması Onun (s.ə.s.) doğruluğuna möhür basır.
  • Elmi kəşf və icadlar Əfəndimizi (s.ə.s.) təsdiq edir.
  • Rəsulullahın (s.ə.s.) ağcaqanadın bir qanadında zəhər (toksik) digərində antitoksik olduğunu ifadə edən sözünü elmi araşdırmalar təsdiqləmişdir.
  • Allah Rəsulu (s.ə.s.) əlində heç bir tibbi cihaz olmadığı halda, qadından heyz xaricində gələn qanın xəstəlik qanı olduğunu bildirmişdir.
  • Rəsuli-Əkrəmin (s.ə.s.): “Bir itin yaladığı qab yeddi dəfə yuyulmalıdır, ilk yuma torpaqla olmalıdır” sözündəki hikmət, elm inkişaf etdikcə aydın olmuşdur.
  • Rəsulullah (s.ə.s.) əmr etdiyini əvvəlcə özü tətbiq edərdi.
  • Rəsulullah (s.ə.s.) gecələri ayaqları şişənə qədər ibadət edərdi.
  • Peyğəmbərimiz (s.ə.s.) İbn Məsuddan (r.a.) Quran oxumasını istəmiş, İbn Məsud (r.a.) “Hər ümmətdən haqlarında şahidlik edəcək bir peyğəmbər gətirdiyimizdə və Səni də onlara şahid olaraq çağırdığımız zaman necə olacaq o gün!?” ayəsinə çatanda Rəsulullah (s.ə.s.) hönkürə-hönkürə ağlamışdır.
  • Allah Rəsulu (s.ə.s.) zahidanə ömür sürmüşdür.
  • Əfəndimiz (s.ə.s.) rifah içində yaşama imkanına sahib olduğu halda zahidanə həyatı seçmişdir.
  • Dünya bütün cazibədarlığı ilə Rəsulullahın (s.ə.s.) qarşısına cilvələndi, amma özünü Ona (s.ə.s.) qəbul etdirə bilmədi.
  • Hz. Ömər (r.a.) “İla” hadisəsi zamanı Rəsulullahın (s.ə.s.) evinə girmiş və gördüklərinə dözə bilməyib: “Ya Rəsulullah! Kisra və Heraklius sərvət içində üzərkən Siz bu haldasınız!” -deyərək ağlamış, Rəsulullah da (s.ə.s.): “İstəməzsənmi, Ya Ömər, dünya onların, axirət bizim olsun!' -deyə cavab vermişdir.
  • “Mənim dünya ilə əlaqəm, bir yolçunun ağac altında istirahət edib, təkrar yoluna davam etməsi kimidir” hədisi...
  • Əbu Hüreyrə (r.a.) bir gün Rəsulullahın (s.ə.s.) oturaraq namaz qıldığını görmüş və səbəbini soruşmuşdu. Səbəbin aclıq olduğunu öyrənəndə dözə bilməyib ağlamışdı. Allah Rəsulu (s.ə.s.): “Ağlama ya Əbu Hüreyrə! Hesabın şiddəti ac olanlara toxunmaz,” -deyə buyurmuşdur.
  • Əfəndimiz (s.ə.s.) son dərəcə təvazökar idi.
  • Nəbilər Sərvəri (s.ə.s.) Allahın nəsib etdiyi uca qamətinə baxmayaraq, son dərəcə təvazökar idi. Qarşısında ayağa qalxanlara: “Acəmlərin böyükləri qarşısında ayağa qalxdığı kimi qalxmayın”, -buyurardı.
  • Allah-Təala (c.c.) Rəsulunu (s.ə.s.) məlik nəbi və qul nəbi olma seçimində sərbəst buraxanda O (s.ə.s.) Hz. Cəbrayılın da (ə.s.) işarəsi ilə qul nəbi olmağı seçmişdir.
  • Peyğəmbərimiz (s.ə.s.) fövqəladə fətanət (böyük dərrakə) və qiyasət (böyük ağıl) sahibi idi. O (s.ə.s.) ən çətin və dolaşıq məsələləri belə rahatlıqla həll edərdi.
  • İmranın atası Hüsayn (r.a.) Rəsulullahın (s.ə.s.) müdhiş fətanəti qarşısında müsəlman olmuşdur.
  • Zina etmək üçün icazə istəyən bir gənci Rəsuli-Əkrəm (s.ə.s.) böyük fətanəti ilə yolundan döndərmiş və o gənc bir iffət abidəsinə çevrilmişdir.
  • Hüdeybiyə müqaviləsində zahirən müsəlmanların əleyhinə olsa da, Rəsulullahın (s.ə.s.) böyük dirayət və qiyasəti (böyük ağıl) sayəsində onların lehinə fəthlə nəticələnmişdir.
  • Hüneyn döyüşündən sonra Ənsar Allah Rəsulunun (s.ə.s.) Məkkədə qalacağı əndişəsinə qapılınca Rəsulullah (s.ə.s.) xüsusi müşavirə keçirərək onların könlünü almış və böyük bir problemin çıxmasına mane olmuşdur.
  • Rəsulullah (s.ə.s.) böyük dövlət rəhbəri idi.
  • Rəsulullah (s.ə.s.) möhtəşəm bir dövlət qurmuş və onu idarə etmişdi.
  • Allah Rəsulu (s.ə.s.) mahir hərb ustası idi.
  • Allah Rəsulu  (s.ə.s.) bütün döyüşlərdən zəfərlə çıxmışdı.
  • Əfəndimiz (s.ə.s.) gözəl ailə rəisi və bir müəllim idi.
  • “İla” hadisəsindən sonra Rəsulullah (s.ə.s.) xanımlarını boşanma barəsində sərbəst qoymuş onlar da istisnasız Rəsulullahı (s.ə.s.) seçmişdilər.
  • “Allahın Rübubiyyətinə, İslamın din və sistem olduğuna və Məhəmmədin peyğəmbərliyinə razı olan İslamın dadını almışdır”“Mən, bir qula nəfsindən, ana-atasından, ailəsindən hətta bütün insanlardan daha sevimli olmadan o qul həqiqi mənada iman etmiş olmaz” hədisləri izah edilir.
  • Rəsulullahı (s.ə.s.) çox sevən Hz. Hübeyb (r.a.) edam edilərkən: “Hal-hazırda sənin yerində Məhəmmədin olmasını istəyərdin?” bu sualına: “Nəinki hal-hazırda mənim yerimdə olmasını, hətta ayağına bir tikanın batmasını da istəmərəm,” -cavabını vermişdir.
  • Hz. Ömər (r.a.) yerindən sökdüyü novun Əfəndimiz (s.ə.s.) tərəfindən yerləşdirildiyini öyrənəndə kədərdən az qala huşunu itirəcəkdi...
  • Rabiyəyi-Adəviyənin gözəl bir şeiri: “Allah Rəsulunu (s.ə.s.) həqiqi mənada sevən, Onun (s.ə.s.) əmrlərinə itaət edər” kimi təhlil edilir.
  • Rəsulullah (s.ə.s.) Bədirdə müşriklərə qarşı vuruşmaq barədə mühacir və ənsarla  müşavirə keçirmiş və onlar da qandan-irindən dəryaları keçməyə hazır olduqlarını demişlər.
  • Abdullah b. Ömərin (r.a.) Peyğəmbərimizə (s.ə.s.) tabeçiliyindəki dərinliyi...
  • Müstəliqoğulları səfərindən dönərkən münafiq İbn Səlul Allah Rəsuluna (s.ə.s.) böyük hörmətsizlik etmiş, oğlu Abdullah da Rəsulullaha (s.ə.s.) bağlılığına görə atasına qarşı sərt davranmışdı.
  • Əshabi-kiram gələn əmrləri tərəddüdsüz yerinə yetirib qadağalardan da uzaq dururdular. Bu mövzuda Əbu Talhanın evində içki ziyafəti verilərkən içkinin qadağan edilməsi haqqında əmr gətirməsi oradakıların dərhal içkini buraxmaları nümunə olaraq verilir.

Bu dosyeni yükləmək üçün sıxın...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.