415-ci nəğmə: “Müttəqilərin yarışı”

415-ci nəğmə: “Müttəqilərin yarışı”

Fəthullah Gülən Xocaəfəndi son söhbətinə Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) Əbu Zərr həzrətlərinə nəsihətindən başladı. İnsanlığın İftixarı Peyğəmbərimizin Həzrəti Əbu Zərrin timsalında bütün ümmətə səsləndiyini söylədi: "Gəminə bir daha əl gəzdir, çünki dəniz çox dərindir. Azuqəni tam götür, səfər çox uzundur. Çiynindəki yükünü yüngülləşdir, çünki yoxuş olduqca sərtdir. Əməlində ixlaslı ol, çünki görən və dəyərləndirən Rəbbin hər şeydən xəbərdardır."

Fəthullah Gülən Xocaəfəndi Bəyazid Bistami həzrətlərinin sözlərini misal çəkdi: “Bütün mənəvi gücümlə Cənabi-Haqqa düz otuz il ibadət etdim. Bir gün qeybdən bir səs eşitdim: “Ey Bəyazid, Cənabi-Haqqın xəzinələri ibadətlə doludur. Şayəd məqsədin Ona vasil olmaqdırsa, Haq qapısında təvazökar, əməlində ixlaslı ol!””

Genişliyi göylə yer qədər olan Cənnətə və Cənabi-Allahın əvfinə nail olmaq üçün idmançı kimi yarışmaq lazım gəldiyini söyləyən Fəthullah Gülən Xocaəfəndi yarışın sözdən əmələ keçməsinin və Qurani-Kərimin ortaya qoyduğu müsabiqə şərtlərinə riayət edilməsinin zəruriliyini vurğuladı.

O cümlədən Fəthullah Gülən Xocaəfəndi aşağıdakı ayəni də izah etdi:

“Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə (yarışan idmançı kimi) tələsin. O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar.” (“Ali İmran” surəsi, 3/133-135).

Yuxarıdakı ayəni təfsir edən Fəthullah Gülən Xocaəfəndi İslam əxlaqına dair mühüm məsələlərə təmas etdi. Məsələn, infakdan məsələni isara gətirib iki örnək verdi:

Həzrəti Əbu Hüreyrə rəvayət edir:

“Bir gün Rəsuli-Əkrəmin hüzurna bir nəfər gəldi. Allah Rəsuluna yaxınlaşıb dedi: “Ya Rəsulullah, neçə gündür dilimə bir tikə çörək dəymir. Günlərdir iftarsız orucam”. Allah Rəsulu ətrafa nəzər yetirdi, amma ona kömək edəcək adam tapa bilmədi. Bir müddət sonra Əbu Talha ayağa durdu: “Ya Rəsulullah, onu mən qonaq edim”, - dedi. Hər şeyi İslam yolunda sərf edən bu insanların əlində-ovucunda bir şey qalmamışdı... Vaxt-vaxt ocağa qazan ya asılar, ya asılmazdı. O gün zövcəsi Ümmü Süleym uşaqlara az da olsa şorba bişirmişdi. Əbu Talha zövcəsinə: “Bu gecə bişirdiyin şorbanı Allah Rəsulunun qonağına verək. Biz yenə ac oruc tuta bilərik. Uşaqları bir yol tapıb yatıraq... sabah Allah kərimdir”. Planları belə idi: süfrəyə yemək gələndə zövcəsi qeyri-ixtiyarı (!) şamı söndürəcək və ev yiyəsi qaşığı boş aparıb, boş gətirəcək... beləcə qonağın qarnı doyacaqdı. Elə də oldu. Səhər açıldı, hamı Allah Rəsulunun arxasında namaza durdu. Namazdan sonra Rəsulullahın gözləri qonağı və Əbu Talhanı axtarırdı: “Bu gecə neylədiniz ki, barənizdə ayə nazil oldu?” “... özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar.” (“Həşr” surəsi, 59/9)

Yərmük döyüşündə yerdə yaralı yatan və susuzluqdan yanıb qovrulan səhabələrin (radiyallahu anhum əcməin) uzadılan suyu içmədən bir-birinə ötürməsi, sonda üçünün də bir qurtum içmədən şəhid olması diyərqəmliyin parlaq nümunəsidir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.