Allaha yaxınlığın vəsiləsi Ramazan və həqiqi oruc

Allaha yaxınlığın vəsiləsi Ramazan və həqiqi oruc

Ramazan ayı nur, bərəkət və mənəvi zövqlə yanaşı, bizə bir ərməğan da gətirdi. Aylarla söybət etməyən möhtərəm Xocaəfəndi yarım saat bizimlə həsb-hal etdi.

Təvazökarlıq və məhiyyət mövzusuna bir neçə cümlə ilə təmas edən Xocaəfəndi ardınca İslam aləminin və müsəlmanların acınacaqlı halına diqqət çəkib bu vəziyyətin hasil etdiyi əhval-ruhiyyədən sıyrılmaq və Allaha yaxınlaşmaq üçün Ramazan ayının bir fürsət olduğunu söylədi.

Ramazanda istənilən nəticəni əldə etmək üçün insanın yemək-içməkdən əl çəkdiyi kimi, faydasız işlərdən, pis sözlərdən və çirkin düşüncələrdən də uzaq durması lazım gəldiyini, beləcə ağzına və mədəsinə oruc tutdurduğu kimi, mənən zərərli şeylərdən də uzaq durması, hətta zərəri olmasa belə faydasız şeylərə meyl göstərməməsi, beləcə, hər bir maddi-mənəvi üzvünə oruc turdurması lazım gəldiyini vurğuladı. Əks halda insanı: “Elə oruc tutanlar var ki, tutduğu oruca müqabil aclıq və susuzluqdan başqa bir şey qazanmır” məallı hədisinə tuş gəlmə təhlükəsi gözlədiyini bildirdi.

Allah Rəsulunun (sallallahu aleyhi vəsəlləm): “Oruclu insan yalanı tərk etməsə, onun tutduğu orucun Allah dərgahında heç bir qiyməti olmaz” məallı hədisini xatırladan Xocaəfəndi kim nə edir-etsin, kim nə cür davranır-davransın Quran tələbələrinin və Hizmət könüllülərinin Ramazan ayını Allaha yaxınlaşmaq üçün bir fürsət olduğunu bilib bundan səmərəli istifadə etməsi lazım gəldiyini söylədi. Buna görə də onu sevən bütün insanları qeybət, yalan və iftira kimi günahlara bulaşmamağa, onunla birlikdə bütün möminlərin islahı və hidayəti üçün çoxlu dua etməyə səslədi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.