476-cı nəğmə: “Pensilvaniyada ramazan ayı müqabiləsi”
Bildyiniz kimi, Fəthullah Gülən Xocaəfəndi ramazan ayında “fərqli bir müqabilə” tərzi təklif etmişdi:
“Qurani-Kərimin mənasını anlamasa da böyük ehtiramla, təzimlə, fikrini cəmləyərək, bütün ruhu ilə onu oxuyan da savab qazanar. Ancaq ondaki ilahi məqsədi anlamağa çalışmaq, Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) göndərilmə qayəsini öyrənmək çox vacibdir. Bu isə onun mənasına ətraflı vaqif olmaqdan asılıdır” deyən Fəthullah Gülən Xocaəfəndi fərqli bir “müqabilə” tərzi təklif etdi. İmkan daxilində möminlərin gündəlik müqabiləni ikiyə, ya da üçə bölməyi, beləcə oxunan ayələrin məal və məzmununa da baxmağı tövsiyə etmişdi.
Biz də burada, Pensilvaniyada Fəthullah Gülən Xocaəfəndinin iştirakı və rəhbərliyi ilə müqabiləni sübh və ikindi namazlarından sonra edirik. Hər müqabilə bir saat çəkir və on səhifə Qurani-Kərim oxunur. Ardınca oxunan ayələrin məallarına baxılır, bəzən də fərqli əsərlərə də baş vurulur.
Müqabilədə Fəthullah Gülən Xocaəfəndinin iştirakı və yeri gəldikcə verdiyi izahlarla yanaşı, Almaniya, Hindistan, Misir, Qazaxıstan, Azərbaycan və Qırğızıstandan gələn dostların da olması məclisə bir başqa abi-hava gətirir.
- tarixində yaradılmışdır.