450-ci nəğmə: “O yar deyilsə, bütün dünya alqışlasa, nə fayda?!”
Bədiüzzaman Səid Nursi həzrətlərinin bir tələbəsi yazdığı məktubda ona və əsərlərinə olan heyranlığından bəhs edərək deyir:
“Əziz Ustad, hizmətin (imana və Quran xidməti nəzərdə tutulur) göylərdə pərvaz etsin və adınız dastan olsun”.
Həzrəti Bədiüzzaman bu məktubu “Lahiqələr” silsiləsinə daxil edir və yuxarıdakı cümləyə bir haşiyə yazır.
Həzrəti Ustad bu haşiyədə ixlasla bağlı çox vacib bir məsələnin həllini ortaya qoyur. Bir əməl qarşısında insanların təqdir və alqışlarına necə yanaşmaq lazım gəldiyini “illət”, “mürəccih”, “müşəvviq” və “əlaməti-məqbuliyyət” məfhumları ilə izah edir.
Bugünkü söhbətdə Fəthullah Gülən Xocaəfəndi Həzrəti Ustadın yuxarıdakı sözlərini şərh edir.
- tarixində yaradılmışdır.