391-ci nəğmə: “Təhsilə zərbə planı”
Hazırlıq kurslarının və ödənişsiz məktəbə hazırlıq mərkəzlərinin bağlanması ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən hazırlanan qanun layihəsinin TBMM-də qəbul olunacağına dair xəbərlər ürəyimizə xəncər kimi saplandı.
Çevrilişlərin baş verdiyi illərdə də bu kimi mənfur planlar cızanlar vardı, bir fərqlə ki, onlar dindara qarşı düşmənçilik hislərini açıq-aşkar ortaya qoyan insanlardı.
İndi isə mətbuatda gedən xəbərlərdə görürük ki, bəzi planları həyata keçirməyə çalışanlar özünü “qardaş” kimi tanıdan, eyni yolda addımlayan və hizmət könüllülərin üzünə gülən insanlardır.
Biz, mömünlərin bu qədər pislik edəcəyinə və sırf qərəz ucbatından millətin gələcəyinə qəsd edəcəyinə inanmaq istəmirik. İnanmaq istəmir və hələ də “Bu işdə bir səhvlik var!” deyirik.
Bununla yanaşı, haqq-hüquq pərdəsi altında edilən bu haqsızlıq və zülm qarşısında iztirabımızı içimizdə boğmaqda çətinlik çəkirik.
Nə yaxşı ki, Fəthullah Gülən Xocaəfəndi var. O, həmişə olduğu kimi imdadımıza yetişir, bizə düz yolu göstərir.
Xocaəfəndi də bu xəbəri eşidəndə kədərləndi və bizi hacət namazı qılmağa səslədi. Biz də “Allahın yıxmadığını heç kim yıxa bilməz, amma hacət namazı qılaq ki, möminlər münkirlərin belə çəkindiyi zülmə yol verməsinlər” deyərək dua etməyə başladıq. Duaya sığındıq, çünki, biz inanırıq ki, qısqanclıq alovunu söndürməyə və bəsirət lütf etməyə yalnız Allah qadirdir. Əgər bu məsələnin məntiqi bir izahı olsaydı, biz də öz arqumentlərimizi irəli sürərdik. Lakin, iş insi və cinni şeytanların hiyləsidir deyə Uca Yaradana yalvarıb yaxarmaq və “Allah qəlbləri islah eləsin” deməkdən başqa çarə görmürük. Ona görə də hacət namazı qılmağa davam etməyi və dostlarımızı da buna istiqamətləndirməyi qərara aldıq.
20 dəqiqəyə yaxın bu söhbətdə Xocaəfəndi bu məsələ ilə əlaqədar fikirlərini bölüşdü.
- tarixində yaradılmışdır.