358-ci nəğmə: ““Qırx yaş” duası, xeyirsiz övlad və dünyəvi zövqlər”
Bugünkü 8 dəqiqə 44 saniyəlik söhbətdə aşağıdakı mövzulara toxunulmuşdur:
- “Biz insana ata-anasına yaxşılıq etməyi (valideynlərilə gözəl davranmağı) tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onunla (ana bətnində) daşınma və (süddən) kəsilmə müddəti otuz aydır. Nəhayət, (insan) kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: “Ey Rəbbim! Həm özümə, həm də ata-anama əta etdiyin nemətə şükür etmək və Səni razı edəcək yaxşı əməl etmək üçün mənə ilham ver, nəslimi əməlisaleh et. Mən (günahlardan) Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam! (Özümü cani-dildən Allaha təslim edənlərdənəm!)” (“Əhqaf” surəsi, 46\15)
- Ana südü ilə bəslənməyin körpə üçün əhəmiyyəti,
- “Qırx yaş” duası,
- Zürriyyət üçün edilən duanın külli məzmunlu olması,
- “Elələri də var ki, (Özünü Allaha, axirət gününə iman gətirməyə dəvət edən) ata-anasına: “Uff! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi (öləndən sonra dirilmədiyi) halda, siz məni (qiyamət günü dirildilib qəbirdən) çıxardılmaqlamı qorxudursunuz?! – deyən kimsəyə, (valideynləri) Allahdan mədəd diləyərək: “Vay halına! (Ay yazıq) inan, Allahın vədi haqdır!” – deyərlər. O isə: “Bu (dedikləriniz) qədimlərin əfsanələrindən (yalan sözlərdən) başqa bir şey deyildir!” – deyə cavab verər.” (“Əhqaf” surəsi, 46\17)
- Məsələnin o biri tərəfi (mənzərənin o biri üzü) və xeyirsiz övlad,
- “Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri (cəhənnəm odunun üzündən pərdə götürülüb kafirlərin gözünə görünəcəyi, yaxud cəhənnəm əzabını dadacaqları) gün (onlara məzəmmətlə belə deyiləcəkdir): “Siz dünya həyatınızda (bütün nemətləri görüb daddınız və onlardan ləzzət aldınız (dünyada sizin üçün gözəl olan hər şeyi xərclədiniz, axirətə bir şey qalmadı). Bu gün isə yer üzündə nahaq yerə təkəbbür göstərdiyinizə və (Allahın itaətindən çıxmış) fasiqlər olduğunuza görə həqarətli əzabla cəzalandırılacaqsınız!” (“Əhqaf”, surəsi, 46\20)
- Həzrəti Əbu Zər və Həzrəti Ömər ibn Əbdüləzizin əngin mühasibə (nəfsi sorğu-suala çəkmək) və müraqibəsi (sözün lüğəvi mənası nəzarət altında saxlamaq olub istilahi mənası bəndənin Allahın hər an onu gördüyünü bilməsi və bunu yaddan çıxarmamasıdır. Bir digər mənsadı da nəfsi nəzarətdə saxlamaq),
- Tərki-dünyalıq və onun meyarı,
- Körpə uşağa bənzəyən nəfsə nəzarət etmək...
- tarixində yaradılmışdır.