Vicdan genişliyi və həqiqi şəfqət
Sual: 1) "Qəlbinizdə hər kəsin otura biləcəyi bir kürsü olmalı," – deyə buyurursunuz. Bu mülahizə dinə və dindara qarşı məsafəli davrananlara da şamil edilirmi? Bu sözün əhatə dairəsi üçün nə demək olar?
- Bir nəfər Mövlana Cəlaləddin Rumi həzrətlərinə: "Sən xristianlara da qucaq açırsan, yəhudilərlə oturub-durusan, günah işləyənlərə belə "gəl" deyirsən, sərxoşa əl uzadırsan... İslamiyyətin şərəfini ayaq altına atırsan, dinin izzətinə xələl gətirirsən. Sən kafirin birisən, səni cəhənnəm də qəbul etməz!.." deyib onu təhqir edir. Həzrəti Mövlana isə sadəcə ona: "Sən də gəl, sənə də bağrımı açıram!" deməklə kifayətlənir. (01.14)
- Allah-Təala insan qəlbini –bir mənada– o qədər geniş yaratmışdır ki, onun hər kəsi, hiss etməsi mümkündür. (02.27)
- Mömin əvvəla və bilavasitə Allahı, sonra da Allah üçün digər inananları sevər; başqalarına da Allahın sənəti (xəlq etdiyi) olmasına görə, yenə də Onun üçün yaxınlıq göstərər. Haqqın təcəlli və təvəccöhünün xatirinə hər kəslə və hər varlıqla yaxınlıq qurar, bütün məxluqatı Onun isim və sifətlərinin müxtəlif rəng, fərqli naxış və təcəllisi olaraq təqdirlə alqışlayar və tamaşa etdiyi hər şeyə "Bu da Səndəndir," – deyərək, ilahi sənətə qarşı heyrət içində baxar. (03.40)
- İnsanların İslamiyyətin ülvi həqiqətlərindən xəbərsiz olmasında bir müsəlman olaraq biz də günahkarıq, çünki dinimizi layiqincə təmsil edə və onu dünyanın hər yanına hal dili ilə (yaşamaqla) yaya bilmədik. Dolayısilə, bir növ “fətrət dövrü” olan bu dövrdə qəddarcasına kəsib atmamalı; Cənabi-Haqqın mərhəmətinin sonsuzluğunu düşünüb insanlara bir az müsamihəli yanaşaraq daim onları müdafiə etməliyik. (05.57)
- Bəli, qəlbinizdə hər kəsin otura biləcəyi bir kürsü olmalıdır, lakin kimi hara oturdacağınız və kimi önə çəkəcəyiniz mövzusunda ölçü insanların Allaha yaxınlığı olmalıdır. (10.58)
Sual: 2) Mövzu ilə bağlı bəzi söhbətlərinizdə "vicdan genişliyi" ifadəsindən istifadə edirsiniz. Aqibətlərini düşünüb günahkarlara acımaq və onların axirətdə əzaba düçar olacaqlarını təsəvvür edərək kədərlənmək də vicdan genişliyinə daxildirmi? "Şəfqət" hissini bir də bu nöqteyi-nəzərdən dəyərləndirə bilərsinizmi?
- Möminin qəlbinə "ərşi-Rəhman" deyilir; onun qəlbinə bir "beyti-Xuda" nəzəri ilə baxılır. İbrahim Haqqı Həzrətləri: "Dil beyti Xudadır anı pak eylə sivadan / Kasrına nüzul edə Rəhman gecələrdə," – deyir. Bir başqa Haqq dostu da: "Qəlbi, mömin ərşi-Rəhmandır / Onu yıxmaq günahdır, tüğyandır," – misraları ilə onun dəyərini vurğulayır. Beləliklə, Ərş və Kürsi kimi ərşi Rəhman olan qəlb də çox geniş və əngindir. (13.57)
- "Vicdan genişliyi" iman, elm, mərifət, sevgi, məxafət hisləri ilə dolu bir qəlbin əngin himmətlə bütün insanlığı qucaqlaması, qəlbin qapılarını hər kəsə açması, daim bağışlayan, əfvedən, mürüvvətli olması və xüsusilə də bütün insanların hidayətini diləyib hər kəsin əbədi xoşbəxtliyini istəməsi şəklində tərif edə biləcəyimiz bir ruh ucalığıdır. (16.15)
- Vicdan əsasən çox genişdir, amma pis əxlaq insana darlıq gətirir. Vicdan cəhalət, təkəbbür, qürur, xudbinlik, qısqanclıq səbəbi ilə daralır, büzüşür və bir xudpəsəndlik dəhlizinə çevrilir. (17.20)
- İlahi Bəyanda rauf və rəhim olaraq təvsif edilən Peyğəmbər Əfəndimiz (sallallahu əleyhi və səlləm) insanları əbədi hüsrandan qurtarma davasına o qədər səmimi qəlbdən bağlanmışdır ki, Qurani-Kərim Onun bu iztirabını: "İman gətirməyəcəklər deyə, özünü həlak edəcəksən?!" (“Kəhf” surəsi, 18/6) şəkildə bəyan edir. Başqa bir ayədə də Allah-Təala Rəsuli-Əkrəmə: "Onlar iman etmirlər deyə az qala özünü yeyib bitirəcəksən," (“Şuəra” surəsi, 26/3) deyə xitab edir. Rəsuli-Əkrəm Əfəndimizin (s.ə.s.) hər kəsə əl uzatma əzmi və səyi ondakı vicdan genişliyinin təzahürü idi. (20.00)
- Günaha müxalif olmaq ayrı bir məsələ, günahkara qarşı olmaq isə tamam başqa bir məsələdir. Rəsuli- Əkrəm (sallallahu əleyhi və səlləm) Əfəndimiz günahlara güzəştsiz bir ömür yaşamışdır, lakin günahkar insanlara daim müsamihə və mərhəmətlə yanaşmışdır. Bu mövzuda Maiz və Gamidiyəli qadın hadisəsi ibrətvericidir. (21.28)
- Cəhənnəmə layiq olan insanlara acımaq və onlara şəfqət göstərmək dünya etibarilə və üstəlik imkan var ikən onları da xilas etmək üçün olmalıdır. “Kastamonu Lahikası”nda deyilir ki: " İnsan şəfqəti Allahın mərhəmətinin bir cilvəsidir. İnsan Allahın mərhəmət dərəcəsini və Aləmlərə Rəhmət olan Peyğəmbərimizin (s.ə.s.) şəfqət mərtəbəsini aşmamalıdır. Əgər aşsa, bu şəfqət mərhəmət və şəfqət deyil, zəlalətə və ilhada sirayət edən bir ruhi və qəlbi xəstəlik olar. (...) Küfr və zəlalət kainata böyük bir təhqir və məxluqata zülmüdür, mərhəmətin qalxmasına, fəlakətin qopmasına səbəbdir. Hətta dənizin dibindəki balıqlar belə şikayət edirlər ki: "Bizi narahat elədin". Deməli, kafirin əzab çəkməsinə üzülüb şəfqət göstərən insan şəfqətə layiq hədsiz günahsızlara acımır və mərhəmətsizlik edir". (25.26)
- tarixində yaradılmışdır.