Sahib Deyil, Əmanətçisən!..

Sual: İslamı tanıtma fəaliyyətlərinə dəstək olma ilə işlədiyi müəssisənin sahibi imiş kimi davranma arasında nə kimi fərqlər var? Özünü İslamı tanıtma işinə həsr etmiş bir insan bu fəaliyyətlərə dətək verərkən işin yeganə malikiymiş kimi davranmamaq üçün nələrə diqqət etməlidir?

  • İman xidmətindəki ən böyük mərtəbə sahiblikdir, sahib, tələbə və qardaşdan da əvvəl gəlir. İslami məfkurəyə yiyə durmaq, duyğu və düşüncə etibarilə çox uca mərtəbədir. (00.40)
  • Zühd, cəsarət, elm və səxavətlilik kimi bir çox məsələlər sui-istifadə edildiyi kimi, sahibliyin də yanlış istiqamətdə izah olunması və sui-istifadə edilməsi də mümkündür. (04.30)
  • Sahibliyin sui-istifadə edilmə şəkilləri… (08.02)
  • Həqiqi sahibin mütəmadi mülahizəsi…(10.30)
  • Əsatir də olsa, Həzrəti Əbu Bəkirin xarakteri ilə çox uyğun gələn bir hadisə… Səvr mağarasında örtülən dəliklər və dilə gələn ilan…(15.25)
  • Sahibliyi mənfi məqsədlər üçün istifadə etməyək, qazanmaq ərəfəsində itirməyək. Həyatı təsadüfi şeylərə bağlamayaq və ona bir zər atma kimi baxmayaq.(17.25)
  • Din, ağıl, can, mal və nəsil hər biri bir əmanətdir, insan bunlardan heç birini əldən verə bilməz və xərcləyə bilməz. Bununla belə səbəbi nə olursa olsun, intihar edən insan əbədi əzaba düçar ola bilər, ona görə də mübarizə meydanında şəhadətə (şəhidlik) doğru gedərkən belə əsl məqsəd ölmək olmamalıdır. Ölüm ehtimalını nəzərə alaraq cəbhəyə getmək ilə ölmək üçün getmək bir-birindən çox fərqli şeylərdir. (18.10)
  • Öz məktubunu yazmaq üçün dövlətin çap maşınından istifadə edə bilməzsən!.. Millətə xidmət etmək məqsədi ilə sənin üçün ayrılmış avromobil ilə səyahətə çaxa bilməzsən!.. Dövlətin məmurunu ailənin ehtiyacları üçün mağazaya, alış-veriş etməyə göndərə bilməzsən!.. Əks təqdirdə, etdiyin bu şeylər haramdır, sən də haram yeyən sayılırsan, o biri dünyada da qırx quldurlar (haramilər) ilə həşr edilərsən. (21.35)
  • Bu islamı tanıtma hərəkatının tək malikiymiş kimi davranaraq insanları mənəvi cəhətdən sarsıtmaq ən böyük günahlardan biridir və dini baltalama deməkdir. (25.40)
  • Bəziləri çox praktiki qabiliyyətlərə malikdir, bəziləri bəyan əhlidir, bəziləri də görünüş etibarilə cəzb edicidir…İslamı tanıtma xidmətinə sahib çıxmaq, xarici görünüşdə daxil olmaqla bütün qabiliyyətləri və zənginlikləri din adına istifadə edə bilməyi də özü ilə birlikdə tələb edir. (28.05)
  • Bu Quran xidmətinin bir ucundan bu və ya digər şikildə tutmuş insanlara vəfalı davranmaq bizim vəzifəmizdir, eyni zamanda belə bir  vəfa ilahi əxlaq ilə əxlaqlanmaq deməkdir. (31.15)
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.