Professionallıq İddiası Və Həvəskar Ruh
Sual: Son illərdə, xüsusilə Qərb mənşəli kitablar oxuyub xarici ölkə görən insanlarda, professionalca işləməyin zəruriliyinə dair fikirlər özünü göstərir. Bu düşüncə dolayısilə bəzi hərəkat xadimlərini səriştəsizlikdə ittiham etmək mənasını da daşıyır. Bu baxımdan, professional olmağın ölçüsü nələrdir və professionalca düşünməyə baxışımız necə olmalıdır?
- Günümüzdə daha çox bəzi fantaziyaların dalınca qaçmağa professionallıq deyilir. Bizim bu cür lükslərə girərək öz dəyərlərimizə qarşı hörmətsizlik etməməyimiz lazımdır. (02.06)
- Sizin yol və üslubunuzun əsasları Allaha və Rəsuli-Əkrəmə istinad edirsə və üstəlik də mütəxəssislər tərəfindən çox ciddi şəkildə ələ alınıb dəyərləndirilmiş və onların hüsnü-qəbuluna nail olubsa, bunlara qarşı laqeyd qalmaq dinə və öz mədəni mirasına qarşı peşimançılıq duyma deməkdir. (04.30)
- Həqiqətlər lükslər ilə kirlədilir, insanlara fərqli bəzi şeylər söyləmə sevdası ilə bəzi məsələlər sadəcə yenilikləri nəzərə alınaraq tutarlı olub-olmadıqlarına baxılmadan ifadə edilir və yayğınlaşdırılır. Halbuki, hər yeni şeyin isabətli olduğunu demək doğru olmazdı. (06.07)
- İnsanlıq tarixində bütün dəyişmələri həyata keçirənlər qeyri-professional ruhlar olmuşdur. (08.40)
- Dünyanın hər tərəfində təqdirə layiq olan və hər yerində fəlsəfəsi üzərində durulan bir hərəkatın müvəffəqiyyətlərini heçə sayaraq mütləq fərqli bir üslub ortaya çıxarmanın, özünü ifadə etmədən başqa bir mənası yoxdur. Belə bir cəhd, həqiqətə işıq salmağa və insanların gələcəyini aydınlatmağa yönəlik deyil, insanın eqoistliyi ətrafında çırpınb qalması deməkdir. (09.32)
- Bir insan nə dərəcədə öz bildiyini edirsə, bilgiləri doğru belə olsa, o ölçüdə Allahın bildiyini əksinə getmiş sayılır. Özünü görməyə və göstərməyə çalışdığı nisbətdə Allahı görməz hala gələr. (10.52)
- Rəfaha düşkün eqoist insanlarda təmir duyğusu olmaz, çünki onlar hər şeyi düzgün etdiklərinə inanarlar. Dolaysilə onlar möminlərin arasında olsalar da hər zaman yanlışlıqlar içərisində çırpınıb durar və nəticədə də dövrülüb gedərlər… nama zqılarkən, oruc tutarkən və Kəbəni təvaf edərkən də olsa dövrülüb gedərlər. (12.20)
- İman xidmətinə könlünü verənlərin ilklərin heç bir professional deyildi, ancaq Allahın izni və inayəti ilə çox böyük dahilərin edə biləcəyi işlərə müəffəq oldular. (13.38)
- İndiyə qədər sevgi məktəblərini müvəffəq qılan önəmli unsure professionallıq deyil, Allahın inayəti və dostların fədakarlıqlarıdır. Bəli bu hərəkatın xadimləri professoionallıqla deyil, könül həyəcanı ilə və fədakarlıq ruhu ilə müvəffəq olmuşdurlar. (15.40)
- Daha mükəmmələ talib olma sövqü ilə yeni təkliflər irəli sürmək məqbuldur ancaq dostlarımızı xəfifə almaq,üstəlik də təşkilatlanma adı altında öz əsaslarımızdan vaz keçmək və başqalarını onlardan üstün tutmaq yoldan çıxmaqdır. (17.33)
- tarixində yaradılmışdır.