Müqəddəs mövlüd və insan şərəfi

Fəthullah Gülən: Müqəddəs mövlüd və insan şərəfi

Çay süfrəsindən həqiqət damlaları: “Hər gecənin bir gündüzü, hər qışın bir baharı var!”

  • Bu gün “adanmış ruhlar” mühasirədədir... kamil mömin olmayanlar, dinsizlik edənlər, həsədə məğlub olanlar, “Biz də varıq!” deyib rəqabət hissinə qapılanlar və müsbət rəqabət anlayışını düzgün anlamayanlar onları halqa-halqa dövrəyə alıblar. Ancaq bu, o demək deyil ki, həmişə belə olacaq. Çünki iş Allahın əlindədir!.. (00:35)
  • Hadisələr bir xətt üzrə deyil, dairəvi cərəyan edir. Bu gün birinə, sabah bir başqasına toy-büsatdır. Qurani-Kərim hadisələrin bu şəkildə cərəyan etməsini belə bəsvir edir: Biz bu günləri insanlar arasında növbə ilə dəyişdiririk” (“Ali-İmran” surəsi, 3\140) Ona görə də hazırkı mənzərəyə baxıb ümidsizliyə düşməmiliyik. (01:40)
  • “Hər gecənin bir gündüzü, hər qışın bir baharı var”. Gecədən sonra gündüz, gündüzdən sonra gecənin gələcəyini unutmayıb həm gecə, həm də gündüzə müvafiq planlar cızmaq lazımdır. (03:50)
  • Nə gecənin qaranlığından hürküb təşvişə düşməli, nə də gündüzün işığına arxayın olub şad-xürrəm olmalıyıq!.. (05:35)
  • Mütəmadiliyin sirrini kəşf etməliyik!.. Kəbənin ətrafında təvaf edənlərin hərəkətini əsas götürməli, arxayın vaxtlarda qaça-qaça, izdihama düşəndə qarış-qarış irəliləməli, amma dayanmamalıyıq!.. (05:35)
  • İbadətlərin günün müxtəlif vaxtlarına salınması bizə bir mənada vaxt və şəraitdən asılı olmayaraq daim hərəkətdə olmağı öyrədir. (08:18)
  • Daim məhsuldar olmalıyıq... İşləyən kotan pas atmaz. Paslanmamaq üçün müntəzəm olaraq çalışmalıyıq. Məhz buna görə Cənabi-Allah möminlərdən bəhs edəndə ilk öncə imanın, sonra da əməlin adını çəkir. Əmələ isə “saleh” şərtini qoşur. (11:28)
  • Rahatlığa düşkün olan insanlar başqa şeylərin deyil, elə rahatlığın və tənbəlliyin də qurbanı olmuşlar. (14:42)
  • Stəkana yapışan salfetka və onda işaran hikmət incisi... (15:33)

Diyanət İşləri Başqanlığı Müqəddəs Mövlüd həftəsi ilə əlaqədar keçiriləcək silsilə tədbirlər üçün “Hz. Peyğəmbər və insan şərəfi” mövzusunu müəyyən etdi. Rəsuli-Əkrəm Peyğəmbərimizdən (sallallahu aleyhi vəsəlləm) əvvəl və sonra insana verilən dəyər, şərəf və heysiyyəti necə qiymətləndirirsiniz? Onun “usveyi-həsənə (ən gözəl nümunə)” olaraq insana verdiyi dəyər ölçüsündən də bəhs edərsinizmi?

  • İnsanlığın İftixarının (aleyhi əfdalussalavat və ətəmmuttəslimat) dünyay gəlişi insanlığın da yenidən doğuşu sayılır. O, dünyaya şərəf gətirmədən əvvəl insanlıqdan bir nişanə görünmürdü. (17:05)
  • Rəqaib, Merac, Bəraət və Müqəddəs Mövlüd çərçivəsində həyata keçirilən fəaliyyətlər fərz, vacib, sünnət kimi mükəlləfiyyətlər kateqoriyasında götürülə bilməz. Amma o, mübarək gün və gecələrdə Peyğəmbərimizi (sallallahu aleyhi vəsəlləm) anma, Onun viladətini qeyd etmə və nurlu yolunu anlayıb başqalarına da çatdırma böyük xeyir qapıları aça bilər. (19:00)
  • Onu sevdirmək Allahı sevdirmək deməkdir. Ona yönələn insanların Allaha yönəlməməsi mümkünsüzdür. Allaha aparan yollar Ondan keçir. (19:40)
  • Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) doğumu miladi təqvimlə aprel ayına düşdüyünə görə bəzi yerlərdə anma mərasimləri keçirilir. Ramazan, Qədr gecəsi, Bəraət, Rəqaib, Merac kimi gün və gecələr ümumiyyətlə qəməri aylara görə müəyyənləşdirilir. Qəməri aylara uyğun Mövlüd gecəsini qeyd etməklə birlikdə İnsanlığın İftixarının fərqli xüsusiyyətlərini insanlara çatdırmaq üçün apreli də dəyərləndirmək olar. (20:47)  
  • Ondan əvvəl insan şərəfindən əsər-əlamət yoxdu. İnsanlar şərəfli deyil, əksinə çox qürurlu, çox təkəbbürlü, çox ədəbsiz idilər. Tipik kasta sistemi mövcud idi. Hərçənd, bu düşüncə bir mənada bu gün də varlığını qoruyub saxlayır. Seçkilər ərəfəsində müasir kasta sisteminin yuxarı təbəqəsinə mənsub bir nəfər “Məgər mənim verdiyim səslə bir kəndlinin səsi birdir?” demişdi. (22:33)
  • Rəsuli-Əkrəm (sallallahu aleyhi vəsəlləm) sayəsində insan bioloji varlıq səviyyəsindən həqiqi insan – “əhsənə-təqvim” mərtəbəsinə yüksəlmiş, Onun sayəsində özünü dərk etmiş, varlıq aləmində öz yerini müəyyənləşdirmişdir. (25:30)
  • İslam cahillik dövründə istismar edilən, qula çevrilən və ikinci sinif qəbul edilən qadını bədbəxt məxluq səviyyəsindən çıxarmış, ona yeni bir status verərək mübarək varlıq mərtəbəsinə yüksəltmişdir. Bəli, Allah Rəsulu (sallallahu aleyhi vəsəlləm) sayəsində qadın layiq olduğu yüksək mövqeyə ucaldılmış, təbiətinə müvafiq işlərə görə mükəlləf sayılmış və onun cəmiyyətdəki həyati əhəmiyyətli rolu təkrar ortaya qoyulmuşdur. Üstəlik bu böyük inqilab dünyanın vəhşət içində boğulduğu, qadının insan olub-olmaması haqda mübahisələrin getdiyi bir dövrdə həyata keçirilmişdir. (26:21)
  • İnsanlığın İftixarı Peyğəmbərimizin bəşəriyyətə bəxş etdiyi ən böyük ərməğan insanlıq anlayışına onun mahiyyətinə uyğun yeni bir libas biçməsi, əsil insanın necə olduğunu göstərməsi və “Hər bir insan şərəf sahibidir” həqiqətini könüllərə həkk etməsidir. Onun sayəsində cəmiyyətdə fərqli bir mövqeyə yüksələn Həzrəti Bilal bunun bariz nümunələrindən biridir. (27:16)
  • Cahilliyyə dövründə müəyyən yerlərdə və cəmiyyətin müəyyən kəsimlərində dünyaya gələn qız uşaqlarının əksəriyyəti diri-diri torpağa gömülürdü. Bu vəhşiliyi kimisi cahillikdən, kimisi dolanışıq çətinliyindən, kimisi də mal-mlükünün başqasının əlinə keçməsin deyə edirdi. Səbəb nə olur-olsun, bu vəhşətin qarşısı mütləq alınmalı idi və Allah Rəsulunun sayəsində alındı da. Cahiliyyə dövründə qızını necə gömdüyünü danışan səhabəni göz yaşları içində dinləyən Rəsuli-Əkrəm İslamın insanları hansı vəhşi adətlərdən qurtadığını xatırlatmışdı. (29:00)
  • Möhtərəm Xocaəfəndi mərhum Mehmet Akifin “Bir gecə” şeirini oxuyur:

    On dört asır evvel, yine bir böyle geceydi,
    Kumdan, ayın on dördü, bir öksüz çıkıverdi!
    Lâkin o ne hüsrandı ki: Hissetmedi gözler;
    Kaç bin senedir, halbuki, bekleşmedelerdi!
    Nereden görecekler? Göremezlerdi tabiî:
    Bir kere, zuhûr ettiği çöl en sapa yerdi;
    Bir kere de, ma’mure-i dünyâ, o zamanlar,
    Buhranlar içindeydi, bugünden de beterdi.
    Sırtlanları geçmişti beşer yırtıcılıkta;
    Dişsiz mi bir insan, onu kardeşleri yerdi!
    Fevzâ bütün âfâkını sarmıştı zemînin
    Salgındı, bugün Şark’ı yıkan, tefrika derdi.
    Derken, büyümüş, kırkına gelmişti ki öksüz,
    Başlarda gezen kanlı ayaklar suya erdi!
    Bir nefhada kurtardı insanlığı o ma’sum,
    Bir hamlede kayserleri, kisrâları yere serdi!
    Aczin ki, ezilmekti bütün hakkı, dirildi;
    Zulmün ki, zevâl aklına gelmezdi, geberdi!
    Âlemlere, rahmetti, evet, Şer’-i mübîni,
    Şehbâlini adl isteyenin yurduna gerdi.
    Dünya neye sâhipse, onun vergisidir hep;
    Medyûn ona cemiyyeti, medyûn ona ferdi.
    Medyûndur o masûma bütün bir beşeriyyet...
    Yâ Rab, bizi mahşerde bu ikrâr ile haşret.

    (31:00)
  • Qurani-Kərim İnsanlığın İftixarı Peyğəmbərimizi (əleyhissalatu vəsəlləm) “üsveyi-həsənə” kimi təqdim edir. Bir ayədə buyurulur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (“Əhzab” surəsi, 33\21) “Üsveyi-həsənə” ən gözək örnək deməkdir; “nümuneyi-imtisal”, yolunda getməyə, tabe olmağa və addım-addım izləməyə layiq ən mükəmməl nümunə mənasına gəlir. Kamillərin ən kamili İnsanlığın İftixarı Peyğəmbərimiz bu ali vəsflərin birinci qəhrəmanıdır. Bütün qəlbləri bu üsveyi-həsənəyə yönəltmək, heç olmasa insanlığın Ona insafla baxmasına nail olmaq çağdaş nəsillərin bir vəzifəsidir. (32:40)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.