Kərbəla və "Yanğın Var!.."
Sual: Bəzi ələvilər sünniləri Kərbəla hadisəsinə laqeyd olmaqda ittiham edirlər; bir qisim sünnilər də Kərbəlanın anılmasında ifrata varılıdığını düşünür. Bu mövzudakı müstəqim düşüncə və davranış necə olmalıdır?
- Kərbəla zülmü üstündən əsrlər keçməsinə baxmayaraq, bu gün də bütün möminlərin qəlbini qanadan kədərli bir hadisədir. (00.56)
- Özümü dərk etdiyim gündən bəri, gəzib gördüyüm təkyələrdə, zaviyələrdə, mədrəsələrdə, söhbətlərini dinləməyə çalışdığım alimlərin, ariflərin və fəzilət əhlinin məclislərində Kərbəla ilə bağlı mərsiyələr oxunduğuna və xüsusilə, Həzrəti Hüseynin (r.a.) məruz qaldığı zülm rəvayət ediləndə hər kəsin hıçqıra-hıçqıra ağladığına dəfələrlə şahid olmuşam. Alvarlı Efe Həzrətlərinin: "Bu gün mahi Məhərrəmdir, muhibbi xanədan ağlar / Bu gün əyyami matəmdir, bu gün abi-Rəvan ağlar," sözləri hələ də qulağımdadır; bunlar oxunarkən duyğu çeşməmizin coşması və gözlərimizin yaşla dolması da bugünkü kimi yaddaşımda canlıdır. (02.15)
- İnsan Əhli-Beytin məruz qaldığı bu ələmli hadisənin ağrısını hər an qəlbində hiss etməlidir, lakin hər şeydə olduğu kimi, bu ağrını və hüznü ifadə etmə məsələsində tarazlı olmaq əsasdır. (05.05)
- İnanan insanların kədərlərini ifadə etmə şəkli də dinin əsaslarına uyğun olmalıdır. Dinimizdə şəhidlərin və ölülərin arxasınca başına, dizinə döymə şəklində bir matəm yoxdur. (07.24)
- Bəzi insanlar Kərbəlada törədilən zülmün iztirabını dərindən duymaq üçün müəyyən yollara müraciət edə bilər; bəziləri də Əhli-Beytə salavat oxumaqla onlara sevgisini ortaya qoyur və kədərini duaya çevirir. Bu məsələdə əsas olan insanların bir-birini qınamaması və yeni intiraqlara, ayrılıqlara səbəb olmamasıdır. (11.31)
- Kəlam elminin böyük imamlarından məşhur Sadəddini Taftazaninin Yezidi lənətləmə haqqında cəvaz (icazə) verməsinə müqabil, Aliyyül-Kari və Seyid Şərifi Cürcani kimi alimlər deyirlər ki: "Hərçənd Yezid zalım, qəddar və facirdir, lakin səkəratülmövtdə (ölüm anında) imansız getdiyi naməlumdur; tövbə edib imanla getmə ehtimal daxilində olduğuna görə, belə bir xüsusi şəxsə lənət etmək olmaz. Bəlkə də: "Allahın lənəti zalımların və münafiqlərin üzərinə olsun!" kəlməsi kimi ümumi ünvanla lənət caiz ola bilər”. (14.36)
- Əhli-Beytin başına gələnlərin iztirabını ruhda duyarkən, bu gün də bəzi Yezidlərin olduğunu fərz etmək və bəzi sünniləri Yezid yerinə qoymaq yeni münaqişələrə, qarşıdurmalara zəmin hazırlamaqdan başqa bir şeyə xidmət etməz. Halbuki, Əhli-Beyti sevmək sünnilər üçün də dinin bir əmridir, Kərbəlanın kədəri isə müştərəkdir. (15.48)
- Günümüzdə də Xaricilər var: İslamın qəlbi və ruhi həyatını qəbul etməyən, hər şeyi quru nəsslərə bağlayan, Quranı öz rəyi ilə kobud şəkildə şərh edən və məsum insanların üstünə bomba yüklü avtomobillərlə şığıyanlar da Xarici zehniyyətin qalıqlarıdır. (18.35)
- Ustad Həzrətləri deyir ki: "Necə ki, baharda yağışlı bir fırtına hər nəbatat (bitki) tayfasının, toxumların, ağacların istedadlarını təhrik edir, inkişaf etdirir; hər biri özünə məxsus çiçək açır, fitri bir vəzifə başına keçir. Elə də, Səhabə və Tabiunun başına gələn fitnə də nüvələr hökmündəki müxtəlif, ayrı-ayrı istedadları təhrik edib hərəkətə gətirdi. "İslamiyyət təhlükədədir, yanğın var!" deyə hər tayfanı qorxutdu, İslamiyyətin hifzinə tələsdirdi." (20.08)
- Bu gün də yanğın var!.. (24.38)
- Biz kiçik fərqləri münaqişəyə səbəb bilib düşmənlərimizin dəyirmanına su tökməməliyik; ələvisi ilə, sünnisi ilə əl-ələ verməli və daim birlikdə Allaha yönəlməliyik. İrqi mülahizələrə girmədən, məzhəb fərqliliyini nəzərə almadan və məşrəb ayrılığını təfriqəyə vəsilə saymadan millətimizin hər fərdi ilə dostluq şəraitində yaşamalıyıq. İctimai coğrafiyadakı bütünlüyü nəzərə almalı, buna görə xidmət etmək üçün yol təyin etməli və cəmiyyətimizi meydana gətirən hər kəsə qarşı eyni hörmət və səmimiyyət göstərərək -Allahın izni ilə- ixtilaf və iftiraqların qarşısını almalıyıq. (26.10)
- tarixində yaradılmışdır.