İxlasın əsasları və şakiranə iftixar
Sual: İxlasın əsaslarından biri kimi sadalanan: "Qardaşlarınızın məziyyətlərini (üstünlüklərini) şəxsinizdə və fəzilətlərini özünüzdə təsəvvür edib onların şərəfləri ilə şakiranə (şükürlə) fəxr etməkdir," cümləsində keçən "şakiranə fəxr etmək" ifadəsində məqsəd nədir? Bu qaydanı çox yaxşı bilən insanların belə bir-birini həzm edə bilməməsinin səbəbi nədir? İnsan qardaşının şərəfi ilə “şakiranə iftixar” üfüqünə necə çata bilər?
- Bu məsələ tövsiyə mahiyyətlidir: yəni ixlaslı olun, vəzifələrinizi sırf əmr olunduğu üçün edin və dünyəvi-üxrəvi heç bir təmənna ummayın. (02:30)
- Eqoizmin, xudbinliyin çoxaldığı bir dövrdə Allah-Təalanın lütfünün üstümüzə leysan kimi yağdırmasına "istixrac (bir şeydən başqa bir şey çıxarmaq) da ola bilər" əndişəsi ilə baxmaq lazımdır. (04:00)
- Cəhənnəmdən qurtulma da, Cənnətə girmə də ancaq Allahın fəzli ilə mümkündür. Elə isə Onun rizasını istəməli və əməllərimizə güvənməməliyik. (06:30)
- Yolumuz, məsləyimiz Hz. İbrahimin (əleyhissalam) yolu, “həniflik (İslamiyyətdən əvvəl Allahın tək olduğuna inanan və Hz. İbrahimin (ə.s.) dinindən olanların xüsusiyyəti)” yoludur. Küfr və zəlalətlə ağılla, məntiqlə, üslubuna uyğun mübarizə aparmaq yoludur. (07:30)
- İxlas imanın gücü ilə düz mütənasibdir. Təqvini əmrləri (yaradılış qanunları) nə qədər düzgün başa düşsəniz, təşri əmrləri (şəriət qanunları) yerinə yetirmə mövzusunda nə qədər həssas olsanız, həmçinin qövli (dil ilə bağlı), feili və hali (hal və hərəkətə bağlı olaraq) Allah-Təalaya nə qədər mütəvəccöh olsanız, nə qədər yönəlsəniz, Allah (c.c.) bir vaxt iman məşəlini qəlbinizdə yandırdığı kimi, ixlas məşəlini də tutuşdurar və sizi inandığınız kimi ixlaslı edər. (08:30)
- Bir şəxsin ixlası müvəffəqiyyət üçün kifayət etməyə bilər. Bu, “şəxsi-mənəvi”nin (camaat, heyət, birlik) bərəkəti ilə əldə oluna bilər. (10:00)
- İxlas üçün təhqiqi imanın əhəmiyyəti... (12:30)
- Qardaşlarımızın məziyyətləri ilə (üstünlükləri) şakiranə (şükürlə) iftixar etmək... 14:00
- Məsələni olduğu kimi buraxmamaq lazımdır. Bu camaat "həl min məzid" (daha yoxmu?) camaatıdırsa, araşdırmalı, sorğulamalı, əşya və hadisələri düzgün dərk etməli və yəqin mərtəbələrində məsafə qət etməyə cəhd və səy göstərməlidir. (16:00)
- Başqalarına ixlaslı olmağı tövsiyə etməkdə üslub və bir xatirə... (17:00)
- “İxlas risaləsi”ni on beş gündə bir oxumaq, fərqli şəkildə, fərqli formatda oxumaq; bəzən Qurani-Kərimlə birlikdə, bəzən sünnə ilə əlaqələndirərək yeni tərzdə müzakirə etmək deməkdir. (20:00)
- Quran həqiqətlərini müzakirə etməyin əhəmiyyəti... (22:00)
- Bu dövr fətrət dövrüdür (vəhyin və səmavi hökmlərin sükut dövrü). Allah bizdən: "Niyə tənbəllik etdiniz? Niyə bəşəriyyətin dadına çatmadınız?" deyə soruşarmı, bilmirəm. (26: 15)
- Məsləyimizin, yolumuzun "xillət" və "xüllət" (sevgi və səmimi dostluq) yolu olması... (30:00)
- tarixində yaradılmışdır.