Dua İstəyi və Vəfayla Açılan Əllər
Sual: Aramızda "Mənə dua edin!.." sözü və bir-birimizdən dua istəyi çox yayıldı, hətta adi hala gəldi; belə ki, bəzən fərqinə varmadan da böyüklərimizdən, dostlarımızdan və yoldaşlarımızdan dua istəyirik. Əshabi-Kiramın Rəsuli-Əkrəm Əfəndimizdən (sallallahu əleyhi və səlləm) dua istəməsini və Onun bu istəyə verdiyi cavabları nəzərə alaraq, dua istəyən və belə bir istəklə qarşılaşan insanların mülahizələri və vəzifələri haqqında mütaliənizi lütf edə bilərsinizmi?
- İnsanlığın Fəxri Əfəndimizin (s.ə.s.) həyatı sanki dua ilə hörülmüş bir naxışdı. (01.54)
- Həzrəti Ustadın dua müstəvisindəki həyatı və minacat əsnasındakı mülahizələri... (02.35)
- Allaha edilən ibadətlər içində duadan daha güclü və daha xalis bir übudiyyət yoxdur. Çünki dua Allahın varlığına, birliyinə, hazır və nazır olduğuna inanaraq səbəblər fövqü bir istəklə Cənabi-Haqqa əhvalını ərz etməkdir. (04.33)
- Dua üçün əllərimizi açanda bilirik ki, səsimizi eşidən, qüdrət əli hər şeyə çatan, bütün ehtiyaclarımızı yerinə yetirməyə və hədsiz düşmənlərimizi məğlub etməyə qadir bir Rəbbimiz var. (06.09)
- Allahı ən yaxşı tanıyan Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) Əfəndimizdir; Cənabi-Haqqdan nəyin necə istəniləcəyini də ən yaxşı O bilər. Beləliklə də, Onun duadakı üslubu, ədəbi və təmkini möminlərə gözəl nümunə və yol göstəricidir. (07.50)
- Həzrəti Aişə (r.a.) anamızın Rəsuli-Əkrəm Əfəndimizə (sallallahu əleyhi və səlləm) dua etməsi və Allah Rəsulunun ruhunun üfüqünə yürüdüyü əsnada əlini çəkib "Uca Dosta!.." deməsi... (11.30)
- İnsanlığın Fəxri Əfəndimiz (sallallahu əleyhi və səlləm) ümumi mənada ümmətinin özü üçün dua etməsini istəmişdir; üstəlik, bəzi Əshabi-Kiramdan xüsusi olaraq dua tələb etmişdir. Məsələn, Həzrəti Ömər (radıyallahu anh) ümrəyə gedərkən Allah Rəsulu (əleyhi əkməlüttəhaya) ona: "Can qardaş, duanda bizi unutma!.." buyurmuşdu. (13.20)
- Başqasından dua istəyən insan çox səmimi olmalı, duaya möhtac olduğunu qəlbən ortaya qoymalı, istəyində ciddi olmalı və qarşısındakı insana da bunu hiss etdirməlidir. (14.55)
- Qayibin (hazırda olmayan, gözdən uzaq olar) qayibə duası məqbuldur. (16.35)
- Əfəndimiz (sallallahu əleyhi və səlləm): "Allah-Təala nə dediyini bilməyən insanın qafilanə və qeyri-ciddi etdiyi duanı qəbul etməz!" buyurmuşdur. (18.03)
- Dua siyahıları və vəfayla açılan əllər... (19.44)
- Övliyalıq dərəcəsinə nail olduğu halda, gözdən uzaq, çox vaxt tanınmadan, bilinmədən xeyir iş dalınca qaçan və "abdal" kimi tanınan haqq dostlarının gecə-gündüz təkrarladıqları dua: "Allahım! Ümməti-Muhammədin səhvlərini, xətalarını bağışla.. ümməti-Muhammədə mərhəmət et!.." niyazıdır. (21.45)
- Bir gün bir qadın Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) yanına gəlib "Məni “Sar'a” (epilepsiya xəstəliyi) tutur, üstüm başım açılır. Sağalmağım üçün Allaha dua edin!" – dedi. Rəsuli- Əkrəm (sallallahu əleyhi və səlləm): "Əgər səbr edərəm desən, sənə cənnət var. Yox yenə də istəyirsən, sənə şəfa verməsi üçün Allaha dua edərəm!" – buyurdu. Qadın: "Mən (xəstəliyimə) səbr edərəm. Ancaq “Sar'a” tutanda üst-başımın açılmaması üçün dua edin!" –dedi. Şəfqət Peyğəmbəri də ona dua etdi. (24.10)
- Dua istənilən insanın mülahizə və rəftarı necə olmalıdır? Duanı peşə halına gətirmək və ona-buna dua yazdırmak doğrudurmu? (30.33)
- tarixində yaradılmışdır.