Dinin Mahiyyətindəki Asanlıq və Çətin Şərtlər Altında Namaz
Sual: 1) Dinimiz yüsr (asanlıq, rahatlıq) fəlsəfəsi üzərinə vəz edildiyi halda bəzi ibadətlər və məsuliyyətlər insanlara çətin və ağır gəlir. Bəzi mükəlləfiyyətlərdəki bu çətinlik dinin ruhundakı asanlıq prinsipi ilə necə üst-üstə düşə bilər?
- Dində əsla çətinlik yoxdur; İslam "yüsr" (asanlıq) üzrə vəz edilmişdir. Fitrət və xarakteri nəzərə almadan onu şiddətləndirən və ağırlaşdıran dinin ruhuna zidd iş görmüş olar. Rəsuli-Əkrəm Əfəndimiz (s.ə.s.): "Bu din asandır. Heç kim qaldıra bilməyəcəyi mükəlləfiyyətlərin altına girərək onu çətinləşdirməsin;(insan nə edir-etsin yenə də müəyyən əskik və qüsurları var və) qalibiyyət dində qalar." məallı hədisi-şərifi ilə bu həqiqətə diqqət çəkmişdir. (01.05)
- Həzrəti Əli (r.a.) və Osman bin Mazun(r.a) kimi bəzi səhabə əfəndilərimiz dünyəvi duyğulardan tamamilə sıyrılmaq, masivanı yəni Allahdan qeyri hər şeyi zehinlərdən silmək, qəlblərini sadəcə Sultana aid bir saraya çevirmək, özünü ibadətə vermək və vaxtın çoxunu Allaha qulluq etməklə keçirə bilmək məqsədilə xədim olmaq istəyincə Rəsuli-Əkrəm Əfəndimiz (s.ə.s.): "Allahı ən yaxşı tanıyanınız və Ondan ən çox qorxanınız mənəm. Buna baxmayaraq, mən ibadət edirəm, həmçinin xanımlarımın hüququnu da nəzərə alıram. Gecə ibadət edirəm, həmçinin istirahət də edirəm. Bəzi günlər oruc tutur, digər günləri isə orucsuz keçirirəm. Bu, mənim yolumdur. Kim mənim yolumdan üz döndərsə, o məndən deyil" - demiş və gətirdiyi dində ruhbanlıq olmadığını bəyan etmişdir. (02.08)
- Peyğəmbər Əfəndimizin (s.ə.s.) gətirdiyi din bir “hanifiyeyi-semhadır”, yəni hər kəsin rahatlıqla yaşayıb, asan tətbiq edə biləcəyi bir sistemdir və obyektiv prinsipləri ilə tarazlıq mənbəyidir. İslam sadəcə müəyyən bir qrup üçün deyil, onun gətirdiyi hər kəsə şamildir. İslamda insanlara tab gətirə bilməyəcəyi məsuliyyət yüklənməz, o hər kəsin bir az cəhd göstərərək altından qalxa biləcəyi fərmanlarla gələn və ruhunda müsamihə olan bir nizamdır. "Asanlaşdırın, çətinləşdirməyin; müjdələyin, nifrət etdirməyin!" hədisi-şərifi nəzərə alaraq dinin ruhundakı bu asanlıq nəzərə verilməlidir. (05.36)
- Qulluğa aid mükələfiyyətlər məktəbli bir şagirdin vəzifələrinə də bənzədilə bilər. Necə ki, təhsil dairəsindən keçmə və müəyyən keyfiyyəti əldə etmə həmin tələbədə bir ləyaqət metamorfozu meydana gətirirsə, bir qul da ibadətlər sayəsində bu metamorfozu yaşamalıdır ki, axirətə bu fərqliliyi qazanaraq getsin və digər aləmin ləziz meyvələrinə əli uzansın. (07.15)
- Dində elə çətin görünən mükəlləfiyyətlər var ki, əslində onların hər biri əbədi səadətin bir vəsiləsidir. Məsələn, insanı nəfslə mübarizəyə alışdıran, qəlb və ruhani həyata yüksəldən, onu üxrəviləşdirən və axirətə ləyaqət qazandıran ibadətlərin çox kiçik məşəqqəti olsa da, insana çox böyük mükafat qazandırır. Dolayısilə, insanların dünyəvi və üxrəvi səadəti üçün vəz olunan bu mükəlləfiyyətlər bir çətinlik kimi görülməməlidir. Bu olsa-olsa "nisbi çətinlik" olar. (09.40)
- Bəzi yerlərdə və müəyyən şərtlər altında dini yaşamaq çox çətin ola bilər, lakin o əsla "yaşanmaz" deyil. Həqiqi möminlər hər şərt altında dini yaşamanın bir yolunu mütləq tapalar. (12.33)
- Razısınızmı ibadətləri dəyişməyə?!. Siz o çətin şərtlər altında qıldığınız namazları mənə verin, mən də beş vaxta qırx da əlavə etdiyim namazlarımı sizə verim!.. (17.17)
- Siz heç dəstəmazın hesabını apardınızmı? "Hesablı namaz" necə olur bilirsinizmi? (18.40)
Sual: 2) Bir hədisi-şərifdə ağır şərtlər altında zəhmətə dözüb qüsursuz dəstəmaz almaq, məscidlə ev arasında gediş-gəlişi artırmaq və namazdan sonra digər namazın vaxtının girməsini gözləmək günahlardan təmizlənməyə və dərəcə-dərəcə yüksəlməyə vəsilə olduğu bildirilir. Bu xüsusları da – yuxarıda qeyd etdiyiniz- "hesablı namaz" çərçivəsində dəyərləndirə bilərikmi?
- Allah Rəsulu (s.ə.s.) bu hədisi-şərifdə dəstəmaz almağı "isbağ" sözü ilə ifadə etmişdir ki, bu söz dəstəmazın əsaslarını əskiksiz və tam yerinə yetirmək, ağıza və buruna bol-bol su vermək, əlləri və ayaqları yaxşı yumaq deməkdir. Hədisdə istifadə olunan digər bir ifadə də "aləl-məkarih" sözüdür, bu da bütün çətinliklərə baxmayaraq, soyuğa-istiyə əhəmiyyət vermədən tam dəstəmaz alma mənasını daşıyır. (22.27)
- Şərtlər nə olur-olsun, dəstəmaz alma məsələsi və ifadə etdiyim bu nəbəvi söz mənə həmişə Ərzurumun qışında, hər yanı donmuş şadırvanın başında, buz bağlamış çeşmələrdən axan buz kimi soyuq su ilə dəstəmaz alan insanları xatırladır. O namaz yolçularının insana nüfuz edən üxrəvi halları indiki kimi gözümün önünə gəlir. Hər hal və davranışından Cənabi-Haqqa olan səmimi inanc süzülən və Ona məxsus gizli pıçıltılar ətrafa yayan bu səmimi qulların dərin nəfəs alış-verişləri su şırıltılarına qarışıb Allaha yüksəlişi xatirələrimdə hələ də canlıdır. (22.53)
- Vida təvafı və Kəbədən ayrılışın hüznü… (25.00)
- Sərhədlərdə keşik çəkmənin və düşmənlərin cəmiyyətdə açdığı çatları təmir etmək üçün səy göstərmənin adı olan "ribat" kəlməsi sözü gedən hədisi-şərifdə hansı mənaları ehtiva edir? (27.15)
- Əksəriyyətlə çətin şərtlər altında olan insanlar, ibadət etməyə imkan əldə edən kimi keçmişin boşluqlarını doldurarcasına və var gücü ilə özünü ibadəyə verməlidirlər. (29.00)
- İbadətlərimizdəki nöqsanları Allaha xidmət etməklə aradan qaldıra bilmərik. Unutmamalıyıq ki, verdiyimiz xidmətimizin dəyəri də Allahla münasibətlərimizdəki dərinliklə bağlıdır. (31.00)
- tarixində yaradılmışdır.