Filippin silahlı qüvvələrinin kondanlığı Türk məktəblərinə mükafat verib

Filippin silahlı qüvvələrinin kondanlığı Türk məktəblərinə mükafat vürib

Filippin silahlı qüvvələrinin komandanlığı Zamboanqa şəhərində fəaliyyət göstərən Tolernas Türk məktəblərinə bölgədə sülhün bərqərar olmasına verdiyi töhvələrə görə müküfata layiq görüb.

Türk məktəblərinin Mindanao bölgəsindəki qarşıdurma və iğtişaşlarda zərər çəkən 38 min insana yardım əli uzatdığını xatırladan Filippin silahlı qüvvələri komandanlığı bu xeyirxahlığı cavabsız qoymaq istəmədiklərini bildirib. Xatırldaq ki, Türk məktəblərinin rəhbərliyi ilə Kimsə Yoxmu dərnəyi və digər könüllü təşkilatlar zərərçəkənlərə humanitar yardım etmişlər.

Tolerans Türk məktəblərinin sədri Zəfər Elen aldığı mükafata görə çox şad olduğunu söyləyib. Elen sülhə töhvə sahəsində verilən mükafatın bu məktəblərin bölgədəki fəaliyyətinin məqsədini ortaya qoyduğunu deyib. Zəfər Elen fəaliyyətlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Elen məktəblərin birinci dəfə mükafat almadığını 2011-ci ildə bölgə polis təşkilatı tərəfində sülhə verilən töhvələrə görə və 2012-ci ildə də Tolerans Türk məktəblərinin “Sülh elçisi” mükafatına layiq görüldüyünü söyləyib.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.