Xocaəfəndi Mandelanın vəfatı ilə əlaqədar başsağlığı verdi
M. Fəthullah Gülən irqiçiliyə qarşı apardığı mübarizə ilə tanınan Cənubi Afrika Respublikasının (CAR) keçmiş prezidenti Nelson Mandelanın vəfatı ilə əlaqədar onun ailəsi və yaxınlarına başsağlığı verdi.
Mandelanın bütün ömrünü sülh, demokratiya, sosial ədalət və sosial bərabərlik kimi dəyərlərə həsr etdiyini bildirən Xocaəfəndi “Nelson Mandelanın şərəfli həyat yolunu və bizə qoyduğu bu mənəvi mirası ehtiramla yad edirik” deyə qeyd etdi.
Xocaəfəndi CAR-ın ABŞ-dakı səfirliyinə göndərdiyi məktubda bu ifadələr qeyd olunub: “Çəkilməz məşəqqətlərlə və amansız düşmənçiliklə üzləşməsinə baxmayaraq, o, düşmənə düşmən kimi cavab vermək yerinə, onlarla uzlaşma yolunu seçdi və bununla bizə izzətli həyatın canlı nümunəsini göstərdi. Bu gün Mandelanın keçdiyi həyat yolu ilə verdiyi ibrət dərslərini və onun hikmətamiz üslubunu xatırlayaraq hər bir bəşər övladına insan olduğu üçün dəyər verməli, qarşılıqlı anlayış, ehtiram və sülh kimi insanlığın ortaq dəyərlərinə dialoq yolu ilə xidmət etmək niyyətimizi yeniməliyik”.
- tarixində yaradılmışdır.