Xocaəfəndi: “Haqq və ədalət ortaya çıxacaqdır”

Fəthullah Xocaəfəndi: “Haqq və ədalət ortaya çıxacaqdır”

İstanbulda keçirilən Türk-Ərəb İntellektuallar Forumunda çıxış edən Jurnalistlər və Yazıçılar Vəqfinin sədri Mustafa Yeşil bir neçə gün öncə görüşdüyü Fəthullah Xocaəfəndinin bəzi tövsiyələrini tədbir iştirakçılarına çatdırıb. Bu tövsiyələrdə deyilir: “Könüllülər” hərəkatının heç zaman fərdi və ya şəxsi maraqları olmaz. Quran və sünnətə bağlı olmaq, qanuni fəaliyyət göstərmək bizim əsas amalımızdır”.

“Üzərinizə hüquq və insanlığa yaraşmayan, qəbul edilməsi mümkün olmayan iftiralar atılması sizi əsla üzməsin. Əgər onlar bu iftiralarından utansalar belə, onlar üçün qapınızı açıq saxlayın, onlara ağır sözlər söyləməyin”.

“Biz səbir etməyi və haqqımızda söylənilən yalanlara cavab verməməyi daha məqsədəuyğun hesab edirik. Ancaq ittihamlara da qanun çərçivəsində cavab verəcəyik”.

“Heç kimə qarşı nifrət və kin saxlamırıq, qardaşlarımızı, əlbəttə, əfv edəcəyik. Amma onlar Allahın işinə müdaxilə etmişlərsə, onda onların əfv edilməsi bizlik deyil, bu, Allaha aiddir”.

“Unutmayın ki, haqq və ədalətin harada olacağı hökmən üzə çıxacaqdır. Onda görəcəksiniz ki, haqq-ədalət sizinlədir”.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2022 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.