Türklər Uqandaya almaq üçün yox vermək üçün gəlir
Yay tətili ilə əlaqədar doğulduğu paytaxt Kampala şəhərinə gələn Stella burada Cihan Xəbər Agentliyinə verdiyi müsahibədə Türkiyəyə və Türk xalqına qarşı xüsusi sevgi bəslədiyini deyib. 2000-ci ildən bəri Türkiyədə yaşayan Stella Türk məktəblərinin dəstəyi ilə bu ölkəyə gələn ilk uqandalı tələbələrdən biridir.
Bursada yaşayan Stella təhsil almaq məqsədilə gəldiyi Türkiyədə Akdəniz Universitetinin Turizm İdarəçiliyi fakültəsindən məzun olub. O, söhbət zamanı Türkiyədə yaşamaqdan çox məmnun olduğunu belə dilə gətirdi: “Türkiyədə yaşamaqdan çox məmnunam, burada o qədər böyük sevgi və hörmət görürəm ki, artıq Türkiyədən ayrıla bilmirəm. İnsanları olduqca səmimi və mehriban, yeməkləri ləziz, günəşi, dənizi bir sözlə hər şeyi möhtəşəmdir. Burada yaşayan insanlar bəxtəvərdir.”
Oğurladılar, Türk olduğunu biləndə hər şeyini qaytardılar
Stella baş vermiş bir hadisə ilə Uqandada türkləri necə çox sevdiklərini danışıb: “Bundan 15 il qabaq Uqandaya gələn türklərdən biri avtomobili ilə qəzaya düşür. Bunu görən hadisə yerindəki uqandalılar: “Qəzaya düşən ağdərilidir. Bunların bizə çox pisliyi dəyib, gəlin bunu soyaq”, - deyib hər şeyini alırlar. Pasporta baxanda məsələ aydın olur. “Axı bu Türkdür”, - deyib kömək üçün səfərbər olurlar. Qəzaya düşən Türkiyə vətəndaşını təcili xəstəxanaya çatdırıb oğurladıqları hər şeyini geri qaytarırlar”. Stella bunun Uqandada türklərə bəslənən sevginin təzahürü olduğunu söyləyib.
Almaq üçün yox, vermək üçün gəlirlər
Anadolu insanının fərqli olduğuna diqqət çəkən Stella söhbətini belə davam etdirdi: “Əlbəttə Uqandada başqa ağdərililər də yaşayır, ancaq Türklər onlardan çox fərqlidir. Çünki onlar almaq üçün yox, vermək üçün gəlirlər. Uqandanın hər sahəsində onların töhfələri var. Məsələn, burada fəaliyyət göstərən Türk məktəblərində təhsil alan şagirdlər ölkəyə faydalı insan kimi yetişir. Məzun olan tələbələr iş yerləri ilə təmin olunurlar.
- tarixində yaradılmışdır.