Sultan Səlim körpüsü və ələvi-sünni qardaşlığı

Sultan Səlim körpüsü və ələvi-sünni qardaşlığı

Fəthullah Gülən Xocaəfəndi yeni tikilməyə qərarlaşdırılan üçüncü boğaz körpüsünə Yavuz Sultan Səlim adının verilməsi ilə bağlı fikirlərini dilə gətirib.

Bəzən bir mürşidin məsləhət gördüyü bu vəya digər duanın oxunub-oxunmaması barədə belə üslub xətalarına yol verilərək üsula xələl yetirildiyini diqqətə çatdıran Xocaəfəndi: “Məşrəbinizə (xasiyyət, fitrət, xislət), məzacınıza (təbiət), məzaqınıza (zövq) müvafiq işləri, hətta həzz ala-ala görə bilərsiniz. Ancaq bu məsələləri ümumiləşdirəndə özünüz də bilmədən tutduğunuz yola qarşı antipatiya oyatmış olarsınız”, - deyərək bildirib ki, təfərrüata aid məsələlər heç bir vəchlə üsulun (əsas məsələlərin) yerinə qoyulmamalıdır.

Fəthullah Gülən Xocaəfəndi bir körpüyə Yavuz Sultan Səlim adının verilməsinin də təfərrüat məsələsi olduğunu söyləyib. “Bu təklifi irəli sürən, açıqlayan və bunu qəbul edənlərin onun-bunun əleyhinə qərəzli şəkildə qərar verdiklərini düşünmək doğru deyil. Sanmıram ki, belə bir şey ola!..” - deyən Xocaəfəndi Həzrətin Ustadın: “Allahımız bir, Peyğəmbərimiz bir, dinimiz bir, bir, bir, bir... Minə qədər bir” kəlamını xatırladaraq aramızda bir çox körpü olduğunu vurğulayıb. Yəsəvi, Mövlana və Yunus kimi ortaq dəyərlərimizin üstündə qurulan körpüləri də xatırladan Xocaəfəndi qeyd edib ki, boğazın bir sahilindən o biri sahilinə keçmək üçün tikilən körpüyə Yavuz Sultan Səlimin adını vermək, yaxud da bu cür təfərrüata aid bir məsələni üsul, əsas kimi təqdim etmək mənəviyyat körpülərinin üstünə kölgə sala bilər.

Fəthullah Gülən Xocaəfəndi mühüm bir məsələni xüsusi vurğulayıb:

“Bir də bu gün qurmağa çalışdığımız körpülər var: “Came, cəmevi bir olsun, eyni parkda oturub-duraq, keçmişdəki məsələləri xortladaraq düşmənçiliyə imkan verməyək” (niyyəti ilə qurulan körpülər). Qaynayıb-qarışmağımıza vəsilə olan bu cür körpüləri bir ünvana, bir ada görə yıxmayaq. Bəli, bir körpü ilə o qədər körpüləri uçurmayaq. Bu baxımdan istər məhərrəm, istər ramazan ayında bir araya gələrək birlikdə iftar etmək, oruc açmaq, səma ilə səmahı bir yerdə görmək, ələvi, sünni – birlikdə bir qabdan yemək yemək imkanı ola-ola bir körpü ilə, təfərrüata aid bir məsələ ilə üsula xələl gətirməyək”.

“Yaxınlaşsan, yaxınlaşarlar, xoş görsən, xoş görərlər, qəbul etsən, qəbul edərlər. Sənin aləmdən gözlədiyini, unutma ki, aləm də səndən gözləyir!” - deyən möhtərəm Fəthullah Gülən Xocaəfəndi hər kəsə qucaq açma fəlsəfəsi ilə keçirilən Türk Dili Olimiadaları ilə əlaqədar Peyğəmbərimizin və digər böyüklərin yuxulara təşrif gətirməsi barədə bir çox məktub aldığını və bu iltifatın kökündəki həqiqəti vurğulayıb.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.